Teqvim-2015. pdf


Milli ədəbiyyat Xalidə Hasilova



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə127/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   123   124   125   126   127   128   129   130   ...   484
99
Milli ədəbiyyat
Xalidə Hasilova 
1920-1996  
APREL
Xalidə  Məmməd qızı  Hasilova     
1920-ci il aprel ayının 19-da Zaqatala 
rayonunda anadan olmuşdur. 
Pedaqoji texnikumu bitirdikdən 
sonra Zaqatala rayonundakı  Qımır 
kəndində müəllimlik etmişdir. 
1939-1941-ci illərdə Xalidə Hasilo-
va Leninqrad Universitetinin filologiya 
fakültəsində təhsil almış, Bakıya qayıt-
dıqdan sonra təhsilini ADU-nin filolo-
giya fakultəsində davam etdirmişdir.
1943-1944-cü illərdə Zaqatala şəhər 
orta məktəbində müəllim, 1944-1945-ci 
illərdə Moskvada xarici dillər kursunda 
türk  şöbəsinin dinləyicisi, 1948-1952-
ci illərdə “Uşaqgəncnəşr”in redaktoru
1952-1953-cü illərdə “Azərbaycan qa-
dını” jurnalı redaksiyasında  ədəbi işçi 
olmuş, 1966-1972-ci illərdə “Göyərçin” 
jurnalının baş redaktoru, 1972-ci ildən 
isə “Azərbaycan qadını” jurnalının baş 
redaktoru vəzifəsində işləmişdir. 
1952-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü olmuşdur.
X.Hasilova uzun müddət bədii 
yaradıcılıqla məşğul olmuş, həm 
uşaqlar, həm də böyüklər üçün bir 
sıra gözəl  əsərlər yazmışdır. Yazıçı, 
həmçinin, tərcüməçilik fəaliyyəti ilə də 
məşğul olmuş, türk və rus dillərindən 
V.Q.Korelenko, N.Tixonov, İ.P.Soto, 
Ə.Nesin və başqalarından tərcümələr 
etmişdir. 
Sovet Qadınları Komitəsinin Rəyasət 
Heyətinin, Azərbaycan KP MK yanın-
da Qadınlar Şurası  Rəyasət Heyətinin, 
Azərbaycan Yazıçılar  İttifaqı plenu-
munun üzvü olmuşdur. Bakı şəhər So-
vetinin deputatı, Qadınların  Əməyi və 
Analığı Mühafizə Komissiyasının sədri 
seçilmişdir.
Xarici ölkələrdə dostluq cəmiyyəti 
nümayəndə heyətinin tərkibində Maca-
rıstan, AFR, İsveçrə, İran və Yaponiya 
ölkələrində səfərdə olmuşdur.
Yazıçının “Həsrət”, “Həyat özü bir 
nəğmədir”, “Bir sahilin adamları”, 
“Hamı doğmadır mənə”, “Nəğməli 
könül” pyesləri müxtəlif teatrların 
səhnəsində tamaşaya qoyulmuş, əsərləri 
rus və türk dillərinə tərcümə olunmuş-
dur.
Xalidə Hasilova bir sıra nəzəri 
məqalələrin də müəllifidir ki, on-
ların  əksəriyyəti uşaq  ədəbiyyatı 
problemlərilə  əlaqədardır. Bunlardan 
“Uşaq ədəbiyyatında ədəbi tənqid haq-
qında” “Gözəl duyğular”, “Uşaqla-
ra yüksək keyfiyyətli  əsərlər verək”, 
“Ədəbiyyat və tərbiyə” və s. göstərmək 
olar.
O, 1974-cü ildə “Azərbaycanın 
Əməkdar  mədəniyyət işçisi” fəxri adını 
almış, “Şərəf nişanı” və “Qırmızı Əmək 
Bayrağı” ordenləri ilə və bir sıra medal-
larla təltif edilmişdir. 
Görkəmli yazıçısı Xalidə Hasilova 
1996-cı il dekabr ayının 5-də Bakıda 
vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin