64
Milli ədəbiyyat
115
illiyi
Süleyman Rəhimov
1900-1983
MART
Süleyman
Hüseyn oğlu Rəhimov
1900-cü il mart ayının 22-də Zəngəzur
mahalının Qubadlı rayonunun Əyin
kəndində anadan olmuşdur.
S.Rəhimov kənd mollasından əlifba-
nı öyrənmiş, sonra Qubadlıda beşillik
rus məktəbində oxumuşdur.
1921-ci ildə Şuşada açılmış pedaqo-
ji kursa göndərilmiş və burada təhsilini
başa vurduqdan sonra Qubadlı, La-
çın, Zəngəzur rayonlarında bir müddət
müəllimlik etmişdir. Müəllimliklə yana-
şı o, çalışdığı kənd
və rayonlarda həm də
ictimai işlərdə fəal iştirak etmişdir.
S.Rəhimov 1928-1931-ci
illərdə
Azərbaycan Dövlət Universitetinin ta-
rix fakültəsində oxumuşdur, həm də
fəhlə rayonlarında savadsızlığı ləğv
edən kurslarda dərs demişdir. Uni-
versiteti
bitirdikdən sonra Rayon par-
tiya komitəsinin katibi, Bakı parti-
ya komitəsində təbliğat işləri üzrə
katib, Azərbaycan partiya komitəsində
Təbliğat-təşviqat şöbəsinin müdir müa-
vini vəzifələrində çalışmışdır.
S.Rəhimov
ədəbiyyata romanla
gəlmiş və roman bütün çoxillik yaradı-
cılıq fəaliyyəti
dövründə onun nəsrinin
əsas janrı olaraq qalmışdır.
Ədəbi fəaliyyətə 1930-cu ildən baş-
layan Süleyman Rəhimovun ilk əsəri
“Şamo”dur. Bununla belə o, 50 il bu
əsərin üzərində işləmiş və ona əlavələr
etmişdir. “Şamo”, “Saçlı”, “Ata və
oğul”, “Mehman”, “Ana və abidəsi”,
“Ağbulaq dağlarında”, “Aynalı” və
bir çox irihəcmli
roman və povestlərin
müəllifidir. Yazıçının “Mehman” poves-
tinin motivləri əsasında “Qanun naminə”
bədii filmi ekranlaşdırılmışdır.
O, 1941-1945-ci illər müharibəsi
dövründə Sovet qoşun hissələri ilə
Təbrizə gedir, Cənubi Azərbaycanın bir
çox şəhər və kəndlərini gəzir. “Vətən
yolu” qəzetində “Səngərli” imzası ilə çı-
xış edir. Təbriz uşaqlarının ağır həyatını
təsvir edən “Nənənin ölümü” hekayəsini
çap etdirir.
Süleyman Rəhimov 1939-1940,
1944-1946 və 1954-1958-ci illərdə
Azərbaycan Yazıçılar Birliyinin sədri
olmuşdur.
Azərbaycan K(b)P Bakı şəhər
komitəsində təbliğat üzrə katib (1940-
1941), Azərbaycan K(b)P MK-da
Təbliğat və təşviqat şöbəsinin mü-
dir müavini (1941-1944), Azərbaycan
Nazirlər Soveti yanında Mədəni-Maarif
İşləri Komitəsinin sədri (1945-1958)
vəzifələrində işləmişdir.
1961-ci ildə Milli Kitabxananın
memarlıq baxımından tarixi abidə
kimi qiymətləndirilən əzəmətli bi-
naya köçməsində, binanın yeri-
nin seçilməsində və tikilməsində də
görkəmli yazıçı Süleyman Rəhimovun
böyük xidməti olmuşdur.
Azərbaycan Jurnalistlər İttifaqının
“Qızıl qələm” mükafatına (1972) la-
yiq görülmüşdür.
Üç dəfə Lenin orde-
ni (1946, 1970, 1975), “Qırmızı Əmək
Bayrağı” (1959), “Şərəf nişanı” (1942)
ordenləri və medallarla təltif edilmişdir,
1960-cı ildə “Xalq yazıçısı”, 1975-ci
ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxri
adlarına layiq görülmüşdür.
1983-cü il oktyabr ayının 11-də vəfat
etmiş, Bakıda Fəxri Xiyabanda dəfn
edilmişdir.
Dostları ilə paylaş: