Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə130/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   126   127   128   129   130   131   132   133   ...   484
Ə d ə b i y y a t
Düyməcik: nağıl 
/H.K.Andersen; rəssamı 
A.Ələkbərov.- Bakı: Çaşıoğ-
lu, 2006.-16 s.
Sehrli nağıllar 
/H.K.Andersen.- [Bakı]: 
[Qanun]: [Əli və Nino], 
[2012].-48 s.
Nağıllar /H.K.Andersen; 
tərc. ed. M.Rzaquluzadə, 
C.Məcnunbəyov, 
S.Hüseynova, 
Ə.Haqverdiyev.-Bakı: 
Qanun, Əli və Nino.- 2013.-
295 s.
Rəfiq, G.Hans Xristian 
Andersen: Məşhur nağıl-
baz uşaqları heç sevmirdi 
/G.Rəfiq //Bizim yol.- 2010.- 
9 noyabr.- S.13. 
Ерхов, Б. Андерсен 
/Б.А.Ерхов; [ред. 
Е.В.Смирнова].-Москва: 
Молодая гвардия, 2013.-
255 с.
İ n t e r n e t d ə
www.anl.az
 www.anl.az
www. az.wikipedia.org
2
Yazıçı
APREL
Dünya ədəbiyyatı


102
APREL
3
95 
illiyi
Hacı Məmmədov 
1920-1981
APREL
Hacı  Məmməd oğlu Məmmədov 
1920-ci il aprel ayının 28-də  Şamaxı 
şəhərində anadan olmuşdur. 1927-ci 
ildə ibtidai təhsilə başlamış, 1928-
ci ildən təhsilini Bakıda davam et-
dirmiş, eyni zamanda tar ifaçılığını 
öyrənmişdir. 1937-ci ildə orta məktəbi 
başa vurmuş, həmin ildən Dövlət Filar-
moniyasında çıxış etməyə başlamışdır. 
1938-ci ildə Moskvada keçirilən 1-ci 
ədəbiyyat və incəsənət ongünlüyündə 
iştirak etmişdir. 1943-cü ildə Tibb 
Universitetinə daxil olmuşdur.
1948-ci ildə Azərbaycan Dövlət 
Tibb Universitetini bitirmiş, müxtəlif 
xəstəxanalarda həkim-cərrah, baş 
həkim müavini, baş  həkim işləmişdir. 
Uzun müddət Naxçıvan 
şəhər 
xəstəxanasında, Sumqayıtda və Bakıda 
insanların sağlamlığının keşiyində da-
yanmışdır.
Hacı  Məmmədov hələ on yaşın-
da ikən onu Azərbaycan Dövlət  Şərq 
Orkestrinə  qəbul ediblər. Kollektivə 
hamıdan sonra gələn bu oğlan uşağının 
qeyri-adi istedad sahibi olması Üzeyir 
Hacıbəylinin də diqqətini çəkmiş, o, bu 
çəlimsiz uşağı yoldaşlarına göstərərək 
söyləmişdi: “Baxın, gördüyünüz 
sarıbəniz oğlan gec-tez sizləri tamam 
ötüb keçərək birinci pilləyə çıxacaq”.
Tarda çalmağı müstəqil öyrənmişdi. 
1930-1948-ci illərdə Azərbaycan Xalq 
Çalğı Alətləri Orkestrində  işləmiş, 
1949-cu ildən Azərbaycan Dövlət Fi-
larmoniyasının solisti olmuşdur. 
H.Məmmədov klassik rus və  Qərb 
bəstəkarlarının əsərlərinin tarda ilk ifa-
çılarından idi.
Muğamların və bəstəkar əsərlərinin 
orijinal və mahir ifaçısı idi. Hacı 
Məmmədovun sənətkarlığının  əsas 
xüsusiyyəti emosionallıq və virtuozluq 
kimi keyfiyyətlərin qovuşmasından 
ibarət idi. Onun ifasında “Orta Mahur”, 
“Segah”, “Çahargah”, “Zabul”, “Şur” 
muğamları, xalq musiqisi və  bəstəkar 
əsərləri AzTR Fondunda qorunub sax-
lanılır. 
Hacı  Məmmədov Bülbül, Se-
yid  Şuşinski, Zülfi Adıgözəlov kimi 
xanəndələri müşayiət etmiş, bir çox 
xarici ölkələrdə - Belçika, Polşa, Ma-
carıstan, İran, Suriya, Əlcəzair və baş-
qa ölkələrdə qastrol səfərlərində ol-
muşdur.
Hacı  Məmmədov 1957-ci ildə 
“Əməkdar artist”, 1963-cü ildə isə 
“Xalq artisti” fəxri adlarına layiq gö-
rülmüşdür. “Şərəf” nişanı ordeni ilə 
təltif edilmişdir.
1981-ci ildə vəfat etmiş,  Fəxri Xi-
yabanda torpağa tapşırılmışdır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin