89
Çanaqqala döyüşü
1915-1916
MART
Çanaqqala döyüşü - Birinci Dünya müharibəsi
əsnasında 1915-1916-cı illər arasında Osmanlı
dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, An-
zaklar) arasında baş verən dəniz və quru döyüşü-
dür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı
İstanbulu alaraq boğazların
idarəsini ələ keçirmək,
Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu
açmaq, alman müttəfiqlərindən birini zəiflətmək
məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazı-
na girmişlər. Vaxtilə böyük ərazilərə sahib olan Os-
manlı imperiyası artıq öz keçmiş qüdrətini itirmiş
və indi ən çətin vəziyyətə düşmüşdü. Daxildə və
xaricdə baş verən siyasi
çəkişmələr dövləti çökdü-
rür, taleyini zamanın ixtiyarına buraxırdı. Balkan
yarımadasında ardıcıl məğlubiyyətlər Osmanlı
dövlətini böyük torpaq itkiləri ilə üz-üzə qoymuş-
du. Bu ələdüşməz fürsətdən imperialist dövlətlər
öz mənafeləri üçün istifadə etmək və Osmanlının
torpaqlarını öz aralarında bölüşdürüb bu dövlətin
varlığına son qoymaq istəyirdilər.
Mart ayının 18-də ingilis-fransız
gəmiləri
şiddətli bir atəşə başladılar. Ancaq hücumla-
rı müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də
çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri
çəkilmişlər. Osmanlı ordusu ingilis və fransız do-
nanmalarına qarşı Çanaqqala boğazında aylarla
sürən silsilə dəniz və quru döyüşləri aparmışdır.
Bu döyüş məhvolma vəziyyətində olan bir ölkənin
möhtəşəm qələbəsi
kimi olaraq əfsanələşib, hər
vətəndaşın xatirəsində qalmışdır. Çanaqqala eyni
zamanda Türk şəhidlərinin dünya tarixinə öz qan-
ları ilə yazdığı bir qəhrəmanlıq salnaməsidir.
Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıq-
sızlıq və fəlakət simvolu olaraq sayılmışdır.
Beləliklə, düşmənin birləşmiş qüvvələri
geri çəkilmək məcburiyyətində qalaraq döyüş
məkanını tərk etmişdi və 1916-cı ilin baharında
böyük ümidlərlə gəldiyi
bu torpaqlardan həmin
ilin qışında qaçmağa başlamışdılar.
Bu gün bəzi dövlətlərin Türkiyəyə qarşı
olan qısqanclıq və xəbislik niyyətlərinin əsas
səbəblərindən biri də, bəlkə də Çanaqqala vuruş-
masıdır. Çünki bu vuruşmada tarix boyu Türk-
İslam Dünyasına qənim kəsilmiş və öz işğalçılıq
planlarını hər zaman yeritməyə çalışan Avropa
dövlətlərinin
məqsədləri alt-üst olmuş, nəticədə
onlar gözləniləndən qat-qat artıq itki vermişlər.
Bu savaşda Osmanlı 251.309 nəfər itki vermiş-
di. Döyüşdə əsas canlı qüvvə və texnika ilə işti-
rak edən ingilislər 205.000, fransızlar isə 47000
itgi verdi. Ümumilikdə düşmən tərəf 300.000-ə
yaxın canlı qüvvəsini itirmişdi və bundan əlavə
çoxlu sayda hərbi-texniki
qüvvələri məhv edil-
mişdi. Bir millətin gücünü ortaya çıxararaq nələr
edə biləcəyini göstərmiş olan bu döyüş Türk Qur-
tuluş Döyüşünə də təsir etmişdir. Dəniz və quru
qoşunlarını əhatə edən və bütün çətinliklərə bax-
mayaraq Türk hərb tarixinin şərəfli
səhifələrindən
birinə çevrilən Çanaqqala savaşı Atatürk kimi bir
dahini yetişdirmiş, gələcək qurtuluş savaşında
onun liderliyinə əsas zəmin olmuşdur. Qəhrəman
türk milləti, böyük öndər Mustafa Kamal Paşanın
Dostları ilə paylaş: