75
MART
Milli Qəhrəmanlar
55
illiyi
Məzahir Rüstəmov
1960-1992
Məzahir İzzət oğlu Rüstəmov 1960-
cı il mart ayının 2-də Bakı şəhərində
anadan olmuşdur.
1977-ci ildə 32 saylı məktəbi “əla”
qiymətlərlə bitirərək, 1978-ci
ildə BDU-
nun tarix fakültəsinə daxil olmuşdur.
Təhsilini başa çatdırdıqdan sonra bir
müddət məktəbə pioner baş dəstə rəhbəri
göndərilmişdir.
1986-cı ildə Azərbaycan İnşaat
Mühəndisləri İnstitutunun
fəlsəfə kafed-
rasında baş laborant işləmişdir. 1991-
ci il mart ayının 5-dən Dövlət Mətbuat
Komitəsində İqtisadi əlaqələr şöbəsində
aparıcı mütəxəssis kimi fəaliyyətə baş-
lamışdır.
1992-ci il martın 23-də könüllü
olaraq
Milli Orduya yazılmış, Şınıxa getmişdir.
Gədəbəyin Başkənd və Mutudərə kəndi
istiqamətində gedən döyüşlərdə fəallıq
göstərərək düşmənin bir neçə zirehli tex-
nikasını ələ keçirmişdir.
M.Rüstəmov 1992-ci il avqust ayı-
nın 6-da qoşunlarımızın
Başkənd və
Mutudərə istiqamətində hücuma keçən
erməni quldurlarının üzərində qələbə
çaldığı döyüşdə qəhrəmancasına
həlak
olmuşdur.
Azərbaycan Respublikası Prezidenti-
nin 5 fevral 1993-cü il tarixli 457 nömrəli
Fərmanı ilə Rüstəmov Məzahir İzzət
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında
dəfn olunmuşdur.
Təhsil aldığı 32 saylı məktəb,
Əhmədli qəsəbəsindəki
küçələrdən biri
qəhrəmanın adını daşıyır. Yaşadığı bina-
ya xatirə lövhəsi vurulub. Gədəbəy ra-
yonunda tuncdan abidəsi ucaldılıb. Haq-
qında “Alınmaz qalanın qəhrəmanları”
(2013) adlı film çəkilib.
Milli Qəhrəman
Dostları ilə paylaş: