Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə142/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   138   139   140   141   142   143   144   145   ...   484
Ə d ə b i y y a t
Traxoma və ona qarşı 
mübarizə /Q.Adıgözəlova-
Polçayeva; Azərb. 
SSR Səhiyyə Nazirliyi 
Respublika Sanitari-
ya Maarifi Evi; red. 
M.Məmmədəliyev.-
Bakı:[s.n.], 1966.- 12 s.
Qəmər Əbdülrəhim qızı 
Adıgözəlova-Polçayeva    
//Oftalmologiya: Elmi-
praktik jurnal.- 2010.-
№4.- S.15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.gender-az.org
www.eye.az
www.oftalmologiya.az
12
Oftalmoloq


113
Kimya.Biologiya.Tibb
130 
illiyi
Əbülfəz Qarayev  
1885-1952      
APREL
Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci 
il aprel ayının 20-də Bakı şəhərində ana-
dan olmuşdur. 
O, 1896-cı ildə Bakı gimnaziyasına 
daxil olmuş, 1907-ci ildə oranı bitirmiş-
dir. Gimnaziyanı bitirdikdən sonra o, 
Odessa şəhərində Novorossiysk Univer-
sitetinin tibb fakültəsinə daxil olmuşdur. 
1912-ci ildə ali məktəbi fərqlənmə dip-
lomu ilə bitirən Əbülfəz Qarayev savadlı 
məzun kimi universitetdə saxlanılmışdır. 
Uşaq Xəstəlikləri Klinikasında iki il or-
dinator kimi çalışan  Əbülfəz Qarayev  
1915-ci ildə Vətənə - Bakıya qayıtmış-
dır. 
İlk azərbaycanlı pediatr olan Əbülfəz 
Qarayev  Azərbaycanda ana və  uşaq-
ların sağlamlığının mühafizə sistemi-
nin yaradıcısıdır. O, Respublika Uşaq 
Xəstəxanasının təşkilatçılarından biri-
dir. 1930-cu ildən  Əbülfəz Qarayevin 
praktiki, elmi və pedaqoji fəaliyyəti 
N.Nərimanov adına Azərbaycan Dövlət 
Tibb İnstitutu ilə bağlıdır. Həmin il Tibb 
institutunun Pediatriya kafedrasına assis-
tent kimi qəbul olunan Əbülfəz Qarayev 
1931-ci ildə dosent, 1939-cu ildə profes-
sor və kafedra müdiri seçilmişdir.
Əbülfəz Qarayev 1938-ci ildə dok-
torluq dissertasiyası müdafiə etmişdir. 
Onun elmi araşdırmalarının  əksəriyyəti 
bağırsaq infeksiyalarına həsr olunmuş-
dur. Həmçinin qan xəstəliklərinin etio-
logiyası, patogenezi və müalicə yollarını 
öyrənmişdir.
Əbülfəz Qarayev 1938-ci ildən öm-
rünün sonuna qədər Azərbaycan Uşaq 
Həkimləri Cəmiyyətinə rəhbərlik etmiş-
dir.  O, Azərbaycan Səhiyyə Nazirliyinin 
Elmi-Tibbi  Şurasının sədri və  Uşaqlara 
Müalicə-Profilaktika Yardımı  Şurasının 
üzvü olmuşdur.
Azərbaycanda pediatriya sahəsində 
kadrların hazırlanmasında 
Əbülfəz 
Qarayevin  xidmətləri  danılmaz-
dır. Azərbaycan Dövlət Tibb İnsti-
tutunun Pediatriya fakültəsi onun 
təşəbbüsü, rəhbərliyi və bilavasitə  işti-
rakı ilə yaradılmışdır. Həmin vaxtdan 
Azərbaycan Dövlət Tibb İnstitutunda 
yetişdirilmiş bütün pediatrları profes-
sor Ə.Qarayevin tələbələri hesab etmək 
olar. Onun pedaqoji fəaliyyəti dövründə 
yetişmiş mütəxəssislərin çoxu bu gün 
Azərbaycan pediatriyasının qabaqcıl 
nümayəndələridir.
Əbülfəz Qarayevin tibb sahəsində 
xidmətləri xalqımız tərəfindən yüksək 
qiymətləndirilmişdir. O, “Əməkdar 
həkim” və 1940-cı ildə  “Əməkdar elm 
xadimi” fəxri adlarına layiq görülmüş-
dür.  İki “Qırmızı Əmək Bayrağı” ordeni  
və medallarla təltif olunmuşdur.
Əbülfəz Fərəc oğlu Qarayev 1952-ci 
il oktyabr ayının 24-də qəflətən vəfat et-
mişdir. 
Azərbaycan pediatriyasının banisi 
Əbülfəz Qarayev  həyatını Azərbaycan 
uşaqlarının sağlamlığının qorunması 
kimi nəcib və  şərəfli işə  həsr etmişdir. 
İndi Bakının 2 saylı Uşaq Klinik Xəstə-
xanası onun adını daşıyır. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin