Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-da da təntənəli şəkildə qeyd olunmuşdur. Türksoy Türkiyədə keçirilən 11-ci Opera günlərini də “Leyli və Məcnun” opera- sının yüz illiyinə həsr etmişdi... 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrın- da ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Hacıbəyli yaradıcı- lığının zirvəsini təşkil edir. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan “Koroğlu” operası Azərbaycanda ilk klassik opera hesab olunur. Müsəlman şərqində ilk operetta da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad” əsəridir. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olmuşdur. Sonralar “O olmasın, bu olsun” , “Arşın mal alan” operettalarını yazmışdır. Operetta 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır. “Arşın mal alan”dörd dəfə ekranlaşdırılmış, dəfələrlə qrammofon valına yazılmışdır.