Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə111/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   107   108   109   110   111   112   113   114   ...   484
Ə d ə b i y y a t
Mayelərin nəqlində istifadə 
olunan sərfölçənlər 
/N.Cavadov, Ə.Mehtiyev, 
A.Mirzəyev; elmi red. 
Ə.Canəhmədov.- Bakı: Apost-
rof, 2013.- 288 s. 
Azərbaycanın güclü sənaye 
mərkəzinə çevrilməsi 
üçün böyük potensialı var 
/N.Cavadov //Azərbaycan.- 
2014.- 5 sentyabr.- S.6. 
Türk Dünyasının böyük 
ağsaqqalı: [ümummilli lider 
Heydər Əliyev haqqında] 
/N.Cavadov //Həftə içi.-
2013.- 4-6 may.- S.7.
Yüksəlişin və inkişafın 
təminatçısı cənab İlham 
Əliyevin ücüncü müddətdə 
prezidentlik fəaliyyətinə baş-
lamasının bir ili tamam olur 
/N.Cavadov //Azərbaycan.- 
2014.- 19 oktyabr.- S.9.
İ n t e r n e t d ə
www.president.az
www.az.wikipedia.org
www.anl.az
www.elibrary.az
www.ama.com.az
8
Alim


86
Ə d ə b i y y a t 
Əmirov, Ə. Sənayenin 
tərəqqisi /Ə.Əmirov.-
Bakı: Azərnəşr, 1970.-
156, [4] s.
Əmirov Əli Cabbar 
oğlu //Naxçıvan 
ensiklopediyası.-Bakı, 
2002.-S.150. 
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.socar.az
Alim
Əli Əmirov 
1915-1979
Əli Cabbar oğlu  Əmirov 1915-ci il 
mart ayının 25-də Naxçıvan  şəhərində 
anadan olmuşdur.
 Əli Əmirov Neft Maşınqayırma Tex-
nikumunun axşam şöbəsini bitirmiş, son-
ra Sənaye İnstitutunda təhsil almışdır.
1939-1940-cı illərdə “Türkmən-
neft’’də  fəhlə, mühəndis neftçıxarma 
ustası  vəzifəsində  işləmişdir. Sonralar 
təcrübəli neftçi kimi   Azərbaycana gələrək 
1940-1942-ci illər “Suraxanıneft’’də 
işləmişdir.
Burada neftçıxarma ustası  vəzi-
fəsindən trestin rəisi vəzifəsinə  qədər 
yüksəlmişdir. 1955-1959-cu illərdə 
Azərbaycan neft sənayesi nazirinin mü-
avini, 1959-1962-ci illərdə “Azərne
ft’’ 
İstehsalat Birliyinin baş direktoru 
vəzifəsinə irəli çəkilmişdir.  Əllinci 
illərdə Azərbaycan neft-qaz hasilatı azal-
mağa başlandığı dövrdə  Əli  Əmirovun 
şəxsi iştirakı ilə “Qum adası’’ neft-qaz 
yatağının mənimsənilməsinə başlanıl-
mışdı. Quyu yüksək qaz və qaz konden-
satı ilə  işləməklə “Qum adası’’ yatağı-
nın kəşfininin  əsasını qoymuşdu. Məhz 
bu kəşflə Azərbaycan neft sənayesinin 
yenidən dirçəlişi başlandı. Sonralar 
“Bahar’’, “Səngəçal’’, “Duvanı-dəniz’’, 
“Bulla-dəniz’’ və s. neft-qaz yataqla-
rının istismara verilməsi Azərbaycan 
neft sənayesini yüksək zirvələrə qaldır-
dı ki, bu işdə  də  Əli  Əmirovun xüsusi 
xidmətləri vardır. 
1962-1971-ci illərdə  Azərbaycan 
Kommunist Partiyasının Mərkəzi 
Komitəsinin katibi vəzifəsində 
işləmişdir.
 1972-ci ildə texnika elmləri doktoru 
elmi dərəcəsini, 1977-ci ildə professor 
elmi rütbəsini almışdır.
 1971-1977-ci illərdə yenidən “Az-
neft’’ Neft və Qazçıxarma  İstehsa-
lat Birliyində baş mühəndis və  rəis 
vəzifəsində çalışmışdır. 1977-ci ildən 
ömrünün axırınadək “Azərbaycan neft 
təsərrüfatı” jurnalının redaksiyasında 
işləyərək Azərbaycan Neft və Kimya 
institutun “Neft yataqlarının işlənməsi’’ 
kafedrasının professoru olmuşdur.
 O, neft sənayesinin elm və texnikası 
sahəsində aktual məsələlərə həsr edilmiş 
140-dan çox kitab, monoq
rafiya və elmi 
məqalələr yazmışdır. 
Əli  Əmirovun istehsalat və elmi 
fəaliyyəti dövlət tərəfindən yüksək 
qiymətləndirilmişdir. 1969-cu ildə Dövlət 
mükafatına, 1970-ci ildə “SSRİ-nin fəxri 
neftçisi” adlarına layiq görülmüş, “Qır-
mızı Əmək Bayrağı”, 2 dəfə “Şərəf Ni-
şanı’’ ordenləri və bir sıra medallarla 
təltif edilmişdir. Neft sənayesinin inkişa-
fındakı xidmətlərinə görə ona akademik 
İ.M.Qubkin adına mükafat verilmişdir. 
SSRİ Neft və Qaz Sənayesi Elmi-texniki 
Cəmiyyətinin fəxri üzvü olmuşdur.
  Əli  Əmirov 1979-cu ildə Bakıda 
vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edil-
mişdir. 
Neft və Qazçıxarma idarəsi (Qaradağ 
rayonu) və Bakı küçələrindən biri onun 
adını daşıyır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin