Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
219
- xarakteristikaların və hadisələrin dəyişkənliyinin maksimal
mümkün diapazonunu qeydə almaq;
- hadisələrin eksperimental yoxlanılmasını elmi-texniki və
konsultativ müşayət etmək;
- təhlil olunan vəziyyətin əvvəllər təyin olunmuş düzgün və yenidən
eksperimentlə alınmış parametrləri arasında əlaqələrin xarakterinin,
müntəzəmliyinin və davamlılığının təyinində iştirak etmək;
Qarşısında qoyulan vəzifələri yerinə yetirmək üçün mütəxəssis işi
elə təşkil olunmalıdır ki, o, istintaq hərəkətlərinin bütün
mərhələlərində ardıcıl surətdə iştirak edə bilsin (eksperimentə
hazırlıqda, keçirilməsində, onun nəticələrinin tərtib edilməsində və
qiymətləndirilməsində). Mütəxəssis işinin mühüm tərkib hissəsini
müstəntiqlə və prosessual hərəkətin digər iştirakçıları ilə qarşılıqlı
hərəkətin səmərəli təşkili və operativ qarşılıqlı məlumat mübadiləsi
təşkil edir. Bunlar ekspertin (mütəxəssisin) istintaq eksperimentində
iştirakının təşkilatı və taktiki məsələlərdir.
|