Şakir Musayev
394
nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş
şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir.
132.0.5. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat
materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya
maraqlı təşkilatlara və şəxslərə verilir.
Maddə 133. Əşyaların xarab olması, məhv edilməsi və ya
itirilməsinin nəticələri
133.1. Ekspertiza və ya qanuni keçirilmiş digər istintaq, yaxud
prosessual hərəkətlər zamanı xarab olmuş, məhv edilmiş və ya
itirilmiş əşyanın dəyəri məhkəmə məsrəflərinə aid edilir. Bu əşya
məhkum olunmuş şəxsə və ya mülki cavabdehə məxsus olduqda,
onun dəyəri ödənilmir. Bu əşya başqa şəxsə mənsub olduqda, onun
dəyəri məhkəmənin hökmü ilə Azərbaycan Respublikasının dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir və ya məhkum olunmuş şəxsdən
və mülki cavabdehdən tutula bilər.
133.2. Bəraət hökmü çıxarılarkən, habelə cinayət təqibi üzrə
icraata xitam verilərkən ekspertiza və ya qanuni keçirilmiş digər
istintaq, yaxud prosessual hərəkətlər zamanı xarab olmuş, məhv
edilmiş və ya itirilmiş əşyaların dəyəri prosessual vəziyyətindən asılı
olmayaraq sahibinə və ya onun qanuni mülkiyyətçisinə Azərbaycan
Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Dostları ilə paylaş: |