55
17
17
17
19
Tarixdə bu gün
FEVRAL
21
2
22
2
20
20
8
23
Bеynəlxalq Ana Dili Günü
1999
21
YUNESKO (UNESCO) 1999-cu il fevral ayının
21-ni Beynəlxalq Ana Dili Günü elan etmişdir.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən
dillərin qorunması məqsədilə hər il keçirilən
Beynəlxalq Ana dili
Günü hər kəsə öz doğma di-
linin varlığını hiss etmək, onunla qürur duymaq,
onu qorumaq, inkişaf etdirmək hüququ olduğu-
nu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil
ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin
simasını səciyyələndirən
amillərdən biri, bəlkə
də, birincisidir. O, hər hansı bir xalqın varlığının
təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu
qənaət tarixin bütün dövrlərində bəşər övladlarının
qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulma-
yan aksiomadır. Millətin dilinin dövlət statusuna
yüksəlməsi
isə tarixi hadisə, milli dövlətçilik ta-
rixinin qızıl səhifəsidir. Dilin dövlət dili statusu
qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.
Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.... Və
bu gün dilimizin dövlət statuslu dillər arasında
olmasına görə dilimizin mənəvi dirilik atributuna
çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş,
“Dilimiz çox zəngin və ahəngdar dildir,
dərin tari-
xi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox
sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən
ümummilli lider Heydər Əliyevə minnətdar olmalı-
yıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək
dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə
yol tapması Ana dilimizin gözəl bilicisi,
mahir na-
tiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına
yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu
siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər
Əliyev həmin il Bakı Dövlət Universitetinin 50
illik yubileyində Azərbaycan dilində çıxış edib.
Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə
yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konsti-
tusiyasında Azərbaycan dilinin dövlət dili kimi
qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli
hadisə idi. 1995-ci ildə qəbul
edilən Konstitusiya
ilə dövlət dilinin adı bərpa olundu. Bundan son-
ra hökumət səviyyəsində Ana dilinin inkişafı və
qorunması istiqamətində əhəmiyyətli sənədlər
qəbul edildi. ...Azərbaycan Konstitusiyasının 45-ci
maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək,
istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla
məşğul olmaq hüququ təsbit olunur. Konstitusiya-
mıza görə, heç kəs Ana dilindən
istifadə hüququn-
dan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr
tarixdə “Azərbaycan Respublikasında Dövlət dili
haqqında” Azərbaycan Respublikasının Qanunu-
nun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili
kimi işlədilməsi,
onun tətbiqi, qorunması və inkişaf
etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan
dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyac-
larının ödənilməsi istiqamətində daha bir addım-
dır. Bu sənəd ümummilli lider Heydər Əliyevin
xalqımıza və onun dilinə tükənməz məhəbbətinin,
qayğısının parlaq nümunələrindən biridir. Bu
ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla
davam etdirməkdədir. Dövlət başçısının müxtəlif
vaxtlarda imzaladığı “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” və “Azərbaycan Milli ensiklopediya-
sının hazırlanması haqqında” sərəncamları və bu
istiqamətdə görülən işlər də dilimizin inkişafına
böyük qayğının təzahürüdür. Ana dilimizi qoru-
maq, inkişaf etdirmək bizim də borcumuzdur.
Dostları ilə paylaş: