Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə144/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   140   141   142   143   144   145   146   147   ...   484
Ə d ə b i y y a t
Abdullayeva, A. Ümum-
dünya Gülüş Günü          
/A.Abdullayeva  //Mədəni 
həyat.- 2013.- №4.- S.22-
23.
Gülüş hədəfinə 
çevrilməyin: 1 aprel 
Beynəlxalq Gülüş Günüdür 
//Azərbaycan.- 2014.- 1 
aprel.- S.8.
Manaflı, G. 1 aprelin 
tarixi: Bu gün Beynəlxalq 
Gülüş Günüdür /G.Manaflı 
//Yeni Müsavat 2014.- 1 
aprel.- S.14.
Ümumdünya Gülüş Günü 
//Əkbər Qocayev. Bayram-
lar və tarixi günlər.- Bakı, 
2006.- S.45.
İ n t e r n e t d ə
www.anl.az
www.ari-vizviz.blogspot.
com
www.ebooks.preslib.az
www.milli.az
1


115
Tarixdə bu gün 
Kəlbəcər rayonunun 
işğalı günü
Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də 
Ermənistan təcavüzkar qüvvələri tərəfindən işğal 
olunmuşdur. Kəlbəcər rayonunun ərazisi 3054 
km²,  əhalisinin sayı isə 85228 nəfərdir. Rayon 
sakinləri hazırda Azərbaycanın 59 bölgəsində 
məskunlaşmışlar.
Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak ol-
muş, 321 nəfər itkin düşmüş və girov götürülmüş-
dür, rayona 761 milyon ABŞ dolları  məbləğində 
ziyan dəymişdir. Ermənistan hərbi birləşmələrinin 
martın 27-də başlanan genişmiqyaslı hücumu 
Kəlbəcər rayonunun işğalı ilə başa çatmışdır. 
Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları 
arasında  ərazicə  ən böyüyüdür. İşğal nəticəsində 
rayon mərkəzi, 150-ə yaxın kənd, həmçinin onlarla 
tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sana-
toriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən 
məhv edilmişdir. Kəlbəcər rayonunun işğalı o vaxt 
üçün Qarabağ müharibəsində Azərbaycanın  ən 
böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin 
süqutu ermənilərin sonrakı  işğalçılıq  planlarının 
həyata keçməsinə - Azərbaycanın ayrılmaz, əzəli 
torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 
digər rayonların - Ağdam, Cəbrayıl, Füzuli, Qubad-
lı və Zəngilanın, ümumən 17 min kvadratkilometr 
ərazidə ən məhsuldar torpaqlarımızın Ermənistan 
silahlı qüvvələri tərəfindən zəbt olunmasına 
şərait yaratmışdır. Dağlıq Qarabağın Ermənistana 
birləşdirilməsi faktiki olaraq başa çatmışdı.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclas-
da BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə 
qəbul etmiş, qətnamədə bütün işğalçı qüvvələrin 
Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ra-
yonlarından dərhal çıxarılması tələb olunmuşdur. 
Lakin indiyədək həmin qətnamədən irəli gələn hər 
hansı öhdəlik yerinə yetirilməmişdir. Sonradan 
BMT Təhlükəsizlik  Şurasının Ağdam rayonunun 
azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonu-
nun azad edilməsi ilə bağlı 874-cü və digər işğal 
edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü 
qətnamələri qəbul edilmiş, lakin həmin qətnamələr 
kağız üzərində qalmaqdadır. BMT-nin və ATƏT-in 
prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər ra-
yonu ərazisində ermənilərin məskunlaşdırılmasına 
başlanılmışdır. Ermənistan beynəlxalq sənədlərdə 
təsbit olunmuş müddəaları kobudcasına pozaraq, 
bütün dünyanın gözü qarşısında Azərbaycanın 
bənzərsiz mədəni sərvətlərini talamaqda, kütləvi 
şəkildə məhv etməkdə davam edir. 
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı 
ərazi iddiası irəli sürməsi zəminində yaranmışdır. 
Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağ-
lıq Qarabağ ərazisi və bu əraziyə daxil olan yeddi 
rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altın-
dadır. 1994-cü ildə  tərəflər atəşkəs rejiminə dair 
razılaşma  əldə etmiş  və o vaxtdan bəri ATƏT-in 
Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa 
və ABŞ-ın həmsədrliyi ilə  hələ  də  nəticəsiz sülh 
danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ 
və ətraf rayonların azad edilməsinə dair qəbul et-
diyi dörd qətnaməni Ermənistan bugünə  qədər 
yerinə yetirməmişdir.
Ermənistanın yürütdüyü bu işğalçılıq və 
terrorçuluq siyasəti uzun illərdən bəri dünya 
ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, 
beynəlxalq hüququn normalarına və prinsiplərinə 
əsasən dövlətlərin sərhədlərinin toxunulmazlığına 
hörmət edilməli, ərazi bütövlüyünün, suverenliyin 
pozulmasına yol verilməməlidir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin