118
Azərbaycanın XI Qırmızı Ordu
tərəfindən işğalı günü
1920
Tarixdə bu gün
28
APREL
Ötən yüzildə cəmi 23 ay yaşamış ADR süqut
etdikdən sonra yurdumuzda bolşevik Rusiya-
sı 70 illik bir sovet rejimi qurdu. 1920-ci illərdə,
xüsusən 30-cu illərdə bolşevizm kabusu yur-
dumuzun sayseçmə oğul-qızlarını ucdantutma
məhv etdi. 1920-ci il aprel ayının 27-də müstəqil
Azərbaycan dövləti bolşevik-rus ordusu tərəfindən
işğal olunub. İşğal nəticəsində 23 ay fəaliyyət
göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti devri-
lib, müstəqil dövlətin bütün atributları ləğv olu-
nub və Azərbaycan ərazisi Sovet imperiyasına
birləşdirilib.
Qeyd edək ki, 1920-ci ilin mart ayında ermənilər
Azərbaycanın Qarabağ bölgəsində qiyam qaldır-
mış, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
məcburiyyət üzündən ordunu Qarabağa, soyqırıma
məruz qalan vətəndaşlarını qorumağa göndərmişdi.
Bu səbəbdən Bakı faktiki olaraq müdafiəsiz qal-
mışdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə
Xaçmaz-Yalama istiqamətindən Azərbaycana da-
xil olan XI Qırmızı Ordu hissələri Bakıya girmişdi.
Azərbaycan parlamentinin aprelin 27-də keçirilən
son iclasında bolşeviklərin hakimiyyəti təhvil
vermək barədə ultimatumu müzakirəyə çıxarıl-
mış, M.Ə.Rəsulzadə və digərləri işğalın əleyhinə
çıxış etmişdi. Lakin tarixi şərait və qüvvələrin
qeyri-bərabər olması səbəbindən Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti 6 maddəlik razılaşma im-
zalamaqla hakimiyyəti bolşeviklərə təhvil vermək
məcburiyyətində qalmışdı. Razılaşmaya əsasən,
siyasi partiyalar fəaliyyətini davam etdirməli,
Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərinə
toxunulmamalı idi. Lakin işğaldan sonra siya-
si partiyalar qapadılmış, Müsavat Partiyasının
fəaliyyəti qadağan olunmuş, üzvləri repressiyala-
ra məruz qalmışdı. Eyni zamanda Gəncə quber-
natoru Xudadat bəy Rəfibəyov güllələnmiş, baş
nazirlər Nəsib bəy Yusifbəyli və Fətəli xan Xoyski
müəmmalı şəkildə öldürülmüş, M.Ə.Rəsulzadə
həbs edilmişdi.
İşğaldan sonra Azərbaycanda bolşeviklərə qar-
şı 150-yə yaxın üsyan baş vermişdir. Onlardan ən
böyüyü 1920-ci il may ayının 26-da Gəncədə baş-
lamışdı. İyunun 4-dək davam edən üsyan zama-
nı Azərbaycan Ordusunun döyüşçüləri və Gəncə
sakinləri 8 min rus əsgərini öldürmüşdülər. Son-
radan Gəncəyə göndərilən əlavə diviziyalar üsyanı
qan içində boğaraq şəhəri yerlə yeksan etmiş, 10
min nəfərə yaxın Gəncə sakini qətlə yetirilmişdi.
Aprelin 28-də rəsmiləşən işğal Sovet imperi-
yasının mövcud olduğu 70 il ərzində rəsmi bay-
ram kimi qeyd olunmuşdur. Yalnız 1991-ci ildə
- Azərbaycan yenidən müstəqillik qazandıqdan
sonra, 27 aprel həqiqəti xalqa açıqlanmış və tarixdə
öz həqiqi yerini almışdır. O vaxtdan 27 aprel tarixi
işğal günü kimi, 28 may isə İstiqlal (Respublika)
günü kimi qeyd olunur.
28 Aprel fəlakəti ardınca repressiya fəlakətini
gətirdi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı.
Onun məhv edilməsi üçün bəşər tarixində misli
görünməyən vəhşi üsullara əl atıldı.
Dostları ilə paylaş: