Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə72/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   68   69   70   71   72   73   74   75   ...   484
11
Ə d ə b i y y a t
Azərbaycan Respublika-
sı Vergilər Nazirliyi 10 il 
(2000-2010) /məsləhətçi. 
F. Məmmədov; red. Z. 
Səmadzadə.-Bakı [s.n] 2010.-
189, [2] s
Vergilər Nazirliyi əmək 
münasibətlərinə vergi 
nəzarətinin təşkili sahəsində 
kompleks tədbirlərə başlayıb           
//Azərbaycan.- 2012.- 3 
avqust.- S.3.
Bayramov, V. Heydər Əliyev 
və Azərbaycanda vergi 
siyasəti //Xalq qəzeti.-26 
may.-2014.-S.2.
Kərimli, M. Vergilər Nazirliyi 
qlobal vergi əməkdaşlığının 
fəal iştirakçısıdır 
/M.Kərimli; müsahibə apardı 
S.Mustafayev //İqtisadiyyat.- 
2013.- 20-26 dekabr.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.taxes.gov.az
www.vergiler.az
15 
illiyi


54
Tarixdə bu gün 
Xocavənd rayonunun Qaradağlı 
kəndinin işğalı günü
1992
FEVRAL
Qaradağlı kəndinin işğalı Xoca-
lı  qətliamına qədər Azərbaycanın 
yaşadığı  ən faciəli hadisə, erməni 
işğalçı  dəstələrinin törətdiyi müd-
hiş bir qırğın idi. Ermənilər Xocalı 
soyqırımına son “hazırlığı”, həmin 
qətliamın “baş məşqini” məhz Qa-
radağlı kəndində keçmişdilər.
1988-ci ildən mənfur qonşuları-
mızın torpaq-ərazi iddiası başlayan 
dövrdən etibarən Qaradağlı kəndinin 
dinc sakinləri hər gün ermənilərin 
hücumuna məruz qalmışdır. Erməni 
təxribatçıları  tərəfindən törədilmiş 
terror aktları  nəticəsində 1991-ci 
ilin 28 iyun tarixində 3 nəfəri qa-
dın olmaqla 6 nəfər diri-diri yandı-
rılmış, 1991-ci ilin sentyabr ayında 
sərnişin avtobusunun gülləbaran 
edilməsi nəticəsində 8 nəfər öldü-
rülmüş, çoxlu sayda insan yaralan-
mış, güllə yarası alanlardan 5 nəfəri 
sonradan dünyasını dəyişmişdir. 17 
fevral 1992-ci il tarixində erməni 
hərbi birləşmələri tərəfindən keç-
miş SSRİ Silahlı Qüvvələrinin 366-
cı motoatıcı alayının hərbi texnika-
sının və canlı qüvvəsinin dəstəyi ilə 
Dağlıq Qarabağ bölgəsindəki mü-
hüm yaşayış  məntəqələrindən biri 
- Xocavənd (Martuni) rayonunun 
Qaradağlı  kəndi işğal edilmişdir. 
118 nəfər əsir götürülmüş, 33 nəfər 
ermənilər tərəfindən güllələnmiş, 
öldürülən və yaralı halda olanları bir 
yerdə  təsərrüfat quyusuna tökərək 
üzlərini torpaqlamışlar.  Əsirlikdə 
saxlanılanlara qarşı  vəhşi, vanda-
lizm hərəkətləri ilə davranılması, 
insanların başlarının kəsilməsi
diri-diri basdırılması, dişlərinin 
çəkilməsi, ac-susuz saxlanılması, 
döyülərək öldürülməsi insanlığa 
qarşı törədilmiş cinayət hadisəsi idi. 
140-a yaxın uşaq yetim qalmışdır. 
Ümumilikdə Qaradağlı  kəndində 
91 nəfər, kənd sakinlərinin hər 10 
nəfərindən biri qətlə yetirilmişdir.
Öldürülənlərdən 10 nəfəri qadın, 
8 nəfəri məktəbli olmuşdur. 
İşğal nəticəsində  kənddə 200 
ev, 1 mədəniyyət evi, 320 yerlik 
orta məktəb binası, 25 çarpayılıq 
xəstəxana binası və digər obyektlər 
dağıdılmışdır. Kəndin 800 nəfərə 
yaxın sakini məcburi köçkün düş-
müşdür.
İşğal altında olan başqa torpaqla-
rımız kimi Qaradağlı kəndi də azad 
olunacağı günü gözləyir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin