Maddə 134. İstintaq hərəkətlərinin və məhkəmə iclasının
protokolları
134.1. İstintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları
cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün
əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və
bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir.
134.2. Cinayət prosesini həyata keçirən orqan tərəfindən bu
Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin
protokolları sübut kimi istifadə oluna bilər:
134.2.1. baxış;
134.2.2. şəxsi müayinə;
134.2.3. şəxsin və əşyaların tanınması;
|