Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə104/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   100   101   102   103   104   105   106   107   ...   484
140 
illiyi
Dövlət xadimi


79
Ə d ə b i y y a t 
Atropaten və Alban 
dövlətləri. Azərbaycan 
tatixi: ali məktəblər üçün 
dərslik /İ.Babayev.- Bakı, 
1996. 
Qəbələ: tarixi-arxeoloji 
oçerk /İ.Babayev, 
Q.Əhmədov; red. İ.Əliyev; 
AzSSR EA Arxeologiya və 
Etnoqrafiya sektoru.-Bakı: 
Elm, 1981.-67 s.
Azərbaycan xalqının milli 
kimlik kitabı /İ.Babayev      
//Xalq qəzeti.- 2010.- 15 
may.- S.6.
“Beynəlxalq ekspedisiya-
nın bizim üçün üstünlüyü 
ondadır ki, onlar bizim 
həqiqətlərimizi xaricdə 
təbliğ edirlər” /İ.Babayev 
//Palitra.- 2010.- 28 may.- 
S.6.
Bədəlov, Ə. Vətənpərvər 
alim: İlyas Babayev-75  
/Ə.Bədəlov //Elm.- 2010.- 
12 noyabr.- S.8.
İ n t e r n e t d ə
www.science.gov.az
www.archaeology.org.az
www.anl.az
Alim
İlyas Babayev  
1935  
İlyas Atababa oğlu Babayev 1935-
ci il mart ayının 23-də Quba rayonu-
nun Xanagah kəndində anadan olmuş-
dur. 
1952-ci ildə orta məktəbi bitirmiş-
dir. 1953-cü ildə Azərbaycan Dövlət 
Universitetinin tarix fakültəsinə daxil 
olmuş, 1958-ci ildə ali təhsilini başa 
vuraraq Azərbaycan Elmlər Akademi-
yasının Tarix İnstitutunda arxeologiya 
ixtisası üzrə elmi işçi vəzifəsinə  işə 
götürülmüşdür.
1962-1964-cü illərdə SSRİ EA Ar-
xeologiya İnstitutunun Leninqrad (in-
diki Sankt-Peterburq) Bölməsində pro-
fessor M.İ.Maksimovanın rəhbərliyi 
altında aspiranturada oxumuşdur.
1965-ci ildə tarix elmləri namizədi, 
1983-cü ildə Moskva şəhərində SSRİ 
EA Arxeologiya İnstitutunda doktor-
luq dissertasiyasını müdafiə edərək 
arxeologiya ixtisası üzrə tarix elmləri 
doktoru elmi dərəcəsi almışdır. 
İ.A.Babayev 1958-ci ildən müxtəlif 
arxeoloji ekspedisiyaların qazıntı-
larında iştirak edir. Hazırda o, iki 
beynəlxalq ekspedisiyaya - Koreya 
arxeoloqları ilə birlikdə  Qəbələ,  Al-
maniya və Gürcüstan arxeoloqları ilə 
birlikdə  Şəmkir-Qaracəmirli ekspedi-
siyalarına başçılıq edir. 
30 ildən artıq arxeoloji qazıntı-
lar aparmış, çoxsaylı arxeoloji ta-
pıntılar və yazılı qaynaqlar əsasında 
Azərbaycanın qədim möhürlərini, 
sikkələrini, şəhər mədəniyyətini, sinifli 
cəmiyyət və dövlətin yaranması prob-
lemini, beynəlxalq  əlaqələrini, siyasi 
tarixini tədqiq etmişdir. O, çoxsaylı 
beynəlxalq simpoziumlarda məruzələr 
oxumuş, arxeologiya və  qədim tarix 
sahəsində elmi kadrlar hazırlamış-
dır.  İ.A.Babayev çoxlu elmi kitabla-
rın redaktoru, ali və orta məktəb tarix 
dərsliklərinin müəllifi  və rus dilinə 
tərcüməçisidir.
Onun rəhbərliyi altında namizədlik 
və doktorluq dissertasiyaları müdafiə 
edilmiş, çoxsaylı  tədqiqat işlərinin 
müdafiələrinə opponentlik etmişdir.
O, bir sıra elmi jurnal və topluların, 
Azərbaycan ensiklopediyasının redak-
siya heyətinin üzvüdür.
İ.Babayev elmi fəaliyyətlə yanaşı 
pedaqoji fəaliyyətlə də məşğul olmuş
universitetlərin tarix fakültələrində 
mühazirələr oxumuşdur. 
İ.Babayev hazırda AMEA Arxeolo-
giya və Etnoqrafiya İnstitutunda Antik 
dövr arxeologiyası  şöbəsinin müdiri, 
Azərbaycan Respublikası Prezidenti 
yanında Ali Attestasiya Komissiyasın-
da tarix və siyasi elmlər üzrə Ekspert 
Şurasının sədridir.
Azərbaycan Milli Elmlər Akademi-
yasının müxbir üzvü, professordur.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin