Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə94/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   90   91   92   93   94   95   96   97   ...   484
Ə d ə b i y y a t
Abdin, T. Bəşir 
Səfəroğlu: sənətdə keçən 
ömür /T.Abdin; [red. 
E.Həsənov].- Bakı: İşıq, 
1986.- 58, [9] s.
Rəhimli, İ. Həzin ömrün 
nağılı: (Xalq artisti Bəşir 
Səfəroğlunun yaradı-
cılığı haqqında kövrək 
düşüncələr) /İ.Rəhimli.- 
Bakı: Çaşıoğlu, 2004.-  
125 s.
Bəşir Səfəroğlu yanğısı 
/T.Abbaslı //Mədəniyyət.- 
2014.- 12 mart.- S.11.
Əzablı ömür yaşayan 
sənətkar...: Bu gün xalq 
artisti Bəşir Səfəroğlunun 
doğum günüdür //Şərq.- 
2011.- 12 mart.- S.14.
Zümrüd. Bəşir Səfəroğlu - 
85: Bəşir Səfəroğlu isteda-
dı ilə adını kino tariximizə 
qızıl hərflərlə həkk edib     
/Zümrüd //Səs.- 2010.- 13 
mart.- S.12.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.youtube.com
31
Aktyor
MART
11
Teatr.Kino


72
MART
90 
illiyi
Aktrisa
  
Zəroş Həmzəyeva  
1925-2004
22
Zəroş Mirzəbağır qızı  Həmzəyeva 
1925-ci il mart ayının 22-də Naxçıvan 
Muxtar Respublikası Babək rayonunun 
Nehrəm kəndində anadan olmuşdur. 
Məşhur aktyor və rejissor İbrahim 
Həmzəyevlə ailə həyatı qurub. 
Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı 
yaşında çıxıb. Onu peşəkar səhnəyə İb-
rahim Həmzəyev cəlb edib. İlk səhnə 
obrazı kimi Nəcəf bəy Vəzirovun “Hacı 
Qəmbər” (“Yağışdan çıxdıq, yağmura 
düşdük”) komediyasında Yetər rolunu 
oynamışdır. 
Zəroş Həmzəyeva 1948-ci ildə həyat 
yoldaşı  İbrahim Həmzəyevlə birlikdə 
Qaryagin rayonunun (indiki Füzuli) 
Dövlət Dram Teatrında aktrisa işləyib.  
Aktrisa bir sıra tamaşalarda, xüsusən 
“Vaqif” tamaşasında Xuraman rolunda 
Akademik teatrın görkəmli sənətkarları 
ilə tərəf müqabili olub. 
Zəroş  Həmzəyeva dramaturq Cəfər 
Cabbarlının qadın qəhrəmanlarının  ən 
yaxşı ifaçılarından sayılır. O, müxtəlif 
illərdə  və müxtəlif rejissorların quru-
luşlarında  ədibin “Solğun çiçəklər” 
(Sara), “Nəsrəddin  şah” (Sitarə), “Ay-
dın” (Gültəkin), “Sevil” (Sevil), “Al-
maz” (Almaz və Yaxşı), “1905-ci ildə” 
(Sona), “Od gəlini” (Solmaz), “Oq-
tay Eloğlu” (Firəngiz), “Yaşar” (Ya-
qut) dramlarının tamaşalarında baş 
rolları ifa edib. Zəroş xanımın kiçik, 
lakin ürəyəyatımlı  və  şirin səsi olub. 
Buna görə  də Ü.Hacıbəylinin “Leyli 
və Məcnun” (Leyli və Leylinin anası), 
“Əsli və  Kərəm” (Əsli) operaların-
da, “Arşın mal alan” (Gülçöhrə, Tel-
li və Asya), “Məşədi  İbad” (Gülnaz), 
Z.Hacıbəyovun “Evliykən subay” 
(Pərizad), S.Rüstəm və S.Rüstəmovun 
“Durna” (Durna və Lalə), Məcid Şam-
xalovla Zakir Bağırovun “Qaynana” 
(Afət) operettalarında  əsas partiyaları 
ifa edib.
Milli teatr sənətinin inkişafındakı 
xidmətləri dövlət tərəfindən yüksək 
qiymətləndirilmişdir. 1956-cı ildə 
“Azərbaycan Respublikasının Əməkdar 
artisti” və 1967-cı ildə “Xalq artis-
ti” fəxri adlarına layiq görülmüşdür. 
Ümummilli lider Heydər  Əliyev onu 
müstəqil Azərbaycan Respublikasının 
ali mükafatı olan “Şöhrət” ordeni ilə 
təltif etmişdir. 
1995-ci ildə  fəxri təqaüdə  çıxıb. 
1998-ci ildə Azərbaycan xalqı qar-
şısındakı böyük xidmətlərinə görə 
Azərbaycan Respublikası Prezidentinin 
fərdi təqaüdünə layiq görülüb. 
Zəroş  Həmzəyeva 2004-cü il iyun 
ayının 5-də Bakı  şəhərində  vəfat edib 
və II Fəxri Xiyabanda dəfn olunub. 
Aktrisanın vaxtilə yaşadığı evdə 
xatirə lövhəsi asılmışdır. Xalq artisti 
Zəroş Həmzəyevanın həyat və yaradıcı-
lığını əks etdirən “Yay gününün xəzan 
yarpaqlar”ı  (film, 1986) və “Nehrəmli 
qız” (film, 2002) filmləri çəkilib.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin