74
Teatr.Kino
70
illiyi
Şəfiqə Məmmədova
1945
MART
Şəfiqə Haşım qızı Məmmədova
1945-ci il mart ayının 30-da Dağıs-
tan Muxtar Respublikasının Dərbənd
şəhərində anadan olub.
1968-ci ildə Azərbaycan Dövlət
Teatr İnstitutunun Musiqili Kome-
diya aktyorluğu fakültəsini bitirib,
Azərbaycan Milli Dram Teatrının
truppasına qəbul olunan aktrisa Uil-
yam Şekspirin “Hamlet” (Gertruda),
Aleksandr Şirvanzadənin “Nakam
qız” (Sona), Lev Tolstoyun “Canlı
meyit” (Maşa), Çingiz Aytmatovun
“Ana torpağı” (Cenşengülün arvadı),
Hüseyn Cavidin “Xəyyam” (Sevda),
Cəlil Məmmədquluzadənin “Dəli yı-
ğıncağı” (Pırpız Sona), Fridrix Şillerin
“Məkr və məhəbbət” (Ledi Milford),
faciələrində, İlyas Əfəndiyevin “Bağ-
lardan gələn səs” (Gülcan), “Mənim
günahım” (Nurcahan), “Məhv ol-
muş gündəliklər” (Anjel), Bəxtiyar
Vahabzadənin “Yağışdan sonra” (Ni-
hal), İmran Qasımovun “Nağıl başla-
nanda” (Tahirə) lirik-psixoloji dram-
larında, Mirzə İbrahimovun “Bəşərin
komediyası və ya Don Juan” (Teado-
ra), Maksim Qorkinin “Meşşanlar”
(Yelena Nikolayevna), Səməd Vur-
ğunun “İnsan” (Nataşa), Raço Stoya-
novun “Qısqanc ürəklər” (Milkana),
Cəfər Cabbarlının “Aydın” (Gültəkin),
Nikolay Poqodinin “Zamanın hökmü”
(İrina) pyeslərində cazibədar səhnə
obrazları yaradıb. 30 ilə yaxın Dram
Teatrında işləyib.
Onun xüsusilə kinoda canlandırdığı
bir neçə rol əbədi olaraq tamaşaçıların
yaddaşına həkk olunub. Belə ki, “Ad
günü” filmində Fəridə, “Bizim Cəbiş
müəllim”də Cəbişin arvadı, “Dədə
Qorqud”da Burla xatın, “İstintaq”da
müstəntiq arvadı Gülya, “Qaraca
qız”da Pəricahan xanım obrazları buna
ən yaxşı misallardır.
Yaradıcılığının parlaq dövründə,
1980-ci ildə aktrisa ailə qayğıları ilə
bağlı teatrdan uzaqlaşaraq Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində (keçmiş Teatr İnstitu-
tu) pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədovanın yaradıcılığı
dövlət tərəfindən qiymətləndirilmiş, o,
Anarın “Şəhərin yay günləri” pyesinin
tamaşasındakı Dilarə roluna görə Res-
publika Dövlət mükafatına (1980) və
Rasim Ocaqovun çəkdiyi “İstintaq”
filmindəki müstəntiqin arvadı obrazı-
na görə isə SSRİ Dövlət mükafatına
(1981) layiq görülmüşdür.
1974-cü il iyun ayının 1-də “Res-
publikanın Əməkdar artisti”, 1982-ci il
dekabr ayının 1-də “Xalq artisti” fəxri
adları ilə, 2013-cü il iyun ayının 25-də
isə “Şərəf” ordeni ilə təltif edilmişdir.
1995-2000-ci illərdə Milli Məclisin
deputatı olmuşdur.
2012-ci ildən Azərbaycan Respub-
likası Kinematoqrafçılar İttifaqının
sədridir.
Dostları ilə paylaş: