Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə112/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   108   109   110   111   112   113   114   115   ...   484
100 
illiyi
Texnika
25
MART


87
Tarixdə bu gün
95 
illiyi
Azərbaycan Dövlət Teleqraf Agentliyi  
1920
MART
Azərbaycan Dövlət Teleqraf Agent-
liyi - AzərTAc respublikanın aparıcı 
informasiya agentliyi, yerli və xarici 
KİV-lər üçün yeganə  rəsmi dövlət in-
formasiya mənbəyidir. 
1920-ci il mart ayının 1-də  Azərbaycan 
Xalq Cümhuriyyəti hökuməti tərəfindən 
yaradılmış AzərTAc sonralar, Sovet 
hakimiyyəti illərində müxtəlif adlarla 
fəaliyyət göstərmisdir.
Azərbaycan yenidən dövlət 
müstəqilliyi bərpa etdikdən sonra 
agentlik özünün tarixi adını  bərpa et-
mişdir. 1995-ci il mart ayının 3-dən 
Nazirlər Kabineti yanında Dövlət Te-
leqraf Agentliyi, 2000-ci il yanvar ayı-
nın 17-dən Azərbaycan Dövlət Teleqraf 
Agentliyi adlandırılmışdır. 
AzərTAc rəsmi dövlət xəbərləri ilə 
yanaşı, ictimai-siyasi, iqtisadi mövzu-
larda, elm, təhsil, mədəniyyət, səhiyyə, 
idman,  ətraf mühit və s. haqqında 
fasiləsiz olaraq bütün sutka ərzində 
Azərbaycan, ingilis, rus, fransız, alman 
və ərəb dillərində dəqiq və operativ in-
formasiya verir. 
AzərTAc  İTAR-TASS (Rusiya), 
Anadolu agentliyi (Türkiyə), Sinxua 
(Çin), AGERPRES (Rumıniya), Uk-
rinform (Ukrayna), BTA (Bolqarıstan), 
ANSA (İtaliya), İRNA (İran), TANYUQ 
(Serbiya), BELTA (Belarus), Mold-
pres (Moldova), ATA (Albaniya), MTI 
(Macarıstan), MENA (Misir), PETRA 
(İordaniya), ANTARA (İndoneziya), 
MONTSAME (Monqolustan), Yonhap 
(Koreya Respublikası), LETA (Latvi-
ya), Kabar (Qırğızıstan), Kazinform 
(Qazaxıstan), KUNA (Küveyt), Xovar 
(Tacikistan), KYODO (Yaponiya), Bu-
aNews (Cənubi Afrika Respublikası), 
AGİ (İtaliya), QNA (Qətər) informasi-
ya agentlikləri ilə əməkdaşlıq haqqında 
sazişlər imzalamışdır. 
2004-cü ildə Asiya və Sakit Oke-
an Ölkələri  İnformasiya Agentlikləri 
Təşkilatına (OANA), 2008-ci ildə Av-
ropa Xəbər Agentlikləri Alyansına 
(EANA) üzv qəbul edilmişdir. 
AzərTAc Müstəqil Dövlətlər Birliyi-
nin üzvü olan ölkələrin Milli İnformasiya 
Agentlikləri Assosiasiyasının (ANİA), 
Türkdilli Xəbər Agentlikləri Birliyinin 
(TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq 
Təşkilatının üzvü olan ölkələrin Milli 
İnformasiya Agentlikləri Assosiasiyası-
nın (PANİA) təsisçilərindən biridir. 
AzərTAc 2008-ci ildən “AsiaPulse” 
- Asiya xəbər agentlikləri konsorsiumu-
nun üzvüdür.
AzərTAc-ın ABŞ,  İngiltərə, Fransa, 
Almaniya, Avstriya, Latviya, Macarıs-
tan, Rusiya, Ukrayna, Misir, Türkiyə, 
Gürcüstan, İran, Orta Asiya, Çin və Ya-
poniyada, respublikanın bölgələrində 
müxbir məntəqələri fəaliyyət göstərir.
AzərTAc foto və yazılı informasiya-
larla yanaşı, ölkənin sosial, siyasi, iqti-
sadi, idman həyatından videoxəbərlər 
hazırlayır, onları internet resursunda və 
sosial şəbəkələrdə yayır. Agentliyin mul-
timedia və videoxəbər xidməti “Gəzdim 
Azərbaycanı”, “Abidələrimiz”, “Dünya 
şəhərləri”, “Sənət korifeylərimiz” və 
digər bir sıra layihələr həyata keçirir.
2013-cü ilin sentyabrından AzərTAc-
ın Uşaq Bilik Portalı fəaliyyət göstərir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin