Teqvim-2015. pdf


Tarixdə bu gün Novruz Bayramı



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə117/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   113   114   115   116   117   118   119   120   ...   484
91
Tarixdə bu gün
Novruz Bayramı 
MART
Novruz bayramı baharın gəlişi 
şərəfinə qeyd edilir və yeni ilin qar-
şılanmasını bildirir. Baharın ilk günü 
təqvimdə Günəşin illik dövr etməsinin 
başa çatdığını göstərir.
Novruz bayramının tarixi kökləri çox 
qədim dövrlərə - Zərdüşt peyğəmbərin 
zəmanəsinə aiddir. Bu isə  təqribən 
3700-5000 il deməkdir.
Ən qədim yazılı abidələrdə göstərilir 
ki, Novruz bayramı bizim eradan əvvəl 
505-ci ildə qeyd edilmişdir.
Novruz ruhun təmizlənməsi rəmzi-
dir. Novruzdan əvvəlki axır çərşənbə 
ərəfəsində tonqallar yandırılır və ya-
şından, cinsindən asılı olmayaraq, hər 
kəs bu bərəkətli odun üstündən yed-
di dəfə tullanmalıdır. Eyni bir tonqa-
lın üstündən yeddi dəfə  və ya yeddi 
tonqalın hərəsinin üstündən bir dəfə 
tullanmaq lazımdır. Bu ritualı yerinə 
yetirərkən “Mənim sarılığım sənə, sənin 
qızartın mənə keçsin” demək lazımdır. 
Novruz tonqalının üstünə heç vaxt su 
tökmürlər. Tonqal özü sönəndən sonra 
oğlanlar və  qızlar onun külünü yığıb 
evdən uzağa aparırlar. Bu o deməkdir 
ki, bütün pisliklər həmin külə qarışaraq 
gedir.
Su ilə  təmizlənmə, suyun təmizlə-
yici qüvvəyə malik olması barədə 
təsəvvürlərlə bağlıdır. Novruz gün-
lərində arx üstündən tullanmaq ötən 
ildə edilmiş günahları yumaq deməkdir. 
Belə bir adət də var: ilin son gecəsində 
adamlar bir-birinin üstünə su çiləyirlər. 
Xalq inamına görə, axır çərşənbə gecəsi 
çaylar və arxlar dayanır, hamı  və  hər 
şey, hətta ağaclar da yerə əyilərək suya 
təzim edirlər. Yeni il axşamında kim bu 
sudan içərsə, o, xəstələnməz.
Qədimdən yaranmış ənənələrə görə, 
həmin vaxtda Novruzun şərəfinə toplar-
dan və tüfənglərdən atəş açırlar. Novruz 
süfrəsində adları “S” hərfi ilə başlayan 
yeddi xörək, habelə sumax, sirkə, süd, 
səməni, səbzi və sair olmalıdır. Süfrəyə 
güzgü və  şamlar, güzgünün qabağına 
boyanmış yumurtalar qoyulur. Bütün 
bunların hər birinin rəmzi mənası var: 
şam – insanları  bədnəzərdən qoruyan 
od, işıq, güzgü isə aydınlıq deməkdir.
Ənənəyə görə, bayramın birinci 
günündə  hər kəs öz evində olmalıdır. 
Xalq içində deyərlər: “Əgər Novru-
zun birinci günündə öz evində olma-
san, yeddi il evinə həsrət qalacaqsan”. 
Keçmişdə Novruz bayramı günündə 
evin bayır qapısı, bir qayda olaraq, bağ-
lanmırdı. Novruzun birinci günü bütün 
gecə  işıq yanır, çünki işığın sönməsi 
bədbəxtlik əlamətidir.
Ənənəyə görə, Novruzun birinci 
günü bahar, ikinci günü yay, üçüncü 
günü payız və dördüncü günü qış hesab 
edilir.  Əgər birinci gün hava küləksiz 
və aydın olsa, deməli, il məhsuldar ola-
caqdır.
Novruz - Azərbaycan xalqının milli-
mənəvi dəyərlərini özündə əks etdirən 
bayramıdır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin