101
210
illiyi
Andersen Hans Kristian
1805-1875
Hans Kristian Andersen 1805-ci il
aprel ayının 2-də Danimarkanın Fyun
adasının
Odense şəhərində anadan ol-
muşdur.
Kasıb bir ailədə doğulmuş Hans ki-
çik yaşlarından pyeslər yazmışdır. İlk
şeirləri 1826-1827-ci illərdə nəşr olun-
muşdur. Əsl ədəbi fəaliyyətə “Holmen
kanalından Amager adasının Şərq bur-
nuna qədər piyada səyahət” (1829)
əsəri ilə başlamışdır. “İmprovizator”
(1835), “Yalnız skripka çalan” (1837)
romanlarında xalq içərisindən çıxmış
istedadlı adamların acınacaqlı tale-
yi təsvir edilmişdir. “Mulat” (1840)
pyesi irqi bərabərsizlik əleyhinə
yönəldilmişdir. Lakin Andersen dün-
ya ədəbiyyatında uşaqlar üçün yazdığı
nağılları ilə şöhrət qazanmışdır.
XIX əsrin 30-cu
illərin ikinci ya-
rısından başlayaraq “Uşaq nağılları”
(1835-1837), “Yeni nağıllar” (1845-
1848), “Rəvayətlər” (1852-1853) ki-
tablarını nəşr etdirmişdir.
Andersenin demokratik, humanist
dünyagörüşü nağıllarında daha dol-
ğun əks olunmuşdur. Onun “Uşaqla-
ra söylənilmiş nağıllar” kitabını oxu-
yan dünyanın görkəmli fizik
alimi
H.K.Ersted heyranlıqla qəti sözünü
beləcə ifadə etmişdi: “İmprovizator”
sizi məşhurlaşdırdı, nağıllar isə adınızı
əbədiləşdirəcəkdir!”.
Andersen “Çirkin ördək balası”nda
əsl istedadın bütün maneələri dəf
edərək, özünə yol açacağı fikrini irəli
sürmüş, “Bülbül” nağılında
isə həqiqi
sənəti süni gözəlliyə qarşı qoymuşdur.
“Dəyanətli qalay əsgərcik”, “Qar krali-
ça” və s. nağıllarda sadə, yoxsul adam-
ların mənəvi zənginliyindən danışılır.
“Noxud üzərində yatan şahzadə qız”,
“Donuzotaran” nağıllarında aristokra-
tiya
nümayəndələrinin xudpəsəndliyi,
zövqsüzlüyü və şıltaqlığı təsvir olu-
nur.
Dünyanın bir sıra ölkələrinə, o
cümlədən Fransa, Almaniya, Çexiya,
Polşa, İtaliya, İsveç, İsveçrə, Afrika,
Serbiya, Rumıniya, Macarıstan, Avs-
triyaya olan səfərləri A.K.Andersenin
dünyabaxışına, mənəvi zənginliyinə
yeni dəyərlər gətirmişdi. Hans Kris-
tian uşaq psixologiyasını dərindən
duymuş və incəlikləri
ilə əks etdirmiş-
dir. Onun nağılları böyüklər üçün də
ibrətamizdir.
Andersen folklordan yaradıcılıqla
istifadə etmişdir. Dinamik süjet, danı-
şıq dilinin sadəliyi və canlılığı, dərin
emosionallıq, incə yumor nağılların
xarakterik xüsusiyyətidir.
Yazıçının əsərləri bir çox dilə, o
cümlədən
Azərbaycan dilinə tərcümə
olunmuşdur.
Danimarkanın nağıl şahzadəsi Hans
Kristian Andersen 1875-ci il avqustun
4-də Kopenhagendə vəfat etmişdir.
1975-ci ildə Ümumdünya Sülh
Şurasının qərarı ilə anadan olmasının
170 və vəfatının 100 illik yubileyi ke-
çirilmişdir.
Dostları ilə paylaş: