84
Kimya.Biologiya.Tibb
Adil Qəribov
1950
MART
Adil Abdulxalıq oğlu Qəribov 1950-
ci il mart ayının 28-də Azərbaycan
Respublikası Şəki rayonunun İbrahim
kəndində anadan olmuşdur.
1966-cı ildə Kiçik Dəhnə kənd orta
məktəbini, 1972-ci ildə isə Azərbaycan
Dövlət Universitetinin kimya fakültəsini
bitirmişdir.
1972-1976-cı illərdə AEA Radiasiya
Tədqiqatları Sektorunun aspiranturasın-
da fiziki-kimya ixtisası üzrə təhsil almış,
1979-cu ildə namizədlik, 1995-ci
ildə isə
doktorluq elmi dərəcəsinə yiyələnmiş,
1998-ci ildə radiasiya kimyası ixtisası
üzrə professor elmi rütbəsini almışdır.
1995-2001-ci illərdə “Müxtəlif növ-
lü sistemlərin radiasion kimyası” labo-
ratoriyasının, Azərbaycan EA Radiasion
Tədqiqatlar sektorunun rəhbəri olub.
A.Qəribov 2002-ci ildən bu günə kimi
AMEA Radiasiya Problemləri İnstitutu-
nun direktoru vəzifəsində çalışır.
A.Qəribov respublikanın heterogen
proseslərin və bərk
cisimlərin radiasiya
kimyası üzrə ilk elmlər doktoru, pro-
fessor, “Radiasiya materialşünaslığı”
elmi müdafiə şurasının həmsədri, elmi-
texniki və müxtəlif elmi ekspert şurala-
rının üzvüdür.
O, 200-dən artıq elmi əsərin, 17
müəlliflik şəhadətnaməsinin, 10
paten-
tin müəllifidir.
2012-ci ildə peşəkar fəaliyyətdə əldə
etdiyi nailiyyətlərə görə Böyük Britani-
ya Krallığının Direktorlar İnstitutunda
keçirilən Beynəlxalq Sokrat mərasimində
“Elmdə ad” beynəlxalq mükafatı və ti-
tulu alıb və onun adı görkəmli alimlərin
ümumdünya reyestrinə daxil edilib.
Həmçinin A.Qəribovun
rəhbərlik etdi-
yi kollektiv professional, elmi-tədqiqat
və mədəni-maarifçilik fəaliyyətinə görə
“Avropa keyfiyyəti” beynəlxalq müka-
fatına layiq görülüb.
Onun elmi
fəaliyyəti atom enerjisinin
çevrilməsi və ondan istifadə olunma-
sı, atom-hidrogen energetikası, nüvə-
neftkimya komplekslərinin yaradılması,
nüvə reaktorlarının təhlükəsizliyi, radi-
asiya materialşünaslığı, radiasiya kata-
lizi və adsorbsiyası, respublikanın nüvə
və radiasiya təhlükəsizliyi kimi aktual
problemləri əhatə edir.
A.Qəribov
uzun müddət Rusi-
ya İ.V.Kurçatov adına Atom Enerji-
si İnstitutu, sonralar “Kurçatov Elmi
Mərkəzinin” Hidrogen Energetika və
Plazma Texnologiya İnstitutu, Rusiya
EA Fiziki-kimya İnstitutu, Lomonosov
adına MDU-nun “Radiasiya kimyası”
kafedrası ilə birlikdə elmi
tədqiqatlar
aparmışdır.
Onun rəhbərliyi altında RPİ-də ABŞ
Energetika Nazirliyi, Çikaqo Universite-
tinin Arqon Milli laboratoriyası, Sandia
Milli laboratoriyası, Atom Enerjisi üzrə
Beynəlxalq
Agentlik, NATO, CRDF
və UETM və sair qurumlarla layihələr
əsasında elmi-texniki işlər icra olunur.
2005-ci ildə “Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüşdür.
2007-ci ildə Azərbaycan MEA-nın
radiasion kimya ixtisası üzrə müxbir
üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib.
Dostları ilə paylaş: