104
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
110
illiyi
Mikayıl Hüseynov
1905-1992
APREL
Mikayıl Ələsgər oğlu Hüseynov
1905-ci il aprel ayının 19-da anadan ol-
muşdur. O, Azərbaycan Politexnik İns-
titutunun inşaat mühəndisi fakültəsini
bitirdikdən
sonra həmin institutda işə
başlamış, respublikada inşa edilən
mədəni-məişət binalarının layihəsini
çəkməklə məşğul olmuşdur.
Az vaxtda onun layihələri əsasında
respublikamızın hər yerində - Bakıda,
Gəncədə, Naxçıvanda, Şəkidə... neçə-
neçə mədəni-məişət binaları tikildi.
İlk memarlıq və nəzəri əsərlərini
(1946-cı ilədək) Sadıq Dadaşovla birgə
yaratmışdır.
M.Hüseynov doğma Azərbaycanı
ürəkdən sevərdi. Memarlıq
sənəti ru-
huna, varlığına hopmuşdu. İşləmək
onun üçün bütün ağrılarının məlhəmi
idi. O, özünün düşündüyü kimi ya-
radıb yaşatmaq istəyirdi. Akademik
Mikayıl Hüseynov XX əsrin müasir
Azərbaycan memarına yol açdı.
Yaratdığı, lahiyələşdirdiyi möhtə-
şəm tikililər milli memarlıq
üslubu
ilə seçilirdi. Şərq və Qərb memarlıq
məktəbinin sintezindan yararlanan
Mikayıl Hüseynov əzəmətli yaşayış
və ictimai binaların lahiyələrini hazır-
layıb. Bakının yaraşığı olan “Alimlər
evi”, “Monolit”, Bakı Musiqi Akade-
miyası, “Abşeron” və “Azərbaycan”
mehmanxanaları Şərq memarlığından
qidalanan təxəyyülünün məhsuludur.
Onun memarlıq dühasının yadigarla-
rı olan və doğma Bakının gözəlliyinə
xüsusi zinət verən, milli memarlıq
inciləri sayılan
neçə-neçə möhtəşəm
binalar, o cümlədən M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanası-
nın binası Mikayıl Hüseynovun adını
özündə yaşadır.
Ölkəmizdə ucaltdığı yüksək-
mərtəbəli binalarla kifayətlənməyən
memar Düşənbədə, Moskvada Şərq
milli koloritli və ornametlərlə seçilən
bənzərsiz işlər görüb.
Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyi Mikayıl Hüseynovun şah əsəri
hesab edilir. “Nəriman Nərimanov”,
“Nizami”, “Elmlər Akademiyası” met-
ro stansiyalarının yaraşıqlı üslubları
hal-hazırda öz əzəmətini saxlayır.
Görkəmli memar, alim, pedaqoq
Mikayıl Hüseynovun
Azərbaycan
memarlığının inkişaf tapmasında bö-
yük xidmətləri olub. O, memarlıq
sahəsində elmlər doktoru və akademik
səviyyəsinə ucalmış ən
məşhur me-
marlarımızdan biri olub.
Azərbaycan EA təsis edildikdən son-
ra (1945) onun ilk һəqiqi üzvlərindən
olan M.Hüseynov yeni təşkil olunmuş
Azərbaycan EA İncəsənət İnstitutunda
direktor müavini işləmiş, 1948-ci
ildən
Memarlıq və İncəsənət İnstitutunun di-
rektoru olmuşdur.
“Əməkdar incəsənət xadimi” (1940),
Azərbaycan EA akademiki (1945),
Memarlıq doktoru (1950), “SSRİ
Xalq memarı” (1970), Azərbaycanın,
keçmiş SSRİ-nin ən yüksək müka-
fatlarına, orden və medallarına, SSRİ
(1941) və Azərbaycan (1967) Dövlət
mükafatları laureatı adlarına layiq gö-
rülmüşdür. O, Böyük Britaniya, Asiya
kral cəmiyyətinin həqiqi üzvü idi.
Mikayıl Hüseynov 1992-ci
il okt-
yabr ayının 2-də vəfat etmiş, Fəxri Xi-
yabanda dəfn edilmişdir.
Memarın şərəfinə Simurq cəmiyyəti
tərəfindən Mikayıl Hüseynov mükafatı
təsis olunmuşdur.
Dostları ilə paylaş: