Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə107/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   103   104   105   106   107   108   109   110   ...   484
Ə d ə b i y y a t
Əsrin tərənnümü 
/Ə.Ağayev; elmi red. 
A.Hüseynov.- Bakı: 
Yazıçı, 1980.- 232 s.
Azərbaycan tənqidinin 
görkəmli siması: 
Ədəbiyyatşünas alim 
Əkbər Ağayev... //Azad-
lıq.- 2012.- 11 dekabr.- 
S.14.
Mirzəzadə, Q. Tənqidçi 
dünyası: Əkbər Ağayevin 
ədəbi-tənqidi görüşləri 
/Qürbət Mirzəzadə; 
Azərbaycan Elmlər Aka-
demiyası Nizami adına 
Ədəbiyyat İnstitutu.-
Bakı: Azərnəşr, 2000.- 
152 s.
Mirzəyev, Q. Əkbər 
Ağayevin ədəbi-tənqidi 
görüşləri: filol. e. n. a. 
dər. al. üçün təq. ol. dis.: 
10.01.03. /Q.Mirzəyev; 
AEA, Nizami ad. 
Ədəbiyyat İnstitutu.-
Bakı, 1998.- 172 s.
Xəlilzadə, F. Çoxcəhətli 
yaradıcılıq /F.Xəlilzadə       
//Mədəniyyət.- 2012.- 31 
oktyabr.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
www.csl-az.com
21
Ədəbiyyatşünas


82
Ə d ə b i y y a t 
Keçmiş günlərdən: xatirələr   
/Əziz Şərif; red. A.Zamanov; 
H.Məmmədzadə.- Bakı: 
Yazıçı , 1983.- 300 s. 
“Molla Nəsrəddin” necə ya-
randı /Əziz Şərif; tərt. ed. və 
ön söz. müəl. İ.Həbibbəyli.-
Naxçıvan: Əcəmi, 2009.-  
382 s. 
XX əsrin görkəmli ictimai-
siyasi xadimi Nəriman 
Nərimanov: Klassik 
irsimizdən: Nəriman 
Nərimanov - 140 /Əziz Şərif 
//Respublika.- 2010.- 15 
aprel.- S.7.
Mirzə Davud Rəsulzadə: 
Xatirə /Əziz Şərif                  
//Gəncəbasar.- 2012.- 9-16 
iyun.- №43.- S.4-5.  
Məmmədova, L. Əziz Şərifin 
Mirzə Fətəli Axundzadə 
yaradıcılığına münasibəti     
/L.Məmmədova //Filologiya 
məsələləri.- 2012.- №5. - 
S.378-384.
Paşayev, A. Əziz Şərif: 
Bu dünyaya etibar yoxdur 
/A.Paşayev //El.- 2012.- mart 
(106).- S.5-15 
İ n t e r n e t d ə
www.azadliq.info
www.kataloq.net
www.anl.az
Ədəbiyyatşünas
Əziz Şərif  
1895-1989
Əziz Qurbanəli oğlu  Şərifov 
(Şərifzadə) 1895-ci ildə mart ayının 
28-də Naxçıvan  şəhərində anadan ol-
muşdur.
  Əzizin atası Qurbanəli  Şərifzadə 
dövrünün çox mükəmməl biliyə malik, 
savadlı, bir neçə dil bilən  şəxsiyyəti 
olub. İbtidai təhsilini məşhur pedaqoq 
Sidqi Səfərovun məktəbində alan Əziz 
Şərif  əvvəlcə Tiflis gimnaziyasında, 
sonra isə Moskva Kommersiya İnstitu-
tunda təhsilini davam etdirdiyi dövrdə 
(1915-1917) rus ədəbi mühiti ilə tanış 
olmuşdur.
Uşaqlıq və ilk gənclik illəri Tiflisdə 
Cəlil Məmmədquluzadənin himayə-
sində keçmişdir.  Ədəbi fəaliyyətə 
1906-cı ildə “Molla Nəsrəddin” jur-
nalında dərc etdirdiyi “Naxçıvandan 
məktublar”la başlamışdır. 
“Molla Nəsrəddin” jurnalı redaksi-
yasında işlədiyi ilk gənclik illəri Mirzə 
Ələkbər Sabir, Əbdürrəhim bəy Haq-
verdiyev, Hüseyn Cavid və  Əliqulu 
Qəmküsarla yaxın dostluq əlaqələri onu 
ömürlük  ədəbi fəaliyyətə bağlamışdır. 
1920-1930-cu illərdə Tiflisdə  mətbuat 
və nəşriyyat sahəsində çalışmış, 1925-
1935-ci illərdə Zaqafqaziya Mərkəzi 
İcraiyyə Komitəsində  məsləhətçi ol-
muşdur. 
1943-cü ildə Moskvada M.Qorki 
adına  Ədəbiyyat  İnstitutunun tənqid 
bölməsini bitirmişdir. Sonra Moskvaya 
köçmüş SSRİ Elmlər Akademiyasının 
Şərqşünaslıq  İnstitutunda və Dünya 
Ədəbiyyatı  İnstitutunda baş elmi işçi 
olmuşdur (1950-1961). 
1962-ci ildən ömrünün sonunadək 
M.V.Lomonosov adına Moskva Dövlət 
Universitetinin  filologiya fakültəsində 
SSRİ xalqları  ədəbiyyatı kafedrasının 
professoru, kafedra müdiri vəzifəsində 
çalışmışdır. Çoxlu məqalələrin, elmi 
əsərlərin, tənqidi bioqrafik oçerk və 
monoqrafiyaların müəllifidir.
Əziz  Şərif 1947-ci ilin fevralında 
namizədlik dissertasiyası, 1957-ci ildə 
doktorluq dissertasiyası müdafiə et-
mişdir. 
1962-ci ildə  Ə.Şərifə professor 
elmi adı, 1963-cü ildə “Azərbaycanın 
Əməkdar elm xadimi” fəxri adı veril-
mişdir.
Əziz Şərif həm də respublikamızda 
tərcümə işinin əsasını qoyanlardan biri 
sayılır. O, rus və Azərbaycan dillərində 
bədii tərcümə sahəsində  səmərəli 
fəaliyyət göstərib. Onun tərcüməsində 
N.V.Qoqol, A.N.Ostrovski, M.Qorki, 
A.Fadeyev, K.M.Simonov, U.Şekspir, 
G.Mopassan və başqa məşhur 
ədiblərin  əsərləri Azərbaycan oxucu-
larına çatdırılmışdır. M.F.Axundovun, 
C.Məmmədquluzadənin,  Ə.Haqverdi-
yevin, N.Vəzirovun, C.Cabbarlının, 
S.Rəhimovun,  Mir Cəlalın,  
M.Hüseynin və başqalarının roman və 
hekayələrini rus dilinə tərcümə etmiş-
dir. 
Əziz Qurbanəli oğlu Şərifov 1988-
ci ildə, 93 yaşında, Moskvada vəfat et-
mişdir. Naxçıvanda dəfn olunmuşdur.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin