Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə140/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   136   137   138   139   140   141   142   143   ...   484
Ə d ə b i y y a t
İdarəetmənin informa-
siya texnologiyaları və 
korporativ informasi-
ya sistemləri: dərslik 
/S.Kərimov; red. 
N.Vəliyev.- Bakı: ADNA, 
2010.- 426 s. 
İnformasiya sistemləri 
/S.Kərimov; red. 
N.Vəliyev.- Bakı: Elm, 
2008.- 676 s.
İnformatika: 
dərslik / S.Kərimov, 
S.Həbibullayev, 
T.İbrahimzadə; red. 
S.Kərimov.- Yenidən 
işlənmiş II nəşri.- Bakı: 
UniPrint, 2010.- 434 s. 
Kompyuter elminin 
nəzəri əsasları: dərslik 
/S.Kərimov, Y.Sərdarov; 
red. S.Kərimov. - Bakı: 
ADNA, 2009.- 290 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.adam.az
www.science.gov.az
10
Alim


111
Texnika
70 
illiyi
İsa Abdullayev   
1945-2008 
APREL
Abdullayev İsa Mədəd oğlu 1945-ci 
il aprel ayının 12-də Azərbaycan SSR-
in Qazax rayonunun I Şıxlı  kəndində 
anadan olmuşdur. 
1963-1968-ci illərdə Azərbaycan 
Neft və Kimya İnstitutunun istehsa-
lat proseslərinin avtomatlaşdırılması 
fakültəsində oxumuşdur. 
1973-cü ildə texnika elmləri 
namizədi alimlik dərəcəsini almışdır. 
1979-1980-ci illərdə ABŞ-ın Pen-
silvaniya Universitetində Fulrayt fon-
dunun təsis etdiyi İREX (Beynəlxalq 
elmi tədqiqatlar mübadiləsi) proqramı 
üzrə, 1986-1987-ci illərdə isə ÇXR-in 
Xarbin Texniki Universitetində xari-
ci  həmkarları  ilə elmi-tədqiqat işləri 
aparmışdır. 
1992-ci ildə informasiya-ölçmə 
sistemləri ixtisası üzrə doktorluq disser-
tasiyasını müdafiə edərək 1993-cü ildə 
professor elmi rütbəsinə yiyələnmişdir.
1993-cü ildə istehsalat proseslərinin 
avtomatlaşdırılması fakültəsinin elmi 
şurası  tərəfindən fakültə dekanı se-
çilmişdir. Dekan vəzifəsində çalışdı-
ğı müddətdə kafedradakı  fəaliyyətini 
professor və “Avtomatikanın lokal 
sistemləri” problem laboratoriyasının 
elmi rəhbəri olaraq davam etdirmişdir. 
1998-ci ildən ömrünün sonuna qədər 
“Dənəvər materialların parametrlərinə 
nəzarət və idarəetmə” üzrə Beynəlxalq  
Federasiyanın (ÇXR) Rəyasət 
Heyətinin üzvü, müvafiq konfransların 
Beynəlxalq proqram komitəsinin üzvü 
olmuşdur. 
1999-cu ildə LütfiZadə adına 
Beynəlxalq Müasir Elmlər Akademiya-
sının həqiqi üzvü seçilmişdir. AMEA-
nın Kibernetika İnstitutu nəzdində 
fəaliyyət göstərən dissertasiya şurası-
nın üzvü kimi namizədlik və doktorluq 
dissertasiyalarının müdafiələrındə  fəal 
iştirak etmişdir. 
2003-cü ildən ömrünün sonuna 
qədər Azərbaycan Dövlət Neft Akade-
miyasının biotexniki və tibbi cihazlar 
kafedrasının müdiri vəzifəsində çalış-
mışdır.
İsa Abdullayevin elmi-pedaqoji 
fəaliyyətinin nəticələri 150-dən çox 
elmi əsər, 26 müəlliflik şəhadətnaməsi, 
3 monoqrafiya və 5 dərs vəsaitində öz 
əksini tapmışdır. Onun rəhbərliyi altın-
da 21 elmlər namizədi hazırlanmışdır.
Azərbaycan Respublikası Preziden-
tinin Fərmanı ilə 2000-ci ilin dekabr 
ayında “Əməkdar elm xadimi” fəxri 
adına layiq görülmüşdür. 
O, kompyuter texnikasının informa-
siya-ölçmə vasitələrində geniş  tətbiqi 
və bunun əsasında müasir ölçmə-
hesablama sistemlərinin yaradılma-
sı sahəsində  tədqiqat aparmış ilk 
alimlərdən olmuşdur.
Görkəmli alim  2008-ci il iyul ayının 
15-də vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin