117
Tarixdə bu gün
Beynəlxalq Kitab və Müəllif
Hüquqları Günü
1996
APREL
Müəllif hüquqları anlayışı ilk dəfə
Almaniyada aktuallaşmışdır. Əvvəllər
yalnız ədəbiyyat sahəsinə aid edilən
bu ifadə 1870-ci il iyun ayının 11-
dən
imperatorun verdiyi qanunla
mülkiyyətin bütün formalarını özündə
birləşdirmişdir. Yaxın xaric hesab edilən
Rusiyada isə bu anlayış indinin özündə
də daha çox ədəbiyyat sahəsinə ehtiva
edilir. UNESCO-nun 1996-cı il tarixli
qərarı ilə hər il bütün dünyada 23
aprel
Beynəlxalq Kitab və Müəllif Hüquqları
Günü kimi qeyd edilir.
UNESCO məhz bu günü dünya
şöhrətli dramaturqlar Uilyam Şekspi-
rin (1564-1616), Migel de Servante-
sin (1547-1616) və yazıçı-tarixçi İnka
Qarsilaso de la Veqanın (1539-1616)
şərəfinə müəyyənləşdirmişdir. Belə
ki, hər üç yazıçını onların ölüm tarixi
- 23 aprel 1616-cı il rəqəmi birləşdirir.
“Müəlliflik
hüququ və əlaqəli hüquq-
lar haqqında” Qanun 8 oktyabr 1996-
cı il tarixindən qüvvədədir. “Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında”
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr
1996-cı il tarixli Sərəncamının böyük
əhəmiyyəti olmuşdur. Azərbaycanın
bugünkü müəllif hüququ müasir infor-
masiya, ilk
növbədə rəqəmli texnologi-
ya və multimedia kompyuter sisteminə
əsaslanır. İlk dəfə olaraq Azərbaycan
müəlliflərinə könüllü olaraq öz
əsərlərini əlyazmasından başlayaraq CD
ROM-lara qədər hər hansı maddi daşı-
yıcıda
qeydiyyatdan keçirmək, Dövlət
reyestrinə daxil etmək, kompyuterdə
saxlamaq və arxivləşdirmək imkanı
yaradılmışdır. Əsərlərini qeydiyyatdan
keçirən müəlliflərə “Qeydiyyat haq-
qında Şəhadətnamə” verilir. Agentliyin
kompyuter-TV-video-akustik sistem-
skaner şəklində komplektləşdirilmiş
multimediya
sistemi radio-televiziya
efirinin monitorinqini həyata keçirməyə,
intellektual mülkiyyətin statistikası və
müəllif - hüquq pozuntularının diaq-
nostikasının müxtəlif məsələlərini həll
etməyə imkan verir.
Son illər Azərbaycan rəhbərliyinin
uzaqgörən daxili və xarici siyasəti
nəticəsində müəllif-hüquqları sahəsində
ölkəmizin
beynəlxalq
əlaqələri
genişlənmiş, o, bir sıra Konvensiya və
beynəlxalq təşkilatların üzvü olmuşdur.
Azərbaycan 1996-cı ildən Ümumdünya
Əqli Mülkiyyət Təşkilatının üzvüdür.
Ədəbi-bədii əsərlərin qorunması haq-
qında Bern Konvensiyasına və Müəllif
hüququ haqqında Ümumdünya Konven-
siyasına daxil olmuşdur. Bir sıra
digər
ikitərəfli və çoxtərəfli müqavilələrin iş-
tirakçısıdır.
Dünyada “Ümumdünya kitab və
müəllif hüquqları günü” mövzusunda
tədbirlər 1996-cı ildən, Azərbaycanda
isə 2001-ci ilin 23
aprel tarixindən ke-
çirilir.
Dostları ilə paylaş: