Teqvim-2015. pdf


Azərbaycanlıların Sоyqırımı günü (31.03.1918)



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə85/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   81   82   83   84   85   86   87   88   ...   484
Azərbaycanlıların Sоyqırımı günü (31.03.1918)
87
88
91
93-94
92
89-90


63
Milli ədəbiyyat 
110 
illiyi
Mikayıl Rzaquluzadə 
1905-1984     
MART
Mikayıl Manaf oğlu Rzaquluzadə 
1905-ci il mart ayının 17-də Bakı 
şəhərində anadan olmuşdur. 
İbtidai təhsilini yeni üsullu 
“Mədrəseyi-nur” məktəbində  və mol-
laxanada almış (1912-1913), sonralar 
5 saylı “Rus-müsəlman” məktəbində 
oxumuş, Bakı ticarət məktəbinə daxil 
olmuşdur. 
1926-1927-ci illərdə Ali Peda-
qoji  İnstitutun tarix və  ədəbiyyat 
fakültəsində təhsil almışdır. 1927-1931-
ci illərdə Gəncə Pedaqoji Texnikumun-
da, həm də fəhlə fakültəsində ədəbiyyat 
və pedaqogika-psixologiya müəllimi 
işləmişdir. 
1931-1934-cü illərdə o, Moskva İkin-
ci Dövlət Universitetinin aspiranturasını 
bitirib Bakıya qayıtmışdır.  
Bakıda Azərbaycan Dövlət Elmi-
Tədqiqat Pedaqogika İnstitutunda 
uşaq  ədəbiyyatı sahəsində elmi işçi, 
Azərnəşrdə  tərcüməçi və redaktor 
olmuş, qısa fasilələrlə  “İnqilab və 
mədəniyyət” jurnalı redaksiyasında 
məsul katib, “Azərbaycanfilm” kinos-
tudiyasında, Xarici Ölkələrlə  Mədəni 
Əlaqələr Cəmiyyətində baş redaktor, 
“Azərbaycan” jurnalı redaksiyasında 
baş redaktorun müavini vəzifələrində 
çalışmışdır. 
Ədəbi fəaliyyətə 1923-cü ildə “Ab-
dulla  Şaiq” kitabçasında nəşr edilən 
“Müəllim” şeiri ilə başlamışdır. 
İlk məqaləsi isə 1926-cı ildə “Maarif 
işçisi” jurnalında “Cocuq ədəbiyyatında 
üsul məsələsi” adı ilə dərc olunmuşdur. 
Müxtəlif mövzularda yazıb-yaratsa da, 
1945-ci ildən başlayaraq bütün kitabla-
rını  uşaq və  gənclər üçün nəzərdə tut-
muşdur.  
Ədəbi təxəllüsü otuzuncu illərdə 
“Mim-Re”, “M.R.”, “R.Mikayıl”, son-
ralar “M.Rzaquluzadə” olmuşdur.
Azərbaycan tərcüməçiləri arasın-
da  ən çox səmərəli, məqsədəuyğun 
fəaliyyət göstərənlərdən biri də Mi-
kayıl Rzaquluzadə olmuşdur. Çoxil-
lik  ədəbi yaradıcılığını  əsasən tərcümə 
işinə  həsr etmiş bu istedadlı  ədib dün-
yanın müxtəlif xalqlarının klassiklərinin 
əsərlərini dilimizə tərcümə edərək oxu-
cularımızın böyük hörmət və  rəğbətini 
qazanmışdır. Ümumiyyətlə, tərcümə 
kitablarının sayı 60-dan çox olan Mi-
kayıl Rzaquluzadə  “H.Heyne və fa-
şizm”,  “Rabindranat Taqor”, “Bayron 
və müasirlik” və s. kimi  məqalələrin də 
müəllifidir. 1934-cü ildən Azərbaycan 
Yazıçılar Birliyinin üzvü, Azərbaycanın 
qabaqcıl maarif xadimi (1968), əmək 
veteranı (1976) olmuşdur.  
Ədəbiyyat sahəsində xidmətlərinə 
görə iki medal, üç dəfə Azərbaycan Res-
publikası Ali Soveti Rəyasət Heyə-tinin 
Fəxri fərmanı ilə, Çuvaş MSSR Mədə-
niyyət Nazirliyinin və digər təşkilatların 
fəxri tərifnamələri ilə təltif edilmişdir.
1984-cü il noyabrın 10-da Bakıda 
vəfat etmişdir. 
Bakı küçələrindən birinə onun adı 
verilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin