67
Musiqi.Opera.Balet
75
illiyi
Canəli Əkbərov
1940
Canəli Xanəli oğlu Əkbərov 1940-
cı il mart ayının 10-da Lənkəran ra-
yonunun Tükəvilə kəndində anadan
olmuşdur. Atası Xanəli Əkbərov ta-
nınmış xanəndə olub,
çox nüfuzlu mu-
ğamatçı Kərbəlayi Ağaməhəmmədin
oğludur. Canəli Əkbərov muğamın
sirrlərini atasından öyrənmişdir.
O, musiqi təhsilini Bakıda Azərbay-
can Dövlət Musiqi Məktəbində almış-
dır.
Müəllimləri Seyid Şuşinski və
Xan Şuşinskidən muğam ifaçılığının
sirlərini mənimsəmiş və öz ifaçılıq
qabiliyyətini təkmilləşdirmişdir.
Canəli Əkbərov 1965-ci ildən
1975-ci
ilədək Azərbaycan Dövlət Fi-
larmoniyasının, 1976-cı ildən bu günə
kimi Azərbaycan Dövlət Opera və Ba-
let Teatrının solistidir.
Xanəndə bu teatr səhnəsində mu-
ğam operalarında bir sıra yadda-
qalan obrazlar yaratmışdır. “Ley-
li və Məcnun”da Məcnun, “Əsli və
Kərəm”də Kərəm, “Aşıq Qərib”də
Qərib, “Gəlin qayası”nda Camal, “Şah
İsmayıl”da Şah İsmayıl, “Sevil”də
Azançı, “Aldanmış kəvakib”də isə
Axund ifaçının əsas rollarıdır.
Canəli Əkbərov
xarici ölkələrdə
- Almaniya, Mali, Avstriya və s.
ölkələrdə dəfələrlə qastrol səfərlərində
olmuşdur.
Səmərqənddə keçirilən Şərq musiqi
simpoziumunda və Kuybışevdə Şərq
xalqlarının musiqi festivalında böyük
nailiyyət əldə etmişdir.
Onun
ifa etdiyi bütün muğamlar,
dəsgahlar vallara və disklərə yazılmış-
dır.
Hal-hazırda Canəli Əkbərov mu-
ğam müəllimi kimi gənc xanəndələr
nəslini yetişdirir. 1992-ci ildən Bakı
Musiqi Kollecində muğam ifaçılığın-
dan dərs demişdir. Hazırda Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Uni-
versitetinin professoru, Elmi şurasının
üzvü, Muğam sənəti kafedrasının mü-
diri vəzifəsində çalışır.
Yetişdirdiyi
tələbələr bu gün yüksək
nailiyyətlər qazanmışlar.
2010-cu ilin mart ayında Heydər
Əliyev Fondu Xalq artisti, professor
Canəli Əkbərovun 70 illik yubileyi
münasibətilə xanəndənin
həyat və ya-
radıcılığına həsr olunmuş musiqi albo-
munu nəşr edib. Musiqi albomu kitab,
3 CD və DVD-dən ibarətdir. Albomda
ustad xanəndənın uşaqlıq və gənclik
illərindən söhbət açılıb.
Dövlət xanəndənin yaradıcılığını
yüksək
qiymətləndirmiş, o, 1989-cu
ildə “Azərbaycan Respublikasının
Əməkdar artisti”, 1992-ci ildə isə
“Xalq artisti” fəxri adlarına layiq görül-
müşdür. Azərbaycan Prezidenti İlham
Əliyev Azərbaycan muğam sənətinin
inkişafında və təbliğində xidmətlərinə
görə muğam ustası Canəli Əkbərovu
2002-ci ildə “Şöhrət”
ordeni ilə, 2010-
cu ildə “Şərəf” ordeni ilə təltif etmiş-
dir.
Xanəndə
Dostları ilə paylaş: