71 90 illiyi Bəşir Səfəroğlu 1925-1969 MART Bəşir Səfər oğlu Səfərov (Səfəroğlu)
1925-ci il mart ayının 11-də Bakıda
anadan olmuşdur.
Yeddiillik təhsilini Bakıda almış, on
dörd yaşından şoferlər klubunun dram
dərnəyinə getmişdir.
İlk dəfə səhnəyə “Sevil” tamaşa-
sında Gündüz obrazı ilə çıxmışdır. Bir
il sonra Musiqili Komediya Teatrına
gəlmiş və tamaşalarda sözsüz rollarda
çıxış etmişdir.
1941-ci ilin axırlarında müharibəyə
yollanan Bəşir bir il sonra kontuziya
alaraq geri qayıdıb. Dili tutulub və qu-
laqları çox ağır eşidib. Bir müddət fəhlə,
yük maşınının sürücüsü işləyib. Rejis-
sor Niyaz Şərifov ona məsləhət görüb
ki, müntəzəm olaraq teatrın tamaşaları-
na gəlsin. O, tamaşalara baxmağa başla-
yıb. Bir müddət sonra isə onu truppaya
aktyor qəbul ediblər. Yaradıcılıq ehtira-
sı ilə çırpınan Səfəroğlu həyəcanlanır,
daxili iztirablar keçirirdi. Ömrünün
bu gərgin çağlarında o, yuxuda bərk
həyəcanlanıb və bununla da dili açı-
lıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun
zəngin aktyorluq tarixçəsi başlayıb.
1949-cu ildə Musiqili Komediya Teatrı
bağlandıqdan sonra Bəşir Səfəroğlu bir
müddət sürücü işləyib. Bir qədər sonra
filarmoniyanın nəzdində estrada qrupu-
na daxil olub.
1956-cı ildə Musiqili Komediya Te-
atrı bərpa edilib və bədii rəhbər Şəmsi
Bədəlbəylinin kollektivə ilk dəvət etdi-
yi aktyorlardan biri də Bəşir Səfəroğlu
olub.
Bəşir Səfəroğlu Üzeyir və Zülfü-
qar Hacıbəylinin klassik operettala-
rında, əsasən isə çağdaş dramaturq və
bəstəkarların musiqili komediyalarında
müxtəlif xarakterli, satirik, yumoristik,
məzhəkəli rollarda çıxış edib.
Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib.
“Aygün”, (Əmirxanın dostu), “Qəribə
əhvalat” (Cəmil), “Əhməd haradadır?”
(Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca
Nəsrəddinin 12 qəbri” (Nəsrəddin),
“Yun şal” (Kişi), “Yaşamaq gözəldir,
qardaşım” (Səfər) bu yeddiliyi təşkil
edir.
Altmışıncı illərin ortalarında
Azərbaycan Dövlət Filarmoniyasında
“Gəlməli, görməli, gülməli” miniatür
teatrı təşkil olunub. Onun üzvləri Xalq
artisti Əliağa Ağayev, Əməkdar artist
Müxlis Cənizadə, aktrisa Ofeliya Abba-
sova (Məmmədzadə) və Bəşir Səfəroğlu
idilər. Bu kollektivdə Bəşir Səfəroğlu
onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli
gülüş ustası Bəşir Səfəroğlu haqqında
eyniadlı bədii-sənədli televiziya filmi
çəkib.
Aktyora sənət uğurlarına görə 1964-
cü il iyun ayının 29-da “Azərbaycanın
Əməkdar artisti”, 1968-ci il iyun ayının
25-də “Xalq artisti” fəxri adları verilib.
Bəşir Səfəroğlu 1969-cu il mart ayı-
nın 23-də Bakı şəhərində vəfat edib.
Məzarı Bakıda Fəxri Xiyabandadır.