Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə119/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   115   116   117   118   119   120   121   122   ...   484
28
28
Ə d ə b i y y a t 
Azərbaycanın milli 
təhlükəsizlik orqanlarının 
şəxsi heyəti peşə bayramını 
qeyd etmişdir //Azərbaycan.-
2011.- 29 mart. - S. 2.
Milli Təhlükəsizlik or-
qanlarının qəhrəmanları                     
/baş məsl. E.Mahmudov; 
məsl.F.Vahabov; red. 
A.Babayev; tərt.: X.Tağıyeva, 
N.Allahverdiyev.- Bakı: MTN-
nin İctimai Əlaqələr Mərkəzi: 
İndiqo, 2008.- 324 s.
Milli təhlükəsizliyin keşiyində 
//Azərbaycan.- 2012.-28 
mart.- S.5.
Zülfüqaroğlu, Ə.Milli 
təhlükəsizlik orqanlarının 
yaranmasından 93 il ötür. Bu 
münasibətlə bayram tədbiri 
keçirilib /Ə.Zülfüqaroğlu        
//Həftə içi.- 2012.- 29 mart.- 
S.2.
İ n t e r n e t d ə 
www.anl.az
www.mns.gov.az    
www. ebooks.preslib.az
MART


93
MART
Azərbaycanlıların Sоyqırımı Günü
 1918
MART
31
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və 
uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini alma-
mış soyqırımı da tarixin açılmamış səhifələrindən 
biridir.
1813-cü və 1828-ci illərdə imzalanmış Gülüs-
tan və Türkmənçay müqavilələri Azərbaycan 
xalqının parçalanmasının, tarixi torpaqlarımızın 
bölünməsinin əsasını qoymuşdu. Azərbaycan xalqı-
nın bu milli faciəsinin davamı kimi onun torpaqla-
rının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət 
gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə 
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçi-
rildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının 
ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının əra-
zilərində  məskunlaşdırılan ermənilər orada yaşa-
yan azərbaycanlılarla müqayisədə azlıq təşkil et-
mələrinə baxmayaraq öz havadarlarının himayəsi 
altında “Erməni vilayəti” adlandırılan inzibati böl-
günün yaradılmasına nail oldular. Belə süni ərazi 
bölgüsü ilə,  əslində, azərbaycanlıların öz torpaq-
larından qovulması  və  məhv edilməsi siyasətinin 
bünövrəsi qoyulmuş, “Böyük Ermənistan” ideyaları 
təbliğ olunmağa başlanmışdı. “Böyük Ermənistan” 
yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 
1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq 
şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata 
keçirmişdilər. Ermənilərin Bakıdan başlanan 
vəhşilikləri Azərbaycanı  və indiki Ermənistan 
ərazisindəki Azərbaycan kəndlərini  əhatə etmiş-
di. Yüzlərlə yaşayış  məntəqəsi dağıdılmış, yerlə 
yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə 
qətlə yetirilmişdi. 
Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş 
vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən 
məharətlə istifadə edən ermənilər öz iddialarını 
bolşevik bayrağı altında reallaşdırmağa nail ol-
muşdular. 1918-ci ilin mart ayından etibarən əks-
inqilabçı ünsürlərlə mübarizə  şüarı altında Bakı 
Kommunası tərəfindən ümumən Bakı quberniyası-
nı azərbaycanlılardan təmizləmək məqsədi güdən 
mənfur planın həyata keçirilməsinə başlanılmışdı. 
Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər 
Azərbaycan xalqının yaddaşına  əbədi həkk olun-
muşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız mil-
li mənsubiyyətinə görə məhv edilmişdi. Ermənilər 
evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. 
Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, 
məscid və digər abidələri dağıtmış, Bakının böyük 
bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı,  Şamaxı, 
Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Nax-
çıvanda, Lənkəranda və Azərbaycanın başqa böl-
gələrində xüsusi qəddarlıqlarla həyata keçirilmiş-
dir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə 
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət 
abidələri dağıdılıb məhv edilmişdir.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin 
məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə 
Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqla-
rını Ermənistan SSR-in ərazisi elan etmişdilər. Son-
rakı dövrdə bu ərazilərdəki azərbaycanlıların depor-
Tarixdə bu gün


94
tasiya edilməsi siyasətini daha da genişləndirmək 
məqsədilə yeni vasitələrə  əl atmışdılar. Bunun 
üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 
1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və 
başqa azərbaycanlı  əhalinin Azərbaycan SSR-in 
Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi 
qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların 
öz tarixi torpaqlarından kütləvi surətdə deportasi-
yasına dövlət səviyyəsində nail olmuşdular.
Erməni millətçiləri öz havadarlarının köməyi 
ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına 
qarşı  kəskin mənəvi təcavüz kampaniyasına baş-
lamışdılar. Keçmiş sovet məkanında müntəzəm 
şəkildə yayılan kitab, jurnal və  qəzetlərdə milli 
mədəniyyətimizin, klassik irsimizin, memarlıq 
abidələrimizin ən nəfis nümunələrinin erməni xal-
qına mənsub olduğunu sübut etməyə çalışırdılar. 
Eyni zamanda, onlar tərəfindən bütün dünyada 
azərbaycanlıların mənfi obrazını formalaşdırmaq 
cəhdləri də güclənmişdi. “Yazıq, məzlum erməni 
xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regi-
onda baş verən hadisələr şüurlu surətdə təhrif olun-
muş, azərbaycanlılara qarşı soyqırım törədənlər 
soyqırım qurbanları kimi qələmə verilmişdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan 
İrəvan  şəhərindən və Ermənistan SSR-in digər 
bölgələrindən soydaşlarımız təqiblərə məruz qala-
raq kütləvi surətdə qovulmuşlar. Azərbaycanlıların 
hüquqları ermənilər tərəfindən kobudcasına pozu-
lur, ana dilində  təhsil almasına  əngəllər törədilir, 
onlara qarşı repressiyalar həyata keçirilirdi. 
Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, 
toponimika tarixində misli görünməyən qədim 
toponimlərin müasir adlarla əvəzolunma prosesi 
baş vermişdir.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda 
başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız 
insanın, o cümlədən çoxlu sayda qoca, qadın və 
uşaqların öldürülməsi ilə nəticələnmişdir.
Martın 30-dan aprelin 2-dək davam edən 
kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik 
etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə 
insanı  qətlə yetirmiş, müsəlman ziyarətgahlarını 
yandırmış, Bakı  əhalisinin 400 milyon manatlıq 
əmlakını müsadirə etmişdir. Kütləvi qırğınlar za-
manı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir 
məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən 
möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” 
binası yandırılmışdır.
Azərbaycanlılara qarşı 
həyata keçirilən          
soyqırımı siyasəti, təkcə Bakı  şəhəri ilə 
məhdudlaşmamışdır. Martın 31-də erməni daş-
nakları  Şamaxı  qəzasının 53 kəndində 8027 
azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 
uşağı  qətlə yetirmişlər. Qubanın 162 kəndində 
öldürülən günahsız azərbaycanlıların sayı isə 
16 mindən artıq olmuşdur. Erməni daşnakları 
Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağ-
da minlərlə  kəndi yandırmış, on minlərlə insanı 
vəhşicəsinə qətlə yetirmişlər. 1918-ci il iyulun 15-
də Azərbaycan Demokratik Respublikasının yarat-
dığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlar-
la bağlı çoxsaylı  sənədləri toplayaraq hökumətə 
təqdim etmiş, 1919-cu ildə Azərbaycan Parlamen-
ti 31 mart tarixinin - azərbaycanlıların soyqırımı 
günü kimi qeyd olunması barədə  qərar qəbul et-
mişdir. Sovet hakimiyyəti illərində bu tarix yad-
daşlardan silinsə  də, müstəqillik dövründə tarixi 
sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan 
xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı 
çoxsaylı araşdırmalar aparılmış, kitablar dərc olun-
muşdur. 1998-ci il martın 26-da Prezident Heydər 
Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 
Fərman imzalamışdır. Həmin gündən başlayaraq 
31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü 
kimi qeyd olunur.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin