105
Siyasət.Hüquq.Hərbi iş
145
illiyi
Nəriman Nərimanov
1870-1925
APREL
Nəriman Kərbalayı Nəcəf oğlu
Nərimanov 1870-ci il aprel ayının 14-də
Tiflis şəhərində anadan olmuşdur. Do-
ğulduğu və gənclik illərini keçirdiyi
Tiflis mühiti onun əqli və mənəvi in-
kişafında böyük rol oynamışdır. 1890-
cı ildə Qori seminariyasını bitirmiş, elə
həmin il Borçalı qəzasının Qızıl Hacılı
kənd məktəbində pedaqoji fəaliyyətə
başlamışdır. 1891-ci ildə Bakı şəhərinə
köçmüşdür.
1894-cü ildə Azərbaycan ziyalıları-
nın qabaqcıl dəstəsinin yaxından iştira-
kı ilə Bakıda ilk milli kütləvi kitabxana-
qiraətxananın əsasını qoymuşdur.
1902-ci ildə Odessa Universitetinin
tibb fakültəsinə daxil olmuş və burada
inqilabı işlə məşğul olmuşdur. 1905-ci
ildə inqilab günlərində Odessada ilk in-
qilabi sınaqdan
keçmiş və həmin ildə
“Hümmət” partiyasına üzv yazılmış,
Rusiyanın sosial-demokrat partiyasının
(RSDRP) proqramını türk dilinə çevir-
mişdir.
1908-ci ildə universiteti bitirərək
Bakıya gəlmiş, şəhər xəstəxanasında
işləməyə başlamışdır.
1909-cu ilin əvvəllərində
geniş
ictimai-siyasi və inqilabi fəaliyyətə
başladığı üçün, elə həmin ilin fevra-
lında çar hökuməti tərəfindən nəzarətə
alınan N.Nərimanov Tiflisdə həbs
olunmuş, 7 ay Metex qalasında saxlan-
dıqdan sonra 2 il müddətinə Qafqazdan
xaricə, Həştərxana sürgün edilmişdir.
Sürgün
illərində qəzetlərdə çox-
lu məqalələrlə çıxış etmiş, inqilabi və
həkimlik fəaliyyətini davam etdirmiş-
dir. 5 illik sürgün həyatını başa vur-
duqdan sonra, 1913-cü ildə Bakıya
qayıtmış, dövri mətbuatda qiymətli
məqalələr dərc etdirmişdi.
1917-ci ildə bolşevik “Hümmət”
təşkilatının sədri, həmin təşkilatın ey-
niadlı qəzetinin redaktoru olmuş və
bolşeviklərlə birlikdə Azərbaycanda
sosialist inqilabının qələbəsi uğrunda
mübarizə aparmışdır.
1919-cu ildə Moskvaya çağırıl-
mış, xalq komissarlığının xarici işlər
bölməsində Yaxın Şərq məsələləri üzrə
xalq komissarının müavini vəzifəsinə
təyin edilmişdir.
1920-ci ildə Bakıya
gələn Nərimanov
əvvəlcə müvəqqəti Hərbi inqilab komi-
təsinin, sonra İnqilab Komitəsinin və
Azərbaycan hökumətinin sədri olmuş-
dur.
Azərbaycanda yaradılan Sovet Res-
publikasının idarəetmə orqanlarına
qiyabi olaraq seçilsə də, ona Bakıya
qayıtmağa icazə verilmirdi. Yalnız rep-
ressiyaların birinci dalğası başa çat-
dıqdan sonra Bakıya gələn Nərimanov
Azərbaycan Xalq Cümhuriyyəti xadim-
lərinin bir çoxunun xaricə getməsinə
imkan yaratmış və bununla
da onla-
rı sovet repressiya maşınının ağzın-
dan xilas etmişdir. Lakin Lenin bütün
səlahiyyətləri S.Kirov və S.Orconikidze
kimi qatillərə vermişdi. Nərimanov
“millətçilikdə” günahlandırılmış, ide-
yaları isə həqarətlə “nərimanovçuluq”
adlandırılmışdır.
Rusiya ilə Türkiyə arasında dost-
luq əlaqələrinin qurulmasında onun
müstəsna xidmətləri olmuşdur. Belə
ki, Moskvadan İstanbula yollanan
hər bir dövlət heyəti, səlahiyyətli
şəxs Bakıda Nərimanov tərəfindən
14
İctimai xadim
təlimatlandırılırdı. Bakıda saxlanılan ingilis
əsirlərinin Maltada saxlanılan türk əsirlərinə
dəyişdirilməsi də onun səyləri nəticəsində baş tut-
muşdur. Türkiyəyə və Atatürkə rəğbət bəsləyən
Nərimanovun fəaliyyəti türk mətbuatında geniş
işıqlandırılırdı. Türkiyə Böyük Millət Məclisinin
qərarı ilə ona fəxri qılınc təqdim olunmuşdu.
1921-ci ildə Nərimanovun səyi ilə imzala-
nan Qars müqaviləsinə əsasən, Naxçıvana olan
təzyiqlər aradan qaldırılmış və bunun qarantı kimi
Türkiyə çıxış etmişdir.
1922-ci ildə SSRİ yarandıqdan sonra, Lenin
və partiya qarşısında xidmətləri nəzərə alınaraq,
Mərkəzi İcra Komitəsinin sədrlərindən biri təyin
olunmuşdur.
1922-ci ildə o, sovet nümayəndə heyəti tərki-
bində Genuya konfransında iştirak etmiş, yenicə
yaradılmış SSRİ dövlətini idarə edəcək qurumun –
Mərkəzi İcraiyyə Komitəsinin
dörd sədrindən biri
seçilmişdir. Faktik olaraq milyonlarla insanların
son ümid yeri o idi. Moskvada onun rəhbərliyi ilə
“Yeni Şərq” jurnalı və Şərqşünaslıq Elmi Cəmiyyəti
fəaliyyət göstərirdi. 1925-ci ildə məhz onun təklifi
ilə Böyük Sovet Ensiklopediyasının yazılmasına
başlanılmışdır. “Ucqarlarda inqi-labımızın tarixinə
dair” iri məktub-məqaləsində Nərimanov sovet
hakimiyyətinin törətdikləri vəhşilikləri cəsarətlə
göstərmiş və yazmışdır: “Bu sənədin işıq üzü
görməyə imkanı yoxdur, lakin vaxt gələcək ki, ta-
rix müqəssirləri axtaracaqdır.”
Azərbaycanın müsəlman şərqində nail olduğu
bir çox ilklər, o cümlədən
ilk konstitusiya onun
adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə
Azərbaycan xalqının adət və ənənələrinə dərin
hörmət edilmiş, bütün dini və ənənəvi bayramlar
rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O,
siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-
yazıçı kimi Azərbaycan tarixində mühüm rol oyna-
mış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi
milli romanımızın (“Bahadır və Sona”) və ilk tari-
xi faciənin (“Nadir şah”) banisidir.
N.V.Qoqolun “Müfəttiş” komediyası-
nı Azərbaycan dilinə tərcümə etmiş, (1899),
Azərbaycan və rus dillərini öyrənənlər üçün
dərsliklər hazırlamışdır.
Görkəmli ictimai-siyasi xadim Bakıda I Türko-
loji qurultayın çağırılmasında
da böyük rol oyna-
mışdır.
N.Nərimanov Azərbaycan məktəb və pedaqoji
fikir tarixində özünəməxsus orijinal fikirlərə ma-
lik bir sima idi. O, zəhmətsevər xalqın içərisindən
çıxmış, zəhmətkeşlər adından çıxış etmiş, zəhmət-
keşlərdən bəhs etmiş və ömrünün sonunadək on-
ların azadlığı, xalq maarifi və mədəniyyətinin
tərəqqisi naminə çalışmışdır.
1925-ci il mart ayının 19-da Moskva vaxtı ilə
axşam saat 8-də SSRİ MİK-nin sədri N.Nərimanov
müəmmalı şəkildə vəfat etdi və Qızıl meydanda,
Kreml divarları yanında dəfn edildi. Onun tabutu
üzərinə qoyulan əklildə “Şərq xalqlarının inqilabi
rəhbərinə və imperializm zülmü altında olanların
tam azadlığı uğrunda çarpışmış mübarizə” sözləri
yazılmışdı.
N.Nərimanovun vəfatı ilə əlaqədar
ölkənin
bütün dövlət idarələrində iş dayandırıldı. Dəfn
günü – martın 23-ü matəm elan edildi. Hökumət
binalarında, xaricdəki diplomatik və ticarət
nümayəndəliklərinin binalarında, hərbi və ticarət
donanmasının gəmilərində dövlət bayraqları beş
dəqiqəliyə endirildi.
Nəriman Nərimanovun xatirəsi əbədiləşdirilmiş,
yaşadığı mənzildə 1977-ci il noyabr ayının 6-da,
keçmiş Nikolayevski küç.17-də (indiki İstiqlaliyyət
küç.35) yerləşən binanın 2-ci mərtəbəsində xatirə
muzeyi açılmışdır. Azərbaycanda N.Nərimanovun
adını daşıyan rayon, metro stansiyası, küçələr,
abidələr, məktəblər vardır.
Dostları ilə paylaş: