Anma Günü olaraq elan edilmişdir.
Üstündən yüz illik bir müddət keçməsinə baxma-
yaraq insanlar Çanaqqala adını eşidəndə qəhrəman
Türk millətinin əzmkarlığına heyran olur və bu
şərəfli mücadilə hər bir kəsi düşündürməklə yanaşı
onlara əsl vətənpərvərlik irsini tərbiyə edir.
Biz bu hadisələrdən nəticə çıxartmaqla
gənclərimizi Çanaqqala döyüşlərinin hissləri altın-
da hərbi-vətənpərvərlik ruhunda böyütməliyik.
Azərbaycanda Çanaqqala hadisələri tam da
olmasa lazımi səviyyədə tədqiq edilmişdir. Hətta
bu döyüşlərə ithaf edilən əsərlər də yazılmış-
dır. Bunlardan biri görkəmli bəstəkarımız Vasif
Adıgözəlovun “Çanaqqala 1915” oratoriyasıdır.
Bu əsər öz ruhuna görə insana döyüş əzmi aşıla-
yır.