69
MART
23
Musiqi.Opera.Balet
95
illiyi
Əşrəf Abbasov
1920-1992
Əşrəf Cəlal oğlu Abbasov 1920-ci
il mart ayının 23-də Şuşada
anadan ol-
muşdur.
O, ilk musiqi təhsilini tar ixtisası üzrə
Şuşa musiqi məktəbində almışdır. Tar
üçün kiçik həcmli pyeslərilə tanış ol-
duqdan sonra Üzeyir Hacıbəyli onun is-
tedadını hiss etmiş və 1936-cı ildə Bakı-
ya oxumağa dəvət etmişdir. Azərbaycan
Dövlət Konservatoriyasında oxuduğu
illərdə dahi bəstəkarımız Ü.Hacıbəyli
ilə ünsiyyətdə olması Əşrəf Abbasovun
dünyagörüşünün, yaradıcılığının
forma-
laşmasına böyük təsir göstərmişdir.
1948-ci ildə Azərbaycan Konservato-
riyasını, 1952-ci ildə isə Moskva Dövlət
Konservatoriyasının aspiranturasını bi-
tirmişdir.
Əşrəf Abbasovun fəaliyyətinin bir
sahəsi də musiqi elmi ilə bağlı olmuş-
dur. Azərbaycan
musiqisinin nəzəri
problemlərini araşdıran tədqiqatçı-alim
Əşrəf Abbasov 1952-ci ildə Moskvada
“Üzeyir Hacıbəyov və onun “Koroğlu”
operası” mövzusunda dissertasiya işini
müdafiə edərək sənətşünaslıq namizədi
alimlik dərəcəsinə layiq görülmüşdür.
O, respublikamızın bəstəkarları arasın-
da ilk sənətşünaslıq namizədi idi.
1947-1948-ci illərdə Asəf Zeynallı
adına Musiqi Texnikumunun
direktoru
olmuş, sonra isə pedaqoji fəaliyyətini
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasında davam etdirmiş-
dir.
O, müəyyən dövrlərdə 1953-1957-ci
illərdə konservatoriyanın rektoru, 1957-
1972-ci illərdə Bəstəkarlıq kafedrasının
müdiri vəzifələrində çalışmışdır.
1965-ci
ildə Azərbaycanda ilk uşaq
baleti olan “Qaraca qız” baletinin, forte-
piano və orkestr üçün konsertin (1946),
simfonik orkestr üçün “Konsertino”nun
(1948), “Şuşa” (1945), “Gələcək gün”
(1952), “Dramatik” (1953) simfonik po-
emalarının, “Səndən mənə yar olmaz”
(1963), “Dağlar qoynunda” (1970) ope-
rettalarının,
bir çox instrumental əsərin,
xor, mahnı və romansın müəllifidir.
1968-ci ildə Ə.Abbasova professor
elmi rütbəsi verilmişdir.
O, həmçinin fəal ictimai xadim kimi
1943-cü ildən Azərbaycan Bəstəkarlar
İttifaqının
üzvü seçilmiş, bu təşkilatın
I qurultayından başlayaraq ömrünün
sonunadək İdarə Heyətinin üzvü ol-
muşdur. Bütün ömrünü, istedadını və
yaradıcılığını musiqimizin inkişafına
həsr etmiş Əşrəf Abbasovun adı mu-
siqi tariximizdə əbədi
həkk olunmuş,
onun əsərləri xalqımızın qəlbində
özünəməxsus yer tutmuşdur.
Musiqi sahəsindəki xidmətlərinə görə
1963-ci ildə bəstəkara “Azərbaycanın
Əməkdar incəsənət xadimi” fəxri adı
verilmişdir.
Əşrəf Abbasov 1992-ci ildə Bakıda
vəfat etmişdir.
Dostları ilə paylaş: