Teqvim-2015. pdf


Yazıçı Ə d ə b i y y a t



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə87/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   83   84   85   86   87   88   89   90   ...   484
22
Yazıçı
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 2 
cilddə /S.Rəhimov; bur. 
məs. Ə.Güləliyev.- Təkrar 
nəşr.- Bakı: Şərq-Qərb, 
2005.- C.I.- 288 s.; C.II.- 
312 s. 
Süleyman Rəhimov: 
[Fotoalbom] /tərt. 
Ç.Əlioğlu.- Bakı: Tə
hsil, 
2005.- 112 s.  
Dədə Süleyman dünyası: 
xatirələr /tərt. A.Şamo.- 
Bakı: Mars-Print, 2010.-
500 s. 
Rüstəmova, N. Süleyman 
Rəhimovun yaradıcılığın-
da milli ədəbi ənənələr: 
filol. е.n.аl.dər.а.üçün 
təq. ol. dis-nın avtore-
feratı: 10.01.03. /Nigar 
Rüstəmova; Naxçıvan 
Dövlət Universiteti.-
Naxçıvan, 2002.-24 s.
İ n t e r n e t d ə
www.anl.az
www.lit.az
www.kitabxana.net


65
Milli ədəbiyyat 
105 
illiyi
Sabit Rəhman 
1910-1970
MART
Sabit  Kərim oğlu Mahmudov (Sabit 
Rəhman) 1910-cu il mart ayının 26-da 
Nuxa (indiki Şəki) şəhərində anadan ol-
muşdur. 
İbtidai təhsilini Şəkidə almış, 1926-
cı ildə isə Bakı Müəllimlər Seminariya-
sını bitirmişdir. O, üç il Şəki şəhərində 
müəllim işlədikdən sonra Bakı Ali Pe-
daqoji  İnstitutunda təhsilini davam et-
dirmişdir.
1936-1937-ci illərdə Moskvada 
Ümumittifaq Kinematoqrafiya  İnstitu-
tunun ssenari kurslarında oxumuşdur.
Bir müddət Azərbaycan dram teatrın-
da ədəbi işçi, İncəsənət idarəsi sədrinin 
müavini vəzifəsində işləmişdi.
Ədəbi fəaliyyətə 1926-1927-ci illər-
də “Molla Nəsrəddin” jurnalında dərc 
etdirdiyi felyetonlarla başlamışdır. 
Sabit Rəhmanın yaradıcılığı çoxcə-
hətlidir. O bir çox hekayə, povest, ro-
man, komediya, ssenari, libretto, bədii 
oçerk müəllifidir. 
Onun şeirləri, satirik hekayə və fel-
yetonları o zamankı qəzet və jurnallar-
da (“Gənc işçi”qəzetində,  Şəkidə  nəşr 
olunan “Qızıl qələm” jurnalında) dərc 
olunurdu. 
İlk hekayələr məcmuəsi - “Pozğun” 
1931-ci ildə dərc olunmuşdur. 
S.Rəhman Azərbaycan Sovet kome-
diyasının banilərindəndir. Azərbaycan 
ədəbiyyatında bu janrın estetik 
tələblərinə cavab verən ilk əsər olan 
“Toy” (1937) satirik komediyasında 
inkişafa, tərəqqiyə mane olan cəhətlər, 
bürokratizm, lovğalıq kimi eyiblər 
Kərəmov   surətində ümumiləşdirilmişdir. 
Onun ssenariləri üzrə “Arşın mal alan”, 
“Məşədi  İbad”, “Koroğlu”, “Əhməd 
haradadır?” kinofilmləri çəkilmişdir. 
“Ulduz”, “Hicran” musiqili komediya-
larının və “Yeddi gözəl” baletinin lib-
rettolarını Sabit Rəhman yazmışdır. 
Sabit Rəhman 1943-cü ildə 
“Azərbaycan SSR Əməkdar incəsənət 
xadimi” fəxri adına layiq görülmüş, iki 
dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və 
medallarla təltif olunmuşdur. 
Sabit Rəhman 1970-ci il dekabr ayı-
nın 5-də Bakıda vəfat etmişdir.
Şəki Dram Teatrı Sabit Rəhmanın 
adını daşıyır. Onun doğulub boya-başa 
çatdığı evdə, Şəki şəhərində ev-muzeyi 
təşkil edilmişdir. 
Bakı 
və 
Şəki 
şəhərlərindəki 
küçələrdən biri dramaturqun adını da-
şıyır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin