Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə139/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   135   136   137   138   139   140   141   142   ...   484
Ə d ə b i y y a t
Azərbaycan ba-
yatıları   /tərt.ed.: 
B.Abdulla, Q.Babazadə, 
E.Məmmədli; red.: 
T.Fərzəliyev, İ.İ.Abbaslı.-
Bakı: XXI-Yeni Nəşrlər 
Evi, 2004.- 304 s.
Koroğlu /tərt. ed.: 
B.Abdulla, İ.Abbaslı; red. 
İ.Abbaslı.-Bakı: Lider, 
2005.-552 s. 
Novruz bayramı ensik-
lopediyası: Xalq bayra-
mı     /tərt. ed.: B.Abdulla, 
T.Babayev; elmi red. 
M.Qasımlı; bur. məs. 
Ə.Güləliyev.- Bakı: Şərq-
Qərb, 2008.- 208 s. 
Salur Qazan: tarix, yoxsa 
mif... /B.Abdulla; AMEA, 
Nizami ad. Ədəbiyyat 
İnstitutu.- Bakı: Ozan, 
2005.- 224 s. 
Bəhlul Abdulla: Sevgi 
dolu alim və pedaqoq /red. 
N.İsayeva.-Bakı: Xəzər 
Universitəsi Nəşriyyatı, 
2010.- 67 s. 
İ n t e r n e t d ə
 www.anl.az
www.az.wikipedia.orq
27
Folklorşünas


110
Texnika
75 
illiyi
Sabit Kərimov  
1940-2013   
APREL
Sabit Qəhrəman oğlu Kərimov 
1940-cı il aprel ayının 10-da Naxçı-
van Muxtar Respublikasının Ordubad 
şəhərində anadan olmuşdur.
1961-ci ildə Azərbaycan Neft və 
Kimya İnstitutunun (indiki Azərbaycan 
Dövlət Neft Akademiyası) isteh-
sal proseslərinin avtomatlaşdırılması 
fakültəsini, 1967-ci ildə Moskva Ener-
getika  İnstitutunun aspiranturasını bi-
tirmiş  və 1968-ci ildən elmi-pedaqoji 
fəaliyyətini Azərbaycan Neft və Kimya 
İnstitutunda davam etdirmişdir. 
S.Kərimov 1968-ci ildə texnika 
elmləri namizədi,  1987-ci ildə isə tex-
nika elmləri doktoru elmi dərəcəsini 
almış, 1989-cu ildə ona professor elmi 
rütbəsi verilmişdi. 
2001-ci ildə AMEA-nın müxbir 
üzvü seçilmişdir.
Alim 1989-cu ildən ömrünün sonu-
na kimi Azərbaycan Dövlət Neft Aka-
demiyasında Hesablama maşınları  və 
proqramlaşdırma kafedrasının müdiri 
vəzifəsində çalışmışdır.
Elmi tədqiqatlarının əsas istiqaməti 
informasiya və ekspert sistemlərinin 
yaradılması və tətbiqi ilə bağlıdır.
1967-1989-cu illərdə kimya, neft-
kimyası  və neftemalı sahələri üzrə 
avtomatlaşdırılmış informasiya və 
idarəetmə sistemlərinin yaradılma-
sı sahəsində  işləmiş, 1990-cı ildən 
isə elmin və istehsalatın müxtəlif 
sahələri üzrə informasiya və ekspert 
sistemlərinin yaradılması  və  tətbiqi 
üzrə elmi-tədqiqat işləri aparmışdır.
Onun rəhbərliyi və bilavasitə  işti-
rakı ilə kimya və kimya texnologiya-
sı sahələri üzrə informasiya-axtarış 
sistemləri (1967-1975), neftemalı  və 
neftkimyası  sənayesi üzrə  ərazi av-
tomatlaşdırılmış idarəetmə sistemi 
(1975-1988), istehsal müəssisələri 
üçün avtomatlaşdırılmış informasiya 
və idarəetmə sistemləri (1988-1990), 
respublikada mütərəqqi texnologiyalar, 
bitkilərin mühafizəsi, Xəzər dənizinin 
ekologiyası, neft maşınqayırma sahələri 
üzrə informasiya sistemləri, tibbi diaq-
nostika üzrə ekspert sistemləri (1990-
2009) yaradılmış  və  tətbiq edilmiş, 
informatika üzrə çoxdilli izahlı termi-
noloji lüğət hazırlanmışdır.
 5 monoqrafiya, 5 dərslik, 5 dərs 
vəsaiti, 2 terminoloji lüğət, 20 tədris-
metodik vəsait və 140 elmi məqalənin 
müəllifi olan S.Kərimov informasiya 
və ekspert sistemlərinin yaradılması 
və  tətbiqi sahəsində elmi məktəb ya-
ratmış, bu sahədə 15 elmlər namizədi 
hazırlamışdır. 
Sabit Kərimov 2013-cü il iyun ayı-
nın 16-da vəfat etmişdir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin