Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə137/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   133   134   135   136   137   138   139   140   ...   484
150 
illiyi
Siyasət.Hüquq.Hərbi iş
23
APREL


108
110 
illiyi
Mikayıl Rəfili 
1905-1958
APREL
25
Mədəniyyət.Maarif.Elm
Ə d ə b i y y a t
Mirzə Fətəli Axundov: 
həyatı, mühiti və yara-
dıcılığı /M.Rəfili; tərt.
ed. N.Qəhrəmanov, 
S.İsmayılova; red. 
Ş.Salmanov; AzSSR EA, 
Nizami ad. Ədəbiyyat 
İnstitutu.- Bakı: Elm, 1990.-
252 s.
Balzak, O. de Seçilmiş 
əsərləri /O.de Balzak; tərc. 
ed. M.Rəfili.-Bakı: Şərq-
Qərb, 2006.-408 s.
Hüqo, V. Paris Notr-Dam 
kilsəsi /V.Hüqo; tərc. 
M.Rəfili.- Bakı: Şərq-Qərb, 
2007.- 488 s.
Ələkbərli, N. Mikayıl Rəfili: 
həyatı və yaradıcılığı /Nazif 
Ələkbərli; elmi red. və ön 
sözün müəl.: V.Arzumanlı; 
Azərbaycan EA Milli 
Münasibətlər İnstitutu.-
Bakı: Qartal, 1998.- 100 s. 
Ədəbiyyatda əbədi sözü və 
izi qalan alim: Görkəmli 
ədəbiyyatşünas Mikayıl 
Rəfili //Azadlıq.- 2013.-    
29 aprel.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
www.milliqehremanlar.az
Ədəbiyyatşünas
Mikayıl Həsən oğlu Rəfili 1905-ci 
il aprel ayının 25-də Qasım İsmayılov 
rayonunun (indiki Goranboy) Borsunlu 
kəndində doğulmuşdur. 
Yelizavetpol klassik gimnaziyasın-
da təhsil almışdır. Bu dövrdə bədii ya-
radıcılığa başlamışdır. Onun “Mikayıl 
Rəfizadə” imzası ilə ilk qələm təcrübələri  
- “Mücadileyi-həyat” hekayəsi, “Elmə 
doğru”  şeiri və “Qərb mədəniyyəti” 
məqaləsi “Əfkari-mütəəllimin” jur-
nalında (1919, 2,3 nömrələrində) dərc 
olunmuşdur. 
Bakıda Azərbaycan Politexnik İnsti-
tutuna daxil olmuş, həm də Azərbaycan 
Dövlət Universitetinin Şərq dilləri 
fakültəsində  məşğələlərin dinləyicisi, 
1924-cü ildə müdavim olmuşdur. “Ma-
arif və  mədəniyyət” jurnalı redaksiya-
sında işləmişdir. 
1927-ci ildə Moskva Dövlət 
Universitetində  təhsil almışdır. Bu 
dövrdə Kremldə qanunların   Azərbaycan 
mətnlərinin redaktoru işləmişdir. 
1929-cu ildə Moskvaya I Ümumit-
tifaq proletar yazıçılarının qurultayına 
nümayəndə seçilmişdir. Azərbaycan 
Dövlət Pedaqoji İnstitutunda rus 
ədəbiyyatı kafedrasında müəllim, son-
ra dosent (1930-1935) işləmiş, eyni 
zamanda “Bakinski raboçi” qəzeti re-
daksiyasında mədəniyyət  şöbəsinin 
müdir müavini olmuşdur. SSRİ Elmlər 
Akademiyasının Azərbaycan  filialında 
elmi işçi işləmişdir (1934-1935). Sovet 
yazıçılarının I Ümumittifaq qurultayına 
nümayəndə seçilmişdir.
 1935-1936-cı illərdə SSRİ EA-nın 
(Leninqrad) aspiranturasında təhsil al-
mış, dissertasiya müdafiə etmişdir. Sonra 
“Puşkinin həyat və yaradıcılığı”, “Puş-
kin və Azərbaycan”, “M.F.Axundov” 
əsərlərini yazmışdır (1935-1937). 
M.Rəfili beş şeir kitabının müəllifidir 
və bunları 1929-1936-cı illərdə  nəşr 
etdirmişdir. “Pəncərə” adlı ilk şeirlər 
kitabı iyirimi dörd yaşında Azərnəşrdə 
işıq üzü görmüşdür. 1930-cu ildə “Li-
rik  şeirlər”, 1936-cı ildə isə rus şairi 
A.Tarkovskinin tərcüməsində  şeir və 
poemalarından ibarət “Pesni o qoro-
dax” kitabı Moskvada işıq üzü gör-
müşdür. Mikayıl Rəfilinin 150-yə yaxın 
məqaləsi və ondan artıq kitabı var. 
1938-ci ildən Azərbaycan Pe-
daqoji  İnstitutunda və Azərbaycan 
Dövlət Universitetində professor ol-
muş, Azərbaycan  ədəbiyyatı tari-
xi kursunu aparmışdır.  İkinci Dünya 
müharibəsi illərində radioda, Qızıl 
Ordu hissələrində, hərbi xəstəxanalarda 
çıxışlar etmiş, “Səbuhi” ssenarisini, 
“Şirvanşah İbrahim” pyesini yazmışdır. 
SSRİ Yazıçıları idarəsinin üzvü olmuş-
dur. 1944-cü ildə doktorluq dissertasi-
yası müdafiə etmişdir.
Xidmətlərinə görə “Şərəf nişanı” or-
deni və medallarla təltif olunmuşdur.
Mikayıl Rəfili 1958-ci il aprel ayının 
25-də vəfat etmişdir.



Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin