Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə110/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   106   107   108   109   110   111   112   113   ...   484
Ə d ə b i y y a t
Əbədiyyət yolu 
/A.Qəribov //Respubli-
ka.- 2013.- 31 dekabr.- 
S.10.
Quruculuq və dinamik 
inkişaf strategiyası 
/A.Qəribov //Respubli-
ka.- 2012.- 15 iyun. 
Tədqiqatların və 
beynəlxalq əlaqələrin 
əhatə dairəsi 
genişlənir /A.Qəribov                      
//Azərbaycan.- 2011.- 25 
may.- S. 11.
Aygün. Radiasiya 
Problemləri İnstitu-
tunda... 2011-ci ildə 
4 elmi istiqamət üzrə 
tədqiqatlar aparılıb         
/Aygün //Olaylar.- 2012.- 
29 fevral.- S.12.
Ənsərli, G. Azərbaycan 
alimi “Elmdə ad” müka-
fatına layiq görülmüşdür 
/G.Ənsərli //Elm.- 2013.- 
15 mart.- S.4.
Выход электронно- 
дырочных пар в 
бериллий силикатных 
системах под 
действием 
гамма квантов 
/Я.Д.Джафаров, 
А.А.Гарибов                   
//Проблемы химии.- 
2009.- №4.- C.614-617. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
28
Akademik
65
illiyi


85
Texnika
60 
illiyi
Natiq Cavadov  
1955
MART
Natiq Hacı  oğlu Cavadov 1955-ci 
il mart ayının 8-də Ağdam rayonunun 
Əliağalı kəndində anadan olmuşdur.
1971-ci ildə Bakı  şəhərindəki 132 
saylı orta məktəbi bitirmiş, həmin il 
Azərbaycan Dövlət Universitetinin fi-
zika fakültəsinə daxil olmuş və 1979-
cu ildə oranı bitirmişdir.
Əmək fəaliyyətinə 1974-cü ildə 
Bakı Tunel Tikinti İdarəsində  fəhlə 
kimi başlamışdır. 1975-1977-ci illərdə 
hərbi xidmətdə olmuşdur. 
1978-2003-cü illərdə Azərbaycan 
Milli Aerokosmik Agentliyində tex-
nik, böyük texnik, mühəndis, böyük 
mühəndis, aparıcı mühəndis, partiya 
komitəsinin katibi, daha sonra Ağdam 
Mexaniki və Bakı şəhərindəki Kosmik 
Cihazqayırma zavodlarının direktoru 
işləmişdir. 
2003-cü ildən Azərbaycan Respub-
likası “Sənayeavtomatika”  İstehsalat 
Birliyinin Baş direktorudur.
Natiq Cavadov 1997-ci ildə texni-
ka elmləri namizədi, 2007-ci ildə tex-
nika elmləri doktoru elmi dərəcələrini 
almışdır. 
2003-cü ildən Beynəlxalq 
Mühəndislik Akademiyasının, 2006-
cı ildən isə Azərbaycan Mühəndislik 
Akademiyasının həqiqi üzvüdür.
2008-ci ildən Azərbaycan Texniki 
Universitetinin professoru, həmçinin 
Beynəlxalq Ekologiya və  Təbiətdən 
İstifadə Akademiyasının akademiki-
dir. 
2009-cu ildən “Azərbaycan 
Mühəndislik Akademiyasının 
xəbərləri” elmi-texniki jurnalının, 
2011-ci ildən isə Moskvada nəşr 
edilən “Neft sənayesində avtomatlaş-
dırma, telemexanika və rabitə” elmi-
texniki jurnalının redaksiya heyətinin 
üzvüdür. 
2011-ci ildə Azərbaycan 
Mühəndislik Akademiyasının Nəzarət 
Təftiş Komissiyasının sədri seçilmiş-
dir. 
2011-ci ildə Beynəlxalq Mühən-
dislik Akademiyasının “Mühəndislik 
şöhrəti” medalı ilə təltif olunmuşdur. 
Azərbaycan Respublikasının Prezi-
denti yanında Ali Attestasiya Komis-
siyasının texnika elmləri üzrə Ekspert 
Şurasının üzvüdür.
200-dən artıq elmi məqalənin, o 
cümlədən 5 monoqrafiya, 1 dərslik, 5 
müəlliflik  şəhadətnaməsinin müəllifi-
dir. 90-dan çox elmi məqaləsi xarici 
ölkələrdə - İspaniya, Yunanıstan, İran, 
Türkiyə, Rumıniya, Rusiya, Belarus, 
Ukrayna, Avstriya və Latviyada çap 
edilmişdir.
18 oktyabr 2011-ci il tarixdə 
Azərbaycan Respublikası Prezi-
dentinin Sərəncamı ilə Respublika-
nın ictimai-siyasi, sosial-iqtisadi və 
mədəni həyatındakı xidmətlərinə görə 
“Tərəqqi” medalı ilə təltif edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin