46
Milli Qəhrəmanlar
40
illiyi
Elşad Məmmədov
1975-1995
FEVRAL
Elşad Ramiz oğlu Məmmədov
1975-ci il fevral ayının 14-də Xanlar
rayonunun
Haçaqaya kəndində ana-
dan olmuşdur.
1990-cı ildə Haçaqaya kənd nata-
mam orta
məktəbini bitirdikdən sonra
Xanlar rayonu texniki-peşə məktəbində
təhsilini davam etdirmişdir.
1993-cü ilin avqust ayında
Hərbi
Komissarlıq tərəfindən Milli Ordu sı-
ralarına hərbi xidmətə çağırılaraq, 6 ay
hərbi təlim keçmişdir. Oradan da Qara-
bağa - döyüş bölgəsinə yollanmışdır.
Tərtər
bölgəsində döyüşə başlayan
Elşad, daha sonra Ağdərə ərazisinin
düşmənlərdən
təmizlənməsi uğrunda
gedən qanlı döyüşdə qəhrəmanlıq nü-
mayiş etdirmişdir.
17 mart 1995-ci ildə dövlət çevi-
rilişi cəhdinin qarşısının alınmasın-
da rəşadət göstərən E.Məmmədov
qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 aprel 1995-ci il tarixli 307
saylı Fərmanı ilə Məmmədov El-
şad Ramiz
oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Xanlar rayonunun Qırıqlı kəndində
dəfn edilmişdir.
Hacıqaya
kənd natamam orta
məktəbi onun adını daşıyır. Daşkəsən
yolu üstündə büstü qoyulmuşdur.
Dostları ilə paylaş: