Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
393
131.1. Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət
prosesini həyata keçirən orqan aşağıdakı maddi sübutları
mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır:
131.1.1. tez xarab olan əşyaları;
131.1.2. məişətdə gündəlik tələbat əşyalarını;
131.1.3. gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları
və digər heyvanları;
131.1.4. verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin
edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat
vasitələrini.
131.2. Bu Məcəllənin 131.1-ci maddəsində nəzərdə tutulmuş
əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya
hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar
istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara
verilməlidir.
Dostları ilə paylaş: |