100
APREL
Xanımana Sabir qızı Əlibəyli 1920-
ci il aprel ayının 20-də Bakının Keşlə
kəndində anadan olmuşdur.
O, hələ yeniyetmə vaxtlarından
ədəbiyyata maraq göstərir, şeirlər ya-
zır, Azərbaycan
və rus dillərində uşaq
ədəbiyyatı nümunələrini oxuyurdu.
Xanımana Əlibəyli Bakıda Tibb İnsti-
tutuna daxil olmuş, 1942-ci ildə institutu
bitirərək təyinatla Masallıya göndərilmiş,
orada Qızılavar kənd tibb məntəqəsində
fəaliyyətə başlamışdır. Müharibə
illərində Xanımana Əlibəyli
hərbi hos-
pitalda çalışmış, professor Ginzburqun
assistenti kimi Azərbaycanın müxtəlif
bölgələrindən olan yaralı əsgərləri
müalicə etmişdir. Müharibədən sonra
Bibiheybətdəki 13 saylı məsləhətxanada
uşaq həkimi kimi çalışmışdır.
O, ikinci ali təhsil almaq üçün ADU-
nun filologiya
fakültəsinə qəbul olunmuş
və fakültəni müvəffəqiyyətlə bitirmişdir.
O, uzun illər Bakının orta məktəblərində
dərs demiş, məktəb direktoru, rayon xalq
maarif şöbəsinin müdiri vəzifələrində
çalışmış, bu sahədə səmərəli
fəaliyyətinə
görə “Əməkdar müəllim” fəxri adına la-
yiq görülmüşdü.
O, ixtisasca həkim olsa da, uşaq-
lara olan sevgisi onu şair etmişdi.
X.Əlibəylinin ilk şeirləri 1938-ci ildən
dövri mətbuatda dərc olunmağa başla-
mış, “Balaca həkim” adlı birinci kitabı isə
1955-ci ildə “Uşaqgəncnəşr” tərəfindən
30 min nüsxə tirajla çap olunmuşdur.
1953-cü ildə o, SSRİ Yazıçılar İttifa-
qına üzv qəbul edilmişdir. X.Əlibəyli
bütövlükdə həyatını uşaq ədəbiyyatına
həsr etmişdir. Onun indiyə qədər 30-
dan çox kitabı, 10-a yaxın uşaq pyesi
nəşr edilib. X.Əlibəyli
müxtəlif illərdə
“Gözəllər gözəli”, “Nişanlı quş”, “Ay-
can”, “Dovşanın ad günü”, “Cunquş”,
“Kənd həkimi”, “Durnalar lələk salır”,
“Meyvələrin şahı” və s. dram əsərləri
yazmış, onların bir çoxu ölkəmizin
gənclər və kukla teatrlarında göstərilmiş,
müəllifinə Azərbaycan uşaq dramaturgi-
yasının görkəmli nümayəndəsi şərəfini
gətirmişdir. Onun “Cunquş” adlı əsəri
vaxtilə respublikanın Dövlət mükafatına
layiq görülmüşdü. Kukla Teatrı 1980-
ci ildə Hindistanda qastrol səfərində
olarkən, Dehli
və Bombey şəhərlərində
X.Əlibəylinin “Cunquş” pyesi əsasında
hazırlanmış tamaşa böyük rəğbətlə qarşı-
lanmışdı. O, uşaqlar üçün yüzlərlə şeirin,
onlarla poema və səhnə əsərinin, 30-dan
artıq kitabın müəllifidir.
X.Əlibəylinin sənəti həmişə
diqqət mərkəzində olmuş,
yüksək
qiymətləndirilmişdir. “Aycan” pyesi-
nin uğurlu tamaşası münasibətilə şairə
tamaşanın yaradıcı heyəti ilə birlikdə
Azərbaycan SSR-in Dövlət mükafatı-
na layiq görülmüşdür. 1991-ci ildə ona
“Əməkdar incəsənət xadimi” fəxri adı
verilmişdir. 1998-ci ildə o, “İlin qadı-
nı” adına layiq görülmüşdür. 1999-cu
ildə ümummilli lider Heydər Əliyev
X.Əlibəyliyə Prezident
təqaüdü təyin
etmiş, bu münasibətlə xatirə olaraq ona
gözəl bir büllur şamdan da bağışlamışdı.
Şairənin anadan olmasının 90 illiyi ilə
əlaqədar Mədəniyyət və Turizm Nazirli-
yi tərəfindən onun əsərlərinin ikicildliyi
nəşr olunmuşdur.
Xanımana Əlibəyli 2007-ci il may
ayının 7-də vəfat etmiş, Bakıda dəfn
edilmişdir.
Dostları ilə paylaş: