103
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
110
illiyi
Sadıq Dadaşov
1905-1946
APREL
Sadiq Ələkbər oğlu Dadaşov 1905-
ci il aprel ayının 15-də Bakıda
anadan
olmuşdur.
1929-cu ildə Bakı Politexnik İnstitu-
tunun İnşaat fakültəsini bitirmişdir.
O, 1944-cü ildə Azərbaycan SSR
Xalq Komissarlığı Soveti yanında Me-
marlıq İşləri İdarəsinin ilk rəisi olmuş-
dur.
Sadiq Dadaşov 1941-ci ildə SSRİ
Memarlıq Akademiyasının
müxbir
üzvü, 1945-ci ildə yeni yaradılmış
Azərbaycan SSR Elmlər Akademiya-
sının (indiki Azərbaycan Milli Elmlər
Akademiyası) akademiki seçilmişdir.
O, Azərbaycan memarlığı tarixi-
nin öyrənilməsinin əsasını qoymuş,
memarlıq abidələrinin bərpası işinin
elmi əsaslarını yaratmış və ilk əməli
nümunələrini həyata keçirmişdir.
1934-1940 və 1944-1946-cı illərdə
Azərbaycanın bir sıra rayonlarına elmi
səfərlər təşkil etmişdir.
Sadiq Dadaşov memarlıq
və nəzəri
əsərlərini görkəmli Azərbaycan mema-
rı və memarlıq tarixçisi Mikayıl Hü-
seynovla birgə yaratmışdır. Həyatdan
vaxtsız getmiş Sadıq Dadaşov eyni
zamanda bacarıqlı təşkilatçı idi. Res-
publikada Memarlar İttifaqı bilavasitə
onun təşəbbüsü ilə yaradılmışdı. Sadıq
Dadaşovun layihəsi ilə Bakıda
və res-
publikanın digər şəhərlərində tikilmiş
çoxlu yaşayış, ictimai və mədəni-məişət
binaları Azərbaycan memarlığının inki-
şafında böyük rol oynamışdır.
Sadıq Dadaşov 1929-1933-cü illərdə
23 tikilinin layihəsini vermişdir. Bunla-
ra Bakıdakı fabrik mətbəx (Bayılda),
Azərbaycan Sənaye İnstitutunun yeni
binası (indiki Azərbaycan
Dövlət Neft
Akademiyası; hər ikisi 1932), İncəsənət
işçiləri evi, bir sıra yaşayış binaları
kompleksi, Qazaxdakı Pedaqoji Texni-
komun binası (hamısı 1933) aiddir.
Onun əsas işləri: Azərbaycan Texni-
ki Universitetinin binası (1931-1933),
“Nizami” kinoteatrı (1937), Bakı Mu-
siqi Akademiyasının binası (1938), Ni-
zami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin binası (1940),
indiki Nazirlər Kabinetinin binası və
başqalarıdır.
Sadıq
Dadaşov Nizami Gəncəvinin
1946-cı ildə Gəncədə, 1949-cu ildə
Bakıda qoyulmuş abidələrinin layihə
müəllifidir.
Xidmətlərinə görə 1940-cı ildə ona
“Azərbaycanın əməkdar incəsənət xa-
dimi” fəxri adı verilmiş, 1941-ci ildə
SSRİ Dövlət mükafati laureatı adına la-
yiq
görülmüş, “Lenin” ordeni, “Qırmı-
zı Əmək Bayrağı” ordeni və medallarla
təltif edilmişdir.
Professor Sadıq Dadaşov 1946-cı il
dekabr ayının 24-də Moskvada vəfat et-
miş, Bakıda dəfn olunmuşdur.
Dostları ilə paylaş: