Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə68/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   64   65   66   67   68   69   70   71   ...   484
Ə d ə b i y y a t
A.T.Rasi-zadənin 
Azərbaycan Respub-
likasının Baş naziri 
təyin edilməsi haqqında 
Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı, 
22 oktyabr 2013-cü il       
//Azərbaycan.- 2013.- 23 
oktyabr.- S.1.
A.T.Rasi-zadənin “Şərəf” 
ordeni ilə təltif edilməsi 
haqqında: Azərbaycan 
Respublikası Prezidenti-
nin Sərəncamı, 25 fevral 
2010-cu il //Azərbaycan.- 
2010.- 26 fevral.- S.1.
Cəfərli, R. Parlament 
Artur Rasi-zadənin Baş 
nazir vəzifəsinə təyin 
edilməsinə razılıq verdi 
/R.Cəfərli //Azərbaycan.-
2013.- 23 oktyabr.- S.4.
Rasi-zadə Artur Tahir 
oğlu //Azərbaycanda 
kim kimdir: ensiklopedik 
məlumat  kitabı.- Bakı, 
2010.- S.79.  
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.cabmin.gov.az
26
80 
illiyi
Siyasi xadim
Artur Rasi-zadə   
1935  


50
65 
illiyi
Mirzəyev Fərhad  Əhməd-Əli oğlu 
(Hacı  Fərhad Mirzə) 1950-ci il fev-
ral ayının 11-də Bakı  şəhərində ana-
dan olmuşdur. Sabunçu rayonunda 155 
saylı  məktəbdə orta təhsil almış, Bakı 
şəhəri Politexnik texnikumunun inşaat 
fakültəsini bitirmişdir. 
1974-1989-cu illərdə Sabunçu Rayon 
Dövlət Xalq Nəzarəti Komitəsində şöbə 
müdiri vəzifəsində, 1989-1995-ci illərdə 
Kooperativ Birliyi sahəsində çalışmış-
dır.
 
1995-ci ildən indiyədək təsis etdiyi 
“Azərbiznes” Şirkətinin prezidentidir. 
Ədəbi-fəlsəfi əsərlərinə görə AMEA- 
nın Fəlsəfə  və Hüquq İnstitutunun 
Elmi  Şurasının qərarı ilə dinşünaslıq 
və  fəlsəfə elmləri doktoru fəxri adı ilə 
təltif edilmiş, Beynəlxalq EA-nın, eləcə 
də Azərbaycan Tarix qurumunun akade-
miki seçilmişdir.  Azərbaycan, Türkiyə, 
Rusiya Federasiyası YB-nın və Avrasiya 
Yazıçılar liqasının üzvüdür. “Azərbaycan 
bayrağı” mükafatına, “Hacı Zeynalab-
din Tağıyev” fəxri diplomuna, “İnam” 
şərəf diplomuna, “İlin nüfuzlu ziyalısı” 
fəxri adına, Azərbaycan Qızıl Aypara 
Cəmiyyətinin fəxri diplomuna layiq gö-
rülmüşdür.
“Ziya”, “Vətən” fəxri diplomu, “Qı-
zıl Qələm” mükafatına layiq görül-
müşdür. “Kəlamlar”,
 
“Haqq yolu, pak-
lıq yolu”, “40 kəlam, 40 qitə”, “Könül 
möcüzələrində səməndər quşu” və digər 
əsərlərin müəllifidir. “Kəlamlar” kitabı 
Ankarada, Moskvada, Frankfurtda nəşr 
edilmişdir.
2008-ci ildə Türk Dünyası Araş-
dırmaları Beynəlxalq EA-nın akade-
mik üzvü və  fəxri professoru seçilmiş
“Beynəlxalq Qızıl Ulduz” medalına la-
yiq görülmüşdür.
2009-cu ildə Türk Dünyası Araşdır-
maları Beynəlxalq EA Ali Təltiflər Şu-
rasının qərarı ilə “Dünya mədəniyyətinə 
xidmət” beynəlxalq mükafatı, BMT 
yanında  İctimai Təltiflər  Şurası “Avro-
panın  Şərəf Ordeni”, Rusiya Ədəbiy-
yatşünaslıq Akademiyasının qərarına 
əsasən A.S.Puşkin adına “Maarif fədaisi” 
qızıl medalı ilə təltif edilmişdir. 
2009-cu ildə Avropa Təbiyyat
 
EA-
nın akademiki, Qotfrid Leybnis adına 
qızıl medalı ilə təltif edilmişdir. KIBA-
TEK Beynəlxalq təşkilatı onu “Türk 
mədəniyyətinə xidmət” Beynəlxalq mü-
kafatına layiq görmüş, “Kəlamlar” kita-
bının Ankarada nəşr edilən variantı “İlin 
kitabı” beynəlxalq mükafatına layiq gö-
rülmüşdür. 
2010-cu ildə  İtaliyadakı Beynəlxalq 
Sosial və  İqtisadi Tədqiqatlar Akade-
miyasının akademiki seçilmiş, “Şöhrət” 
ordeni ilə  təltif edilmiş  və türk dünya-
sında ilk dəfə olaraq məhz ona “Roma-
nın fəxri alimi” adı verilmişdir. 
2010-cu ildə İctimai Rəy Araşdırmalar 
Mərkəzinin “Mənəviyyat himayədarı” 
medalı, “Atatürk Beynəlxalq Mükafatı”   
və başqa mükafatlarla təltif edilmişdir.
2012-ci ildə “Avropanın  Əməkdar 
elm və mədəniyyət xadimi” fəxri adını 
almışdır.
2013-cü ildə Avropa Təbiyyat Elmləri 
Akademiyası Beynəlxalq Ritsarlar İttifa-
qı ilə birlikdə təsis etdiyi “Senator” Ul-
duzu, “Taclı Böyük Ulduz” ordenlərinə 
layiq görülmüşdür.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin