Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə69/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   65   66   67   68   69   70   71   72   ...   484
Hacı Fərhad Mirzə   
1950   
Fəlsəfə
Dinşünas
FEVRAL
11
Ə d ə b i y y a t 
Kəlamlar /F.H.Mirzə

red. E.İsgəndərzadə; ön 
söz. müəl. Ə.Sadıqov, 
M.Haciyev; Türk 
Dünyası Araşdırmaları, 
Beynəlxalq EA.- Bakı: 
Vektor Nəşrlər Evi, 
2009.-311 s.
Azərbaycanın bəşəri 
dəyərlərə verdiyi önəm 
region və dünya üçün 
nümunədir /F.H.Mirzə     
//Xalq qəzeti.- 2012.- 29 
noyabr.- S.6.
Qüdsi əbədiyyəti /tərt. ed. 
İ.Mirzəbəyli; elmi red. 
H.F.Mirzə; red. R.Əsgər.-
Bakı: Mütərcim , 2011.-
359  s.
Dəmirli, D. Kəlam allah 
sözüdür /D.Dəmirli.-
Bakı: [Açıq söz], 2007.-
56 s. 
İsmayıllı, N.Dünyanı 
dolanan kitaba 
“Beynəlxalq uğur müka-
fatı” verildi  /N.İsmayıllı                      
//Xalq qəzeti.- 2013.- 24 
yanvar.-S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.cs.bsu.edu.az
www.hacifarhadmirza.az  


51
Mədəniyyət.Maarif.Elm  
FEVRAL
Əziz Mirfeyzulla oğlu Mirəhmədov 
1920-ci il fevral ayının 11-də Bakı 
şəhərində anadan olmuşdur. 
Azərbaycan Pedaqoji İnstitutunun 
(indiki ADPU) filologiya fakültəsində 
təhsil almışdır. İlk məqaləsi hələ tələbə 
ikən “Müəllim qəzeti”nin 13 may 1938-
ci il nömrəsində çap olunmuşdur. 
1941-ci ildə APİ-ni bitirdikdən son-
ra orta və ali məktəblərdə  dərs demiş, 
1942-ci ildə  Mərdəkandakı 156 saylı 
məktəbdə müəllim işləmişdir. 1943-
1948-ci illərdə ADU-nun Azərbaycan 
ədəbiyyatı kafedrasında baş müəllim 
vəzifəsini icra etmişdir. 1959-cu ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü-
dür. 1976-cı ildə elmlər doktoru elmi 
dərəcəsini almış, 1980-ci ildə AMEA-
nın müxbir üzvü seçilmişdir.
Bacarıqlı elm təşkilatçısı  və yorul-
maz tədqiqatçı bir m
üddət AK PMK 
Təbliğat şöbəsi müdirinin müavini, son-
ra Nizami adına Azərbaycan Ədəbiyyatı 
Muzeyinin direktoru, Nizami adına 
Ədəbiyyat  İnstitutunun direktoru kimi 
məsul vəzifələrdə çalışmışdır.
O, “Molla Nəsrəddin” jurnalının 25 
illik nömrələrinin transliterasiyası, 12 
cilddə çapa hazırlanması və birinci cil-
din nəşr edilməsi işini də başa çatdır-
mışdır.
Ə.Mirəhmədovun  ədəbiyyat tari-
xi və  nəzəriyyəsi, mətbuat tarixi, 
mətnşünaslıq, biblioqrafiya və kitab 
mədəniyyəti, həmçinin müasir ədəbi 
prosesin  əsas istiqamətləri və imzala-
rı haqqında çoxsaylı  tədqiqatları bir 
tədqiqatçı kimi fərdi təhlil üsulunun 
üstünlüklərini üzə çıxarmışdır.
O, 18 kitabın, 500-dən artıq elmi 
məqalənin müəllifidir. Hələ 40-cı 
illərdə ikicildlik “Müxtəsər Azərbaycan 
ədəbiyyatı tarixi”nin (1943-1944) ha-
zırlanmasında yaxından iştirak etmiş
sonrakı illərdə üçcildlik “Azərbaycan 
ədəbiyyatı tarixi”nin (1958-1960) 
əsas müəlliflərindən biri olmuşdur. 
O, nəşri planlaşdırılmış yeddicildlik 
“Azərbaycan  ədəbiyyatı tarixi”nin də 
aparıcı müəlliflərindən biri idi. 
Onun zəhməti hesabına müxtəlif 
illərdə Cəlil Məmmədquluzadənin əsər-
lərinin ikicildliyi (1951-1954), üçcild-
liyi (1966-1967) və altıcildliyi (1981-
1985) nəşr edilmiş, onun tərəfindən hər 
nəşrə müqəddimə, izah və şərhlər yazıl-
mışdır. 
Dərslik yazmaq sahəsində ilk 
təcrübəsi “Ədəbi qiraət” dərsliyi ilə 
bağlıdır. XX əsrin 50-ci illərində 
məktəblərimizdə istifadə olunan bü-
tün “Ədəbi qiraət” dərsliklərinin
həmç
inin 8-ci, 9-cu, 10-cu siniflər üçün 
“Ədəbiyyat” dərsliklərinin redaktoru ol-
muşdur. Eyni zamanda 9-cu sinif üçün 
“Ədəbiyyat müntəxəbatı”nın (1948-
1962-ci illər) müəllifidir. 
Görkəmli alim 1982-ci ildə “Azər-
baycanın  Əməkdar elm xadimi” fəxri 
adına layiq görülmüşdür.
Əziz Mirəhmədov 2002-ci ildə Bakı-
da vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin