107 Ə d ə b i y y a t Xatirələrim /Ə.Şıxlinski; qeydlər və izahlar. Ş.Nəzirli.- Bakı: Azərnəşr, 1984.- 216 s. Nəzirli, Ş. General Əli ağa Şixlinski və silah- daşları /Ş.Nəzirli.- Bakı, 2012.- 494 s. Nəzirli, Ş. General Əliağa Şıxlinski ömrü /Ş.Nəzirli.- Bakı, 2005.-135 s. Nəzirli, Ş. Rus artil- leriyasının Allahı : general Əliağa Şıxlins- ki haqqında /Ş.Nəzirli //Savalan.- 2012.- 20-23 aprel.- S.3. Uğur. Azərbaycan Xalq Cümhuriyyətinin gene- ralları: Şəmistan Nəzirli: “Əliağa Şıxlinski Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmaqla Azərbaycan ordusunun təməl daşını qoyub” /Uğur //Xalq cəbhəsi.- 2013.- 15 mart.- S.11. İ n t e r n e t d ə www.az.wikipedia.org www.anl.az www.vetenim.umi.ru www.regiment.ru www.shixlinski.az www.qazax.net Hərbi xadim Əli ağa Şıxlinski 1865-1943 Əli ağa Hacı İsmayıl ağa oğlu Şıx-
linski 1865-ci il aprel ayının 23-də
Yelizavetpol (Gəncə) quberniyasının
Qazax qəzasının Qazaxlı kəndində ana-
dan olmuşdur. 1875-ci ildə Tiflisdəki
ikiillik şəxsi gimnaziyada, 1876-cı ildə
Tiflis hərbi gimnaziyasında, 1883-cü
ildə Peterburqdakı Mixaylov Artilleri-
ya Məktəbində təhsil almışdır. 1886-cı
ildə Peterburq artilleriya məktəbini əla
qiymətlərlə bitirmiş, Qafqazdakı 39-
cu Topçu briqadasına hərbi xidmətə
göndərilmişdi.
1905-ci ildə Port-Artur döyüşlərində
göstərdiyi qəhrəmanlığa görə podpol-
kovnik rütbəsini almışdır. Müharibədən
sonra topçu zabitlər hazırlayan
məktəbdə yüksəkixtisaslı hərbçi kimi
dərs deməyə başlayan Şıxlinski 1908-
ci ildə polkovnik rütbəsi almışdı. Onun
yazdığı, dərs vəsaiti kimi istifadə edilən
“Səhra toplarının cəbhədə işlədilməsi”
əsəri 1910-cu ildə çap olunmuşdu. Bun-
dan əlavə, onun “Şıxlinski üçbucağı”,
“Şıxlinski formulu” adlı hərbi-elmi ix-
tiraları topçu zabitlər üçün hazırlanmış
dərsliklərə daxil edilmişdi. Bütün bu
xidmətlərinə görə gənc hərbçiyə 1913-
cü ildə general-mayor rütbəsi veril-
mişdi. Beləcə o, çar ordusunun aparıcı
mütəxəssislərindən birinə çevrilmişdi.
1914-cü ildə başlanan I Dünya
müharibəsi zamanı Petroqradın artilleri-
ya müdafiəsi general Əliağa Şıxlinskiyə
tapşırılmışdı. Sonralar Qərb cəbhəsi ar-
tilleriya qoşunlarının rəisi, 1917-ci ilin
sentyabrından isə 10-cu ordunun ko-
mandanı təyin olunmuşdu. Elə həmin il
ona general-leytenant rütbəsi verilmiş-
dir.
Öz xahişi ilə İmperiya ordusundan
tərxis olunmuş, Vətənə qayıtmış, ADR-
in hərb nazirinin müavini təyin edilmiş-
di. 1919-cu ildə Azərbaycan Demokra-
tik Cümhuriyyətinin əmri ilə ona tam
artilleriya generalı rütbəsi verilmişdi.
1920-ci ildə bolşeviklər Azərbaycanı
işğal edəndə hər ikisi - S.Mehmandarov
və Ə.Şıxlinski həbs olunsalar da,
N.Nərimanovun təşəbbüsü ilə general-
lar güllələnmədən xilas olunmuşdular.
Bir müddət Əli ağa Şıxlinski Mosk-
vada Hərbi İnqilab Sovetinin səhra
Qərargahında çalışmışdır. 1921-ci ilin
yayında isə o, Azərbaycan Sovet Qo-
şunları Qərargahına göndərilmişdi. Bir
müddət Bakı Qarnizonu Hərbi Elmi
Cəmiyyətinin sədr müavini işləyən ge-
neral, 1924-cü ildə isə Birləşmiş Hərbi
Komanda Heyəti Məktəbinə rəis müa-
vini təyin edilmişdi.
1928-ci ildə “Rusca-Azərbaycanca
qısa hərbi lüğət” çap etdirən Şıxlinski
məhz buna görə SSRİ Hərbi İnqilab
Şurasının Fəxri Fərmanı ilə təltif edil-
mişdi. 1929-cu ildə səhhətinə görə is-
tefaya çıxan tam artileeriya generalı
Əli ağa Şıxlinski bir çox orden və me-
dallarla (I-IV dərəcə Anna, I-III dərəcə
müqəddəs Stanislav, II-IV dərəcə Vla-
dimir, IV dərəcə Müqəddəs Georgi
ordenləri), o cümlədən Fransanın Fəxri
legion ordeni ilə təltif olunmuşdur.
O, dərin zəkası ilə hərb elmində əldə
etdiyi nailiyyətlərə görə “Artilleriyanın
Allahı” adını qazanmışdı.
Əli ağa Şıxlinski 18 avqust 1943-cü
ildə Bakıda vəfat etmişdir.
Azərbaycan Respublikasının Prezi-
denti cənab İlham Əliyev 2014-cü il 20
noyabr tarixində general Əliağa Şıxlins-
kinin 150 illik yubileyinin keçirilməsi
haqqında Sərəncam imzalamışdır.