66
Musiqi.Opera.Balet
100
illiyi
MART
8
Qəmər Hacağa qızı Almaszadə 1915-
ci il mart ayının 10-da Bakı şəhərində
anadan olmuşdur.
Mühafizəkar müsəlman atasından
gizli olaraq
Qəmər özəl balet studiosuna
yazılmışdı (daha sonra studio Bakı Xo-
reoqrafiya Məktəbinə çevrildi). Atasını
baletlə yox, idmanla məşqul olduğuna
inandırmışdı. Lakin bir neçə ildən son-
ra sirrin üstü açılmışdı. Qəmərin atası
əvvəllər qəzəblənsə də,
sonralar teatra
gizlicə gəlir və qızının çıxışlarında ta-
maşaçılar arasında tez-tez görünürdü.
1930-cu ildə Qəmər Almaszadə Xo-
reoqrafiya Məktəbini bitirib, Azərbaycan
Dövlət Opera və Balet Teatrında işləməyə
başlayır. Bu
arada həmçinin Ali Pedaqo-
ji məktəbinə də daxil olmuşdu.
1932-ci ildə Reynhold Qlierin
“Şahsənəm” operasında ikinci dərəcəli
rola seçilmişdi. 1933-cü ildə indiki
Sankt-Peterburqda Leninqrad Xoreoq-
rafiya Məktəbinə daxil
olmuş və orada
məşhur balerina Qalina Ulanovanın ana-
sı Mariya Romanovanın sinfində oxu-
muşdur. 1936-cı ildə ali məktəbi bitirib
Bakıya qayıtmışdır.
1937-ci ildə Azərbaycan Dövlət Fi-
larmoniyasının nəzdində Azərbaycan
Dövlət Mahnı və Rəqs ansamblının
əsasını qoymuşdur. Üzeyir Hacıbəylinin
rəhbərliyi ilə Azərbaycan əyalətlərinə
elmi səyahət
təşkil edib ilk mənbədən
xalq rəqsləri haqqında məlumat topla-
mışdır.
1939-cu ildə Bakı Xoreoqrafiya
Məktəbində ilk rəqs dərsini demiş, sonra-
lar həmin məktəbin direktoru olmuşdur.
1940-cı ildə Əfrasiyab Bədəlbəylinin
“Qız Qalası”
baletində ilk professional
çıxışını etmişdir. Sonralar Fransada,
Hindistanda, Nepalda da səhnəyə çıx-
mışdır.
1970-ci ildə İraq Xalq Rəqsləri an-
samblını qurmaq üçün Bağdada dəvət
olunmuşdur.
1950-ci illərdə baleti
tərk etsə də
1990-cı illərin sonunadək Bakı Xoreoq-
rafiya Məktəbinin direktoru kimi çalış-
mışdır.
Görkəmli balet ustasının keçdi-
yi parlaq və şərəfli sənət yolu daim
yüksək qiymətləndirilmişdir. O, 1940-
cı ildə “Əməkdar artist”, 1943-cü ildə
“Azərbaycanın Xalq artisti”, 1959-cu
ildə “SSRİ-nin Xalq artisti” fəxri adları-
na layiq görülmüşdür. SSRİ Dövlət mü-
kafatı laureatı olmuş, bir sıra orden və
medallarla,
müstəqil Azərbaycan Res-
publikasının ali mükafatı olan “Şöhrət”
ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti-
nin fərdi təqaüdçüsü olmuşdur.
Dövlət başçısı cənab İlham Əliyevin
Sərəncamı ilə Xalq artisti Qəmər Almas-
zadənin xatirəsi əbədiləşdirilmiş, onun
yaşadığı binaya xatirə lövhəsi vurul-
muşdur.
Qəmər Hacağa qızı Almaszadə 2006-
cı il aprel ayının 7-də vəfat etmişdir.
Dostları ilə paylaş: