78
Ə d ə b i y y a t
Azərbaycan diplomatiya-
sının tarixindən /tərt. ed.
F.S.Şükürov.- Bakı: Cümə,
2004.-34 s.
Dadaşov, A. Məhəmməd
Həsən Hacınski
/A.Dadaşov; elmi red.
T.Vəliyev.- Bakı: BDU,
2004.- 183 s.
Faciəvi taleli
insan: Məmməd Həsən
Hacınski //Mədəniyyət.-
2011.- 2 mart.- S.13.
Qasımlı, M. Məhəmməd
Həsən Hacınski
//Azərbaycanın Xarici
İşlər Nazirliyi /M.Qasımlı;
E.Hüseynova; elmi red.
N.Əlibəyli.- Bаkı, 2003.-
S.6-13.
Şüküroğlu, L. Ona bəraəti
zaman verdi //Şüküroğlu
L. Cümhuriyyət hökuməti
repressiya məngənəsində:
[2 cilddə].- Bakı, 2000.-
C.I.-S.248-274.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.azerbaijan.az
www.news.lent.az
MART
3
Məhəmməd Həsən Hacınski
1875-1931
Məhəmməd Həsən Cəfərqulu oğlu
Hacınski 1875-ci il mart ayının 3-də
Bakıda anadan olmuşdur. O, Bakı real-
nı məktəbini, 1902-ci ildə isə Peterburq
Texnoloji İnstitutunu bitirmişdir. Mosk-
vada maarifpərvər Azərbaycan varlıla-
rından Şəmsi Əsədullayevin neftayırma
zavodlarının tikintisində çalışmış, həmin
ilin axırlarında isə doğma Bakıya qayı-
daraq, şəhər upravasının (bələdiyyə) ti-
kinti şöbəsinin rəisi təyin olunmuşdur.
M.H.Hacınski Bakının abadlaşmasına
böyük diqqət yetirirdi.
Onun rəhbərliyi
altında 1911-ci ildə Dənizkənarı bulva-
rın tikintisi başa çatdırılmışdı. 1911-ci
ildə yaradılmış gizli Müsəlman demok-
ratik Müsavat partiyasına daxil olmuş-
dur. 1917-ci il Rusiya fevral burjua in-
qilabından sonra Müsavat partiyası açıq
fəaliyyətə keçdi. M.H.Hacınski 1917-ci
il noyabrın 15-də yaranmış Zaqafqaziya
komissarlığında ticarət və sənaye ko-
missarının müavini,
seymin üzvü, 1918-
ci il aprelin 22-də yaranmış Zaqafqazi-
ya Federativ Respublikası hökumətində
ticarət və sənaye naziri vəzifələrini icra
etmişdir.
1918-ci il mayın 28-də Azərbaycan
Demokratik Respublikası elan olunmuş,
Hacınski bitərəf Fətəli xan Xoyskinin
təşkil etdiyi birinci hökumət kabinetində
xarici işlər naziri vəzifəsini tutmuşdur.
23 dekabr 1919-cu ildə ikinci kabi-
netdə daxili
işlər naziri təyin olun-
muş, 1920-ci ilin fevralına qədər bu
vəzifədə işləmişdir. 1920-ci il apre-
lin 1-də Azərbaycan Respublikası-
nın yeni hökumət kabinəsini təşkil
etmək M.H.Hacınskiyə tapşırıldı. Bu
məqsədlə o, Azərbaycan parlamentinə
daxil olan
bütün partiya və fraksiyala-
rın rəhbərləri ilə, həmçinin bolşeviklərlə
də danışıqlar aparmışdır. O, bolşevikləri
yeni hökumət kabinəsinin tərkibinə da-
xil etməklə,
Samur körpüsünün şimal
tərəfində dayanmış XI Qızıl Ordunun
Bakı üzərinə yürüşünü ləngitmək və ni-
zami Azərbaycan ordusunu təcili Bakıya
çağırmaq istəyirdi. Həmin ilin martında
Azərbaycan ordusu Dağlıq Qaraba-
ğı daşnaq işğalından azad etmək üçün
göndərilmiş, hələ Bakıya qayıtmamışdı.
Azərbaycan
Xalq Cümhuriyyətinin
taleyi üçün son dərəcə məsuliyyətli
bir zamanda M.H.Hacınskinin lənglik
göstərərək hökuməti təşkil edə bilmə-
məsi, hakimiyyət böhranını daha da
dərinləşdirmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti dev-
rildikdən sonra o, Azərbaycan
SSR Ali
Xalq Təsərrüfatı Şurasında, Zaqafqazi-
ya Dövlət Plan Komitəsində müxtəlif
rəhbər vəzifələrdə çalışmış, Azərbaycan
şəhərlərinin abadlaşdırılmasında işti-
rak etmişdir. Repressiyaya məruz qal-
mış, L.Beriyanın göstərişi ilə 1930-
cu ildə Tiflisdə həbs edilmişdir. Ağır
işgəncələrə məruz qalan M.H.Hacınski
9 fevral 1931-ci ildə ağır
həbsxana
həyatına dözməyərək ürək xəstəliyinə
və vərəmə tutulmuş, istintaq sənədlərinə
görə, “özünü asmaqla” intihar etmişdir.
Siyasət.Hüquq
Dostları ilə paylaş: