Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə432/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   428   429   430   431   432   433   434   435   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.muallim.edu.az
25
Ədəbiyyatşünas


334
Coğrafiya.Geologiya
105
 illiyi
Şəfaət Mehdiyev
1910-1985  
DEKABR
Ə d ə b i y y a t
Pyeslər /Ş.F.Mehdiyev.- 
Bakı: Elm və təhsil, 2012.- 
313 s.
Ümumi geologiya ali 
məktəblər üçün dərslik 
/Ş.F.Mehdiyev.- Bakı: 
MarsPrint NPF, 2008.-
404 s. 
Cəlilli, Ş.  İşıq adam 
/Ş.Cəlilli.- Bakı: Elm, 
2005.- 504 s. 
Cəlilli, Ş. İşıq adamın na-
ğılı /Ş.Cəlilli, İ.Mirzəyev.- 
İstanbul: İMAKOFSET, 
2012.- 264 s. 
Həşimli, H. Akademik 
Şəfaət Mehdiyevin ədəbi-
publisistik irsi /H.Həşimli 
//Palitra.- 2010.- 29 
dekabr.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
15
Akademik
Şəfaət Fərhad oğlu Mehdiyev 1910-cu il 
dekabr ayının 15-də İranın Sarab qəzasının 
Şalqun kəndində anadan olmuşdur. Dörd 
yaşında atasını itirdikdən sonra ailəsi ilə 
birlikdə Bakıya köçmüşdür. 1934-cü ildə 
Azərbaycan Sənaye  İnstitutunun (hazırki 
ADNA) geoloji kəşfiyyat fakültəsini bitir-
mişdir.
Hələ  tələbə ikən “Azneftkəşfiyyat” 
Trestində geoloq, Mərdəkan mədənində 
kəşfiyyat sahəsinin geoloqu, Mərdəkan-
Türkan kəşfiyyat qrupunun böyük geoloqu 
vəzifələrində işləmişdir.
1932-1936-cı illərdə  Sənaye  İnstitutu-
nun “Neft kadrları uğrunda” adlı çoxtirajlı, 
daha sonra “Gənc işçi” qəzetlərinin, “Gənc 
bolşevik” məcmuəsinin, “Azərbaycan id-
mançısı”, “Qala neftçisi” qəzetlərinin re-
daktoru işləmişdir. 1936-cı ildən Pirsaat 
neft mədənində, 1937-1938-ci illərdə Neft-
çala neft mədənində geoloq kimi çalışmış, 
Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma 
İnstitutunda baş geoloq, direktor müavini 
vəzifələrinə irəli çəkilmiş, eyni zamanda 
aspiranturaya daxil olmuşdur. O, 1941-
1945-ci illər müharibəsinin iştirakçısı 
olmuş, 1944-cü ilin martında mühəndis-
geoloq kimi arxa cəbhəyə göndərilmişdir. 
Ş.Mehdiyev yenidən aspiranturaya bərpa 
olunmuş, 1950-ci ildə doktorluq dissertasi-
yasını müdafiə etmiş, 1951-ci ildə professor 
elmi rütbəsini almışdır. 
Akademik  400-ə qədər elmi əsərin, 20-
dən artıq monoqrafiyanın, Azərbaycanın 
geoloji və tektonik xəritələrinin, neft və qaz 
yataqları xəritələrinin redaktoru və tərtibçisi 
olmuşdur. 
Ş.Mehdiyev 1952-ci ildən 1954-cü 
ilədək Azərbaycan Elmlər Akademiyasının 
Məhsuldar Qüvvələr Şurasının sədri, 1954-
1958-ci illərdə Geologiya İnstitutunun di-
rektoru vəzifəsində çalışmışdır. 1958-ci ilin 
aprel ayından 1965-ci ilin fevral ayınadək 
Azərbaycan Dövlət Universitetinin rekto-
ru olmuşdur. BDU-da Ş.Mehdiyevin adını 
daşıyan auditoriya yaradılmış  və barelyefi 
qoyulmuşdur. 
1955-ci ildə Azərbaycan SSR EA-nın 
müxbir üzvü, 1958-ci ildə həqiqi üzvü se-
çilmişdir.
Alim 1965-ci ildən ömrünün sonunadək 
AMEA-nın Geologiya İnstitutunda neftin 
və qazın geologiyası  şöbəsinin rəhbəri və 
Azərbaycan Dövlət Neft Akademiyasın-
da Neft və qaz yataqlarının geologiyası və 
kəşfiyyatı kafedrasının müdiri olmuşdur. 
Meksika (1956,1967), Hindistan (1964), 
Kanada (1972), Avstraliya (1976), AFR və 
İsveçrədə (1978) keçirilən Beynəlxalq ge-
oloji, Ümumdünya neft konqreslərində  və 
simpoziumlarında məruzələrlə çıxış etmiş-
dir.  
Ensiklopedik biliyə, qeyri-adi istedada 
malik Ş.Mehdiyevin müxtəlif illərdə yazdığı 
“Mirzə Fətəli”, “Ərk qalası”, “Müstəntiq”, 
“Səttar xan”, “Rüşvət ustası”, “Su pərisi”, 
“Çoxmərtəbəli Amerika” və digər  ədəbi 
əsərləri hər zaman  böyük maraqla oxunur.
 Akademik bir sıra mükafatlara və fəxri 
adlara layiq görülmüşdür. 1979-cu ildə 
“Qaz sənayesi fəxri işçisi” adına layiq gö-
rülmüşdür. “Qırmızı  Əmək Bayrağı” və 
“Şərəf nişanı” ordenləri və S.İ.Vavilov adı-
na qızıl medalla təltif edilmişdir. 
Şəfaət  Mehdiyev 1985-ci il dekabr ayı-
nın 15-də vəfat etmişdir. 
Ümummilli lider Heydər  Əliyevin      
fərmanı ilə Bakı küçələrindən birinə onun 
adı verilmiş, yaşadığı evin fasadına xatirə 
lövhəsi vurulmuşdur.


335
Akademik
Riyaziyyat.Fizika.Astronomiya

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   428   429   430   431   432   433   434   435   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin