338
Kitabxanaşünaslıq.Biblioqrafiya
Knyaz Aslan
1960
DEKABR
Knyaz İlyas oğlu Aslan 1960-cı il de-
kabr ayının 25-də Gürcüstan Respublikası
Dmanisi (Başkeçid) rayonunun Hamamlı
kəndində anadan olmuşdur.
1979-cu ildə orta məktəbi qızıl medalla
bitirmişdir. 1988-ci idə ADU-nun kitabxa-
naçılıq fakültəsini, 1998-ci ildə jurnalisti-
ka fakültəsini fərqlənmə diplomu ilə bitir-
mişdir.
1988-2012-ci illərdə BDU-nun
Kitabxanaçılıq-informasiya fakültəsinin
Kitabxanaşünaslıq kafedrasında labo-
rant, müəllim, dosent vəzifələrində ça-
lışmış, eyni zamanda Аzərbаycаn MEA
Beynəlхаlq Münаsibətlər İnstitutunun
və Nizаmi аdınа Ədəbiyyаt İnstitutunun
elmi işçisi оlmuşdur. 1998-ci ildən Xəzər
Universitetinin dosenti kimi Azərbaycan
ədəbiyyatı və jurnalistika ixtisasları üzrə
mühazirələr oxuyur.
2004-cü ildə “Şəxsiyyətin formalaşma-
sında bədii ədəbiyyatın rolu” mövzusunda
dissertasiya müdafiə edərək pedaqogika
üzrə fəlsəfə doktoru alimlik dərəcəsini,
2006-cı ildə dosent elmi adını almışdır.
Həmin ildən BDU-nun doktorantı kimi
“Azərbaycan ədəbiyyatı klassiklərinin
irsində kitab və mütaliə məsələləri” möv-
zusunda doktorluq dissertasiyası üzərində
işləyir. 2012-ci ilin yanvar ayından BDU-
nun Kitabşünaslıq və Nəşriyyat işi kafed-
rasının müdiri vəzifəsində çalışır.
1979-cu ildən Gürcüstan və Azərbaycan
kütləvi informasiya vasitələrində
müntəzəm çıxış edir. Müxtəlif illərdə
“Bakı Universiteti”, “Azərbaycan
gəncləri”, “Azərbaycan Ordusu”, “Res-
publika”, “Borçalı”, “Elturan” (“Milli
Məsələlər”), “Xəzər Xəbər” kimi qəzet və
jurnallarda müxbir, redaktor və baş redak-
tor vəzifələrində işləmişdir. 1992-1995-ci
illərdə Azərbaycan Respublikası Müdafiə
Nazirliyi sistemində “Azərbaycan Ordu-
su” qəzetinin şöbə redaktoru və “Hərbi
Nəşriyyat”ın redaktoru olmuş, hərbi jur-
nalist kimi işğalçı Ermənistanla aparı-
lan döyüşlərdə iştirak etmişdir. Qarabağ
müharibəsi veteranıdır.
Hazırda “Kitabxanaşünaslıq və infor-
masiya” jurnalının, “Ədəbi əlaqələr” top-
lusunun baş redaktor müavini, “Kitabxana.
az”, “Göyqurşağı” uşaq jurnalının, “Bor-
çalı” qəzetinin və jurnalının redaktorudur.
Çoxsaylı elmi-nəzəri, ədəbi-publisistik
məqalələrin, 5 monoqrafiyanın, 30-dan
artıq kitabın müəllifidir.
Şeirləri rus, ingilis və alman dillərinə
çevrilmişdir. A.Puşkin, M.Lermontov,
S.Yesenin, T.Şevçenko və başqa məşhur
şairlərin əsərlərini Azərbaycan dilinə
tərcümə etmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin,
Aşıqlar Birliyinin, Yazıçılar Birliyinin,
Mətbuat Şurasının üzvüdür. Azərbaycan
yazıçılarının və jurnalistlərinin son qurul-
taylarının nümayəndəsi olmuşdur. ABŞ,
Rusiya, Ukrayna, Gürcüstan, İran və baş-
qa ölkələrdə keçirilmiş bir sıra beynəlxalq
elmi konfranslarda iştirak etmişdir.
2011-ci ildə BDU-da “İlin alimi”, 2012-
ci ildə isə “Azərbaycan Respublikasının
Qabaqcıl təhsil işçisi” fəxri adına layiq
görülmüşdür. Ədəbi-publisistik uğurlarına
görə N.Gəncəvi, H.Zərdabi, M.Şəhriyar,
Ö.F.Nemanzadə, A.Şaiq, S.Yesenin mü-
kafatları laureatı olmuş, “Büllur Qələm”,
“Qızıl Saz”, “Qızıl Kitab”, “Qızıl Qələm”,
“Peşəkar Jurnalist”, “Kamil Söz Ustası”,
“Ustad” və başqa mükafatlarla təltif edil-
mişdir.
Dostları ilə paylaş: