Teqvim-2015. pdf


Mədəniyyət.Maarif.Elm 75



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə138/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   134   135   136   137   138   139   140   141   ...   484
109
Mədəniyyət.Maarif.Elm
75 
illiyi
Bəhlul Abdulla  
1940-2011
APREL
Bəhlul Ağabala oğlu Abdullayev 
(Bəhlul Abdulla) 1940-cı il aprel ayının 
27-də Lerik rayonu Lələhiran kəndində 
anadan olmuşdur. 1958-ci ildə Biləsuvar 
rayonunda orta məktəbi bitirmişdir. 
1962-1967-ci 
illərdə ADU-nun filo-
logiya fakültəsində təhsilini davam et-
dirmişdir.
1967-1971-ci illərdə Biləsuvar 
şəhəri Nizami adına orta məktəbdə dil-
ədəbiyyat müəllimi olmuşdur. 
1971-ci ildə Azərbaycan EA Niza-
mi adına  Ədəbiyyat  İnstitutunun aspi-
ranturasına daxil olmuş, 1974-cü ildə 
namizədlik, 1989-cu ildə doktorluq 
dissertasiyası müdafiə etmişdir. 1993-
cü ildən institutun Folklor şöbəsində 
baş elmi işçi vəzifəsində çalışmış, 
1996-cı ildən 2011-ci ilədək Xəzər 
Universitetində  və onun nəzdində 
fəaliyyət göstərən Dünya məktəbində 
müəllim işləmişdir.
1994-cü ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvüdür. 
Ədəbi fəaliyyətə 60-cı illərdən baş-
lamışdır. “Qaynar çeşmə” məqaləsi 
“Ədəbiyyat və incəsənət” qəzetində (1 
iyun 1969) çap ediləndən sonra dövri 
mətbuatda foklorun təbliği ilə ardıcıl 
məşğul olmuşdur. Onun çoxsaylı ki-
tabları arasında Azərbaycan xalqının 
dünya mədəniyyətinə bəxş etdiyi nadir 
sənət incisi olan “Kitabi-Dədə Qorqud” 
dastanlarına həsr edilmiş əsərləri xüsusi 
yer tutur. Alimin bu möhtəşəm mənəvi 
abidənin 1300 illik yubileyi ərəfəsində 
və ondan sonra qələmə aldığı “Kitabi-
Dədə Qorqud” və  İslam dini” (1997), 
“Kitabi-Dədə Qorqud”un poetikası” 
(1999), “Dəli Domrul “Kitabi-Dədə 
Qorqud”da və Qorqudşünaslıqda” 
(2002), “Kitabi-Dədə Qorqud”da 
rəng simvolikası” (2004), “Salur Qa-
zan” (2005), “Kitabi-Dədə Qorqud”da 
nitq etiketlərinin etnomifik poetikası” 
(2007), “Kitabi-Dədə Qorqud”un et-
nik ənənə, mərasim sistemində mifoloji 
təsəffürlərin yeri” (2008), “Kitabi-Dədə 
Qorqud”da xanımlar” (2009) və b. 
əsərləri ana kitabımızdakı mövzu qat-
larının rəngarəngliyini, çoxşaxəliyini 
nişan verməklə yanaşı folklorşünaslıq 
elmimizə sanballı töhfədir.
O, AMEA Nizami adına  Ədəbiyyat 
İnstitutunun hazırladığı altıcildlik 
“Azərbaycan  ədəbiyyatı tarixi” ki-
tabının I cildinin (2004, 760 s.) əsas 
müəlliflərindən biri və redaksiya 
heyətinin üzvüdür. 
2000-ci ildə 
ədəbiyyatımız, 
mədəniyyətimiz qarşısında böyük 
xidmətlərinə görə professor Bəhlul Ab-
dulla “Əməkdar elm xadimi” fəxri adı-
na layiq görülmüşdür. 
O, 60-a yaxın kitabın, onlarla mo-
noqrafiyanın müəllifi, “Dədə Qorqud” 
və “Novruz” ensiklopediyalarının 
tərtibçilərindən biri olub. 
Azərbaycan mərasim folklorunun ilk 
geniş və poetik təhlili onun adı ilə bağ-
lıdır. Dünya folklorşünaslığı tarixində 
türk folklorunda at mifoloji obrazını ilk 
dəfə o işləyib. Azərbaycan folklorun-
da sayların simvolikasını monoqrafik 
şəkildə ilk dəfə o tədqiq edib. 
Bəhlul Abdulla 2011-ci il mart ayı-
nın 25-də vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin