114
Tarixdə bu gün
Ümumdünya Gülüş Günü
1564
APREL
1 aprel beynəlxalq bayram kimi
qeyd edilməsə də,
bir çox ölkələrdə
bu günü əylənmək, zarafat etmək və
bir-birini aldatmaqla keçirirlər. Bəzi
ölkələrdə 1 aprel “Gülüş günü”, bə-
zilərində isə “Axmaqlar günü” adla-
nır. Amma bayramın necə yarandığını
söyləmək çox çətindir. 1 apreldə bir-
birini aldatmaq adətinin meydana gəl-
məsilə bağlı müxtəlif fərziyələr var.
Bəziləri bayramın yaranmasını
Qədim Roma ilə əlaqələndirirlər. La-
kin burada
aprelin əvvəllərində deyil,
fevralın ortasında “Axmaqlar bayra-
mı” qeyd edilirdi.
Digərləri iddia edirlər ki, bu bayram
Hindistanda yaranmış, amma burada
da əsasən, 31 martı “gülüş günü” kimi
qeyd etmişlər. Başqa
fərziyəyə görə
isə 1 aprelin kökləri orta əsrlər Avropa
karvanlarında nümayiş etdirilən küçə
tamaşalarına (balaqan) gedib çıxır.
Bir-birilə zarafat etmə adətini yeni
illə əlaqələndirənlər də var. 16-cı əsrin
ikinci yarısına qədər Avropada yeni il
hazırlıqları martın sonunda başlamış,
aprelin 1-də isə yeni il qarşılanmışdır.
Daha sonra Fransa kralının fərmanı ilə
Yeni il rəsmi olaraq 1
yanvarda qeyd
edilməyə başlanmışdır. Amma çoxları
ənənələrə sadiq qalaraq 1 apreli bay-
ram kimi qeyd etməyə davam etmişdi.
Köhnə adətləri yox etmək məqsədilə
1 apreldə bayram keçirənləri “1 aprel
axmaqları” adlandırmağa və ələ sal-
mağa başlamışlar.
Rusiyada
isə bu gün tam başqa
əlamətdar hadisə ilə əlaqədardır. Bir
dəfə Peterburq əhalisi səhər tezdən
yanğından xəbər verən həyəcan siqna-
lının səsinə yuxudan oyanmış, amma
yanğın siqnalı yalandan verilmiş və
həmin gün 1 aprelə təsadüf etmişdi.
Bundan sonra Rusiyada 1 aprel günü
zarafat günü kimi qəbul edilmişdir.
1 apreli
gülüş günü kimi qeyd etmək
Azərbaycana keçmiş SSRİ-dən xatirə
qalmışdır. Hazırda dünya əhalisinin 70
faizi aprel ayının birinci gününü Gü-
lüş Günü kimi qeyd edir, dost-tanışla
zarafatlaşır.
Könlümüzü xoş tutmaq, əhval-ru-
hiyyəmizi
yüksəltmək, mənfi enerjidən
azad olmaq üçün gülüş ən yaxşı
vasitədir. Gülüş günündə yeni zara-
fatlar fikirləşin və gülməli vəziyyətlər
yaradın. Sizi aldadanda da qətiyyən
inciməyin, eyni əhval-ruhiyyə ilə ca-
vab verməyə hazır olun. Çünki gülüş
insanın ömrünü uzadır...
Dostları ilə paylaş: